“Mado” restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında uşaqlar üçün nəzərdə tutulmuş qamburgerin içindən yararsız ət çıxıb.
media-022
Kainat.tv xəbər verir ki, bu barədə restoranın müştərilərindən biri sosial şəbəkələrdə şikayət paylaşıb.
 
“Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik yaşlı qızıma uşaqlar uçun nəzərdə tutulan qamburger sifariş etmişik. İçindən çıxana baxın. Görün ətin içinə nələr qatırlar”, – o bildirib.
Pravda.az məsələni aydınlaşdırmaq üçün “Mado”ya sorğu ünvanlayıb.
 
Əldə etdiyimiz məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələni araşdırır.Pravda.az