Söhbət iyunun 24-da Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) cərrahiyə əməliyyatı ilə Əmirova Nərgizin dünyaya gətirdiyi 3 oğlan uşağından gedir.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 6 saylı doğum evində 24 iyun 2025-ci il tarixində Əmirova Nərgizdən 2500 manat almaqla əməliyyat icra olunub.
Əməliyyatı həkim Tənzilə Əliyeva həyata keçirib. Nəticədə Nərgiz Əmirovanın üçəmi dünyaya gəlib.
Kainat.tv xəbər verir ki, XALQ-a məlumat verən Əmirova Nərgiz bildirib ki, 27 iyun tarixindən 3 oğlan uşağını küvəzdə saxlamaq üçün əlavə pul tələb olunub.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan G. Məmmədzadə adlı həkim valideynlərdən əlavə pul tələb edib. Belə ki, pul ödənməsə uşaqlar küvəzdən çıxarılacaq - deyə bildiriblər. Bu sözlərdən sonra ailə üzvləri 5000 manat Məmmədzadəyə pul veriblər.
Həmçinin uşaq həkimi Şəbnəm Qəhrəmanova da mütəmadi iynə, dərman və digər ləvazimatlar aldırıb.
Lakin bu ödənişlərə baxmayaraq əlavə pul tələb olunub. Ailənin maddi imkanı olmadığından əlavə ödəniş edə bilməyiblər. Fəryad edən ana bildirib ki, 1 iyulda körpələrdən biri ölüb, iyulun 7 isə digər körpəni də öldürdülər.
Körpələrin yaxınları və anası iddia edir ki, əlavə pul verə bilmədiyimiz üçün uşaqlar baxımsızlıqdan öldü.

Biz bu barədə baş həkim Xuraman Bağırovaya müraciət etsəkdə həkimlərin səhlənkarlığına görə lazımi tədbirlər görülməsini istəsək də, o bizə bunun qarşısında pul təklif edərək şikayətçi olmamağımızı təkidlə israr etdi.
Daha sonra 3-cü körpəni xilas etmək üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu köçürülüb və hal- hazırda müalicəsi davam edir.
Əmirova Nərgiz və ailə üzvlər ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirlər ki, bu faciənin obyektiv araşdırması və həkimlərin huquqi cəzalarının alınmasında köməklik göstərilsin.
Məsələ ilə bağlı Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu 6 saylı doğum evindən heç bir açıqlama almaq mümkün olmadı. Əməliyyatı icra edən həkim Tənzilə Əliyeva isə pul almadığını bildirərək dəstəyi asdı.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və araşdırma başlanılıb.
Qeyd edək ki, Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu 6 saylı doğum evinin Baş Həkimi Xuraman Bağırovadır.cİnstitun direktoru isə Cəmilə Qurbanovadır.

Məsələ ilə bağlı yazıda adları çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.