“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə nədənsə zərərçəkmiş kimi tanındığı məhkəmədə iştirak etməkdə maraqlı deyil.
İş adamının laqeydliyi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ardıcıl bir neçə iclası yarımçıq qoyub.
İş adamı iddia edir ki, müğənni Elarizin kürəkəni kimi tanınan 33 yaşlı birjaçı Nizami Alışan onun 1 milyon 300 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.
Amma aldanan tək o, deyil. Babək kimi daha iki biznesmen də cinayət işində zərərçəkmiş kimi tanınıb. Bunlardan biri Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digəri isə iş adamı Yadigar İsrafilovdur. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib.
Əvvəlcə gəlir əldə olunsa da, daha sonra qoyulan vəsaitlər batıb. Babək, Zeynal və Yadigar birləşib pullarının itməsində birbaşa Nizamini günahlandırıblar. O isə özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmiş adlandırılan şəxslər bu prosesdə könüllü iştirak ediblər və yalnız son anda ziyana düşəndə onu ələ veriblər.
Bugünkü iclasda Nizami yenə sinif yoldaşı Babəkdən söz açıb. Həbsini məhz onun təşkil etdiyini deyib. Təqsirləndirilən şəxsin dedikləri məhkəmə zalında votsap yazışmalarına baxılarkən təsdiqini tapıb. Yazışmalardan görünür ki, Babək söhbət etmək üçün Nizamini öz ofisinə çağırıb. Birlikdə söhbət etdikləri vaxt da polis əməliyyat keçirib. Cinayət işində epizodların sayı kifayət qədər çox olmasa da, çoxsaylı qaranlıq məqamlar olduğu diqqət çəkir. İşin araşdırılmasına sədrlik edən hakim Aytən Əliyeva da bütün düyünlərin açılmasında aktiv mövqe sərgiləyir.
Hakim əlavə sübutlar toplayır, ekspertlər çağırır və hətta bəzi hallarda müdafiə tərəfinin təqdim etməli olduğu məsələləri özü həll edir. Lakin prosesin irəliləməsində ən ciddi əngəllərdən biri zərərçəkmiş Babək Məmmədzadənin davamlı olaraq məhkəmə çağırışlarına məhəl qoymamasıdır. Baxmayaraq ki, külli miqdarda pul itiran biri kimi bütün işin hərtərəfli araşdırılmasında elə özü maraqlı olmalıdır. Artıq üçüncü dəfədir ki, o, hakimin çağırışlarına gəlmir.
Xanım hakim bu gün ona vəkili vasitəsilə son xəbərdarlığını göndərib. Növbəti dəfə məhkəməyə gəlməyəcəyi halda məhkəmə məcburi gətirilmə üçün polisə müraciət edəcək. Onun iştirakı təmin edilənə qədər proses təxirə salınıb.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsədir.(regionxeberlericom.az)
Kainat.tv
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
31
iyul
17:58
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Arif Alışanovun qardaşı oğlu 3 nəfərin 3 milyon dollarını birjada necə batırdı
Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
“Azelekom” dövlət malının 9 milyon yarısını maşınlara xərcləyib, NƏDƏN?: MMC-nin “Motor Clinik”lə qəribə tender anlaşması ilə bağlı DETALLAR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ