"Daha bir həkim ittiham olunur: qadını dünya işığına kor qoymaqda qınanılır. Ola bilər ki, bu belədir... Ya da ola bilər ki, yerli-dibli belə deyil. Məhkəmə, ekspertiza, şah olan qanun var. Bu, məsələnin bir tərəfi".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə yazıb.
O, həkimlərdən bəhs edərkən bunları əlavə edib:
"Onsuz son dönəm baş verənlər: kağız sertifikatlar, qanunsuz fəaliyyətlər, dolaşıq siyahı, dolaşa-dolaşa adını lupa ilə axtarıb tapmayanların aqibəti (xüsusi bir aqibət olmadı məncə, hərə öz işi ilə məşğuldur), evdar xalanın kosmetoloqa, anestezioloqun cərrahlığa transferinin şahidi olan gözlərimizi bir az da böyük açmağa vadar etdi.
Göz demiş, hərdən gözümüz lap bərələ qalır. Gördükcə düşünürsən: səhiyyəmizi kim silkələdi və ya kimlər gül kimi tibbimizi Kann festivalının "temu" variantina çevirdi.
Aqressiya, kin, qıcıq yarandı Hippokrata and içib, canımızı etibar etdiklərimizə. Nə üçün: o qədər sual var ki...
Dünən rəyləri oxuyuram: qadın dünya işığına tamarzı qalmasından danışır. Hamı səs-səsə verib həkimi qarğışlayır, qınayır, günahlandırır. Halbuki hələ həkimin nə günahının sübutu var, nə hansısa qərar, nə də həkimin açıqlaması var. Sadəcə, hamı döşəyir. Bir balta da mən vurum, fürsətdir misalı.
Deyim sizə bilin: Vallah, billah yaxşı həkimi çıraqla gəzirik. Ucuz reklamlarının sabun köpüklərində əriyəcək "şoubaz hoqqabazları" boş verin. Gecəsini gündüzünü, ömrünü bu ülvi peşəyə həsr etmişləri göz bəbəyimiz kimi qorumalıyıq. Özümüz, əzizlərimiz üçün… Xəstə ilə ölüb-dirilənlər var, azalır sayları, çox azalır. Heç bir həkim də Allah deyil axı… Bəzən olacağa çarə olmur".
Rövşanə Ağasəfqızı verilən mükafatlardan da bəhs edib:
"Yadıma düşmüşkən: bu məzmunsuz həkim mükafatlandırma mərasimləri (hansı kriteriyalara, göstəticilərə əsasən seçilir o da bilinmir) 400, ya da 500 (baxır adamına) manatlıq taxtafason ödülləri əlinə verib, zər-zibalı həkimləri kamera qarşısında fır-fır fırlatmaqdansa, daha ciddi işlər görmək olar. Məsələn, həkimləri müdafiə cəmiyyəti və ya hüquqlarının qorunması ittifaqı. Mən məmmuniyyətlə yaradardım: qoşulmaq istəyən varsa, başlayaq…"
Bizim.Media
Kainat.tv
"Evdar xalanın kosmetoloqa, anestezioloqun cərraha çevrildiyini gördük" – Rövşanə
20
iyun
19:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ