Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlum olub.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Mirzə Cəlilovun rəis olduğu 3 ildə 2 milyon 464 min manat məbləğində rüşvət aldığı müəyyən edilib.
Cəlilov 2020-2023-cü illərdə bu məbləği Naxçıvan üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olan və olmayan, təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan şəxsən və vasitəçidən istifadə etməklə alıb. Bununla da onların hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik edib.
İstintaq zamanı Cəlilovun ayrı-ayrı zabitlərdən 5-17 min manata arası rüşvət alaraq onları Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ayrı-ayrı idarələrində müxtəlif vəzifələrə təyin edib. İstintaq materiallarında 12 nəfər zabitin rəisə rüşvət verərək müxtəlif vəzifələrə təyin olunduqları yer alır.
Bundan başqa cinayət işi materiallarında diqqətçəkən ittihamlardan biri Cəlilovun özü ilə bağlıdır.
O öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə və "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin tələblərinə zidd olaraq özü-özünə "polkovnik" hərbi rütbəsi, eyni zamanda özü-özünə "usta" məharət dərəcəsi verib.
Mirzə Cəlilov dindirilən zaman rüşvəti Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə aldığını deyib. Bildirib ki, rayon və şəhər rəislərinə əvvəlki qaydada, yəni müəyyən olunmuş məbləğdə çağırışçılardan pul yığılmasını söyləyib.
Onun sözlərinə görə, 2020-2022-ci illər ərzində Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri tərəfindən "Hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yararsızdır", "Dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır", "hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilməklə əsassız olaraq möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplanıb.
"Mən həmin rüşvətin toplanmasında vasitəçi olmuşam. Bunları Vasif Talıbovun göstərişi əsasında etmişəm. Yığılmış pulları Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Həmin pullardan mənə hər dəfəsində 10 min manat, yerli idarə və şöbələrə isə yığdıqları pulun 10 faizi verilirdi. İşlədiyim müddətdə aldığım 80 min manat vəsaiti xidmətin təsərrüfat xərclərinə sərf etmişəm", - deyən rəis günahsız olduğunu bildirib.
Cəlilov özü-özünə rütbə verməsini də etiraf edib.
Cəlilov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"
01
iyul
13:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Əsgərlik müddəti və çağırış yaşı ilə bağlı ÖNƏMLİ XƏBƏR - 1 ilə...
DTX-nin QANDALLADIĞI RƏİSLƏ BAĞLI ŞOK FAKTLAR
“Bank Respublika“ batır? – Vətəndaşların bankdakı pulları yox olur, hesabatlar gizlədilir…/DETALLAR
Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ