Bakı şəhərinin mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb. İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər. Rayon ərazisindəki qanunsuz tikintilərin isə icra hakimiyyətinin səlahiyyətli şəxslərinin xeyir- duası ilə həyata keçirildiyi iddia olunur. Heç bir rəsmi icazə sənəd olmadan müxtəlif obyektlər inşa edilir.
Nəsimi rayonunda Süleyman Rüstəm və Mirhəşimov küçələrinin kəsişməsində, Nəsimi bazarının yanında aparılan tikintidən də ərazidə yaşayan vətəndaşlar narazıdır. Onların sözlərinə görə heç bir rəsmi icazəsi olmadan aparılan bu qanunsuz tikinti həyətdə uşaqların oynaması üçün kiçik ərazini belə zəbt edib, gələcəkdə isə bu tikinti evləri gün işığından məhrum edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallah Nazirliyi isə məsələyə münasibət bildirmir. Ərazidə tikinti aparan işbazın yüksək dairələr tərəfindən himayə olunduğu və Nəsimi rayonu ərazisində bir çox belə qanunsuz tikintiyə qanuni don geyindirdiyi bildirilir. Deyilənə görə, həmin işbazın həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də Nəsimi rayonunun məsul şəxsləri ilə isti münasibəti var.
Onu da bildirək ki, 2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur. Nəsimi rayon icra Hakimiyyətində hazırda başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır. Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdir. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir.
Kainat.tv olaraq şikayətdə iddia olunan məsələlərlə bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq! //TEREF
Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? - İDDİA / VİDEO
11
iyul
09:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Nəsimi rayonunda QANUNSUZ TİKİNTİlərin himayəçisi kimdir? -FOTOFAKT
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ