Abşeron gənclər şəhərciyində yaşayan Quliyeva Səidə Abbasqulu qızı dələduzluqla üzləşib. O, bu barədə tədbir görülməsi üçün daxili işlər naziri Vilayət Eyvazova və Abşeron rayon Polis İdarəsinə müraciət edib.
Redaksiyamıza da təqdim olunan şikayətdə bildirilir ki, dörd övlad anası olan Quliyeva Səidənin həyat yoldaşı hərbçi olub və vəzifə başında vəfat edib. Onun bu vəziyyətindən sui-istifadə edən, Binəqədi rayon Rəsulzadə qəsəbəsində yaşayan Nəbiyev Əli Elxan oğlu külli miqdarda vəsaitini mənimsəyərək ona qarşı dələduzluq edib.
Müraciətdə bildirilir ki, Nəbiyev Əli Elxan oğlu iş başında vəfat etməsini əsas gətirərək onun həyat yoldaşına şəhid statusu verdirəcəyini deyib və bu məqsədlə beş min AZN alıb: “Ağlıma da gəlməzdi ki, mənə qarşı fırıldaqçılıq, belə dələduzluq edər, çünki danışıq tərzi, özünü təqdim etməsi tamamilə çaşdırıcı idi. Amma pulu almasından iki ildən də artıq vaxt keçsə də, verdiyi vədi yerinə yetirə bilmədi və mən ondan verdiyim pulu geri istədim. Bu zaman mənə qarşı hədə-qorxular başladı, fərqli adamlar vasitəsilə mənə zəng etdirir, özümü, övladlarımı hədələyirdi. Mən qızıllarımı lombarda qoyara q 2500 AZN kredit götürmüşdüm, ora da faiz ödəməli idim. Hətta günahı mənim üzərimə atmağa cəhd etdi, bəzən isə guya mərmi yarası aldığını, Qarabağ zonasında olduğunu söyləyərək yalanlarını davam etdirdi.
Aldanıldığımı başa düşəndən sonra dolayı yollarla ünvanını tapdım, anası ilə görüşdüm. Anası sakit şəkildə dedi ki, oğlu məndən aldığı puldan ailəsinə xərcləməyib, guya oğlunun ailəsini də o saxlayır. Əvvəl dedi ki, bankdan kredit götürüb mənim borcumu ödəyəcək. Bir il müddətində də anasının verdiyi sözü yerinə yetirməsini gözlədim. Amma anası da borcumu qaytarmadı. Sonra da dedi ki, bankda “qara siyahı”dadır, o siyahıdan çıxdıqdan sonra borcumu qaytaracaq. Amma illərdir ki, pulumu geri ala bilmirəm. Belə başa düşürəm ki, anası da oğlunun əməllərindən xəbərdardır və onun bu əməllərini ört-basdır edir, mənim kimi digər şəxsləri də aldadaraq pul alması istisna deyil”.
Şikayətçi bildirib ki, verdiyi pulu geri istəyəndə ona hədə-qorxu gəlinməklə yanaşı, qarşı tərəf pulun verilməsinə dair bütün sübutları, yazışmaları da silməyə cəhd edib: “Bütün votsap yazışmalarımızı ikitərfli silib, amma mən yazışmaları “skrin” etmişəm, bütün sübutları təqdim etməyə hazıram”.
4 uşağını tək böyüdən və olduqca çətin maddi vəziyyətdə olduğunu deyən şikayətçi daxili işlər naziri Vilayət Eyvazovdan dələduzluqla məşğul olan şəxsə qarşı tədbir görülməsini xahiş edib:
“Cənab nazir, mən Sizə mərhum hərbçi xanımı, 4 uşaq anası kimi müraciət edirəm və yardım istəyirəm. Nəbiyev Əli Elxan oğlunun məndən fırıldaqçılıq yolu ilə aldığı pulun geri ödənilməsi, onun qanun qarşısında cavab verməsi üçün göstəriş verməyinizi xahiş edirəm. Mənim güvən yerim ancaq dövlətimizin ədalətinədir”.
(bakufakt.az)
Kainat.tv
Mərhum hərbçinin ailəsi dələduzluqla üzləşib: Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət
28
iyul
17:58
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edildi - Siyahı
“Müəllim dovşana oxşayır” mesajına gülən əczaçı Ayselə ağır işgəncə verən Elnur Cabbarov -“işi pulla bağladım, mənə kimsə bata bilməz”
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bakıda dünya çempionu azyaşlını işgəncə ilə ÖLDÜRÜB - TƏFƏRRÜAT
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ