Bu gün 15 ildir çalışdığım qurumda haqlı mübarizəmi sonlandırdım.
Bəlkə də, buna əsəblərim yetmədi. Bəlkə də, illərdir şahidi olduğum özbaşınalıq və rüşvət məni bu qərarı verməyə məcbur etdi. Əslində, bu illər ərzində mənim üzərimdə qurulmuş bir plan var idi. Onlar qohumlarını və öz mənafeləri naminə baş əyənləri ətraflarına toplayaraq, “xalqa xidmət” adı altında kirli işlərini həyata keçirir, milyonlarla manatı şəxsi büdcələrinə yönləndirirlər.
Bu iddialarla “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamentinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin mühəndisi, Nərimanov rayonu üzrə qrup rəhbəri Ramil Əliyev səsləndirib. R. Əliyev bildirib ki, “Azəriqaz”a vicdanla işini görən əməkdaş lazım deyil:
“Əlbəttə ki, mənim kimi insan — xüsusilə də ictimai fəaliyyətimə başladıqdan sonra — onlar üçün təhdid hesab olunurdu. Mənim həmin qurumda çalışaraq bütün bu halların şahidi olmağım, sanki onların əlində “saatlı bomba” idi. Çünki onlara nə işini vicdanla görən əməkdaş, nə vətənə xidmət edən insan, nə də dövlətinə bağlı vətəndaş lazım deyil. Bu dəyərlər onların düşüncə tərzinə ziddir.
İllərlə mənə qarşı edilən haqsızlıqlar, tutduğum vəzifədən irəli getməyimə imkan verilməməsi, üstəlik, vaxtilə rüşvət aldıqlarını sübut edərək vəzifədən azad etdirdiyim şəxslərin yenidən vəzifəyə gətirilib himayə olunması məni mənəvi baxımdan çox yordu. 15 ilin sonunda “struktur dəyişikliyi” bəhanəsi ilə vəzifəm, dərəcəm və əməkhaqqım azaldıldı. Onlar yaxşı bilirdilər ki, bu qədər əziyyətdən sonra bu hörmətsizliyə dözməyəcəyəm və işdən çıxacağam. Çünki məni yalnız bu yolla uzaqlaşdırmaq mümkün idi.
Mən isə bundan sonra vaxtilə rüşvətə görə vəzifədən uzaqlaşdırdığım şəxslərin rəhbərliyi altında işləməyəcəyəm. Mənim kimi ictimai fəal və sözünü deyə bilən bir şəxsə bu cür haqsızlıqlar edilirsə, təsəvvür edin ki, hüquqlarını bilməyən əməkdaşlara nələr olunur”.
Ramil Əliyev bildirib ki, 15 il vicdanla və nöqsansız işlədiyi bir işdə bir addım belə irəliləyə bilməməsi göstərir ki, SOCAR Azəriqaz İstehsalat Birliyində vəzifədə irəliləmək üçün ya rüşvətxor, ya yaltaq olmalısan, ya da yüksək vəzifədə qohumun olmalıdır:
“Burada nə sənin işinə, nə peşəkarlığına, nə də dövlətə bağlılığına əhəmiyyət verən var.
15 illik təcrübəmə əsaslanaraq deyə bilərəm ki,”Azəriqaz” İstehsalat Birliyində keçmiş Baş direktor Ruslan Əliyevin qurduğu özbaşınalıq sistemi, yeni direktor Azər Məmmədov tərəfindən də davam etdirilir. Bütün peşəkar işçilər uzaqlaşdırılır, məqsəd isə tutulan vəzifələrdən maksimum şəxsi mənfəət əldə etməkdir.
İndi mənə bir sual maraqlıdır: Bu qədər fəaliyyətimizə rəğmən, mən və mənim kimi haqsız yerə işdən çıxarılan əməkdaşların hüquqlarını kim müdafiə edəcək? Bu rüşvət sisteminin çarxının dayanması üçün biz nə qədər mübarizə aparmalıyıq? Hara müraciət etməliyik və necə nəticə ala bilərik?
“Azəriqaz” İstehsalat Birliyi haqqında bildiyim və zaman-zaman yazdığım heç bir məlumat gizli qalmayacaq. Mütləq bir gün səsimi aidiyyəti qurumlar eşidəcək və bu rüşvətxorlar haqqında ölkə rəhbəri, cənab Prezident İlham Əliyev lazımi tədbirləri görəcək. O zaman anlayacaqlar ki, bu ölkə sahibsiz deyil və “Azəriqaz” İstehsalat Birliyi heç kimin şəxsi mülkü deyil ki, istədiyi adamı işdən çıxarıb yerinə qohumunu gətirsin”.
Tribunainfo.az
Kainat.tv
“Azəriqaz” əməkdaşından rəhbərliklə bağlı ŞOK FAKTLAR
30
iyul
17:24
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Bakıda mühüm TƏDBİR: Prezident çıxış etdi – FOTOLAR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ