Bakının mərkəzində baş verən, hüquqi normaları açıq şəkildə pozan və insan haqlarına qarşı yönəlmiş qalmaqallı hadisə ictimaiyyətin diqqətindən yayınmamalıdır. 70 yaşlı sahibkar Valeh Şirəliyev son 20 ildə icarəsində olan, 15 sot torpaq sahəsində 800 kvadratmetrlik tikiliyə sahib ərazisini hədə-qorxu və zor tətbiqi ilə əlindən almağa çalışan şəxslərdən şikayətçidir. Onun iddiasına görə, Abbasov Hafiz Heydər oğlu və Məmmədov Namiq Teymur oğlu adlı şəxslər onu və ailəsini fiziki zorakılıqla hədələyərək ərazini tərk etməsini tələb ediblər.
Sahibkara edilən təhdid və əmlak iddiaları
V.Şirəliyev bildirir ki, adıçəkilən şəxslər "KASPİ" MMC-nin adından çıxış edərək həmin əraziyə iddia irəli sürüblər. Halbuki bu iddia heç bir hüquqi əsas daşımır. O qeyd edir ki, ilk mərhələdə sadəcə ərazidən çıxması tələb olunsa da, sonradan təzyiqlər artaraq ailəsinə qarşı təhlükələr səviyyəsinə çatıb. Hətta Hafiz Abbasov bu addımlarını Zərifə Quliyevanın adından atdığını bildirib. Hadisənin bir epizodunda isə Zərifə Quliyevanın özü sahibkar ərazidə olarkən əraziyə daxil olub, hüquq-mühafizə əməkdaşlarının iştirakı ilə sahibkarın telefonunu əlindən alaraq, heç bir cihazın səsyazma etməməsinə şərait yaradılıb. Bu, faktiki olaraq mülki və şəxsi toxunulmazlığa birbaşa müdaxilədir.
“Qarakəmər əməliyyatı”nı xatırladan ssenari
Sahibkarın başına gələnlər bir zamanlar ölkəni sarsıdan “Qarakəmər əməliyyatı”nı xatırladır. Valeh Şirəliyev bildirir ki, dəfələrlə edilən təzyiqlər nəticəsində 500 min manat qarşılığında ərazini təhvil verməyə razılaşıb. Lakin müstəqil ekspertiza həmin ərazidəki tikililərin və torpağın dəyərini minimum 640 min manat olaraq qiymətləndirib. Bu isə, satışı qeyri-qanuni və dəyərindən aşağı göstərmək məqsədilə aparılmış bir aldatma ssenarisini təsdiqləyir.
Həmin ərazinin Ağ Şəhər layihəsinə daxil edilməsi də bu şəxslərin planını açıq şəkildə göstərir. Onlar ərazini ucuz qiymətə alıb, sonradan milyonlarla dəyərində satmağı planlaşdırıblar. Hətta 2 milyon 100 min manat qarşılığında saxta çıxarışlarla əraziyi satışa çıxardıqları barədə məlumatlar da var.
Verdikləri vədlərə əməl etməyən şəxslər
Şirəliyev bildirir ki, razılaşma əsasında ona 250 min manatlıq mənzil və əlavə olaraq 250 min manat pul vəd olunub. Lakin notariat kontorundan çıxdıqdan sonra Hafiz və Namiq bu razılaşmalardan imtina edib, “heç bir razılaşma olmayıb” deyə iddialar səsləndiriblər. Bu, sadəcə hüquqi yox, həm də əxlaqi prinsiplərin tapdanmasıdır.
Bələdiyyə sədri də qruplaşmaya dəstək verir
Maraqlı və eyni zamanda narahatedici məqam odur ki, ərazinin bağlı olduğu bələdiyyə sədri də Hafiz, Namiq və Zərifə Quliyeva qruplaşmasının tərəfində yer alaraq, sahibkarın xəbəri olmadan icarə müqaviləsinə birtərəfli xitam verib. Bu hal mülki hüquq normalarına, Mülki Məcəlləyə və konstitusion prinsiplərə tamamilə ziddir.
Fiziki zorakılıq və oğurluq iddiaları
Şikayətçi bildirir ki, sonradan hadisəyə Məmmədov Orucəli Məhəmməd oğlu da qoşularaq özünü SOCAR əməkdaşı kimi təqdim edib və 50 min manat qarşılığında Valeh Şirəliyevi Mehriban Əliyevanın qəbuluna salacağını vəd edib. Lakin bu görüş də baş tutmayıb və sahibkar bu şərtlərlə razılaşmadıqda, fiziki zorakılığa məruz qalıb. İddialara görə, Orucəli və onun dəstəsində olan Niyaməddin və Rauf adlı şəxslər sahibkarı döyərək maşından əraziyə atıblar.
Şirəliyev deyir ki, hadisənin detalları yadında olmasa da, onu işçiləri yerdən taparaq iş yerinə gətiriblər. Polisə müraciət olunub, lakin məsələ “bizlik deyil” cavabı ilə digər şöbələrə yönləndirilib və işin obyektiv araşdırılması yubadılıb. Həmçinin şəxsiyyət vəsiqəsinin gecikdirilməsi nəticəsində tibbi ekspertizaya getməsi də ləngiyib.
Prezidentə və Birinci vitse-prezidentə MÜRACİƏT
Valeh Şirəliyev bu mürəkkəb və təzyiqlərlə dolu vəziyyətlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, Zərifə Quliyevanın mərhum Prezident Heydər Əliyevin qohumu olduğunu əsas gətirən şəxslərin özünü və ailəsini təhdid etdiyini və sahibkarlıq fəaliyyətinə ciddi maneələr yaratdığını bildirir.
Bu günə qədər ərazinin 8 sotuna saxta çıxarış çıxarılaraq qanunsuz şəkildə satılmasına baxmayaraq, qalan 15 sotun boşaldılması üçün də kommersiya məhkəməsinə müraciət olunub. Bu isə, hüquqi dövlət prinsiplərinə, demokratik idarəçiliyə və sahibkar hüquqlarına qarşı açıq-aşkar təhdiddir.
Hüquqi vəziyyət və qanunun tələbləri
Qanunvericiliyə görə, icarə müqaviləsi qüvvədə olduğu halda, həmin əraziyə başqa şəxsə çıxarış verilməsi üçün ya icarə müqaviləsinin ləğvi, ya da icarəçinin razılığı lazımdır. Bu hallar baş vermədikdə, ərazinin başqa şəxsə verilməsi qeyri-qanunidir və qeydiyyat orqanlarının vəzifə səlahiyyətlərini aşması sayılır.
Əgər ərazi “Ağ Şəhər” layihəsinə daxil edilibsə belə, bu yalnız dövlət ehtiyacları üçün mümkün ola bilər və bu halda ədalətli kompensasiya verilməsi (Konstitusiyanın 29-cu maddəsinə əsasən) məcburidir.
Haşiə: "Valeh Şirəliyevin qarşılaşdığı hadisə bir vətəndaşın hüquqlarının necə sistematik şəkildə pozulduğunu, hüquq-mühafizə orqanlarının isə bu proseslərə ya səssiz qaldığını, ya da qərəzli davrandığını açıq göstərir. Hadisə geniş ictimai diqqətə və dövlətin ciddi reaksiyasına ehtiyac duyur. Çünki bu təkcə bir sahibkarın deyil, bütöv cəmiyyətin hüquq təhlükəsizliyinə yönəlmiş bir təhdiddir."
BakuNews.az
Kainat.tv
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
19
iyun
14:10

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Hacı Məmmədov”un dəstəsində tutulan Araz Dadaşovla bağlı ŞOK MƏLUMATLAR – Suriyada döyüşüb və...
Moskvada "Hacı Məmmədov"un dəstəsi tutuldu - dəstədə Mərdəkan bələdiyyə müavininin qardaşı da var
"AAAF Park"da qanunsuz tikinti işləri aparılır: Qanunsuz obyekti İNŞA EDƏN KİMDİR? - VİDEO+FOTO
Sumqayıtda Torpaq Mənimsəməsi: Şəxsi Mülkiyyət Təhlükə Altındadır
- ŞAD XƏBƏR: Quru sərhədlər açılır, müzakirələr başladı – bu mühüm qərar...
- 6 saylı doğum evində RÜŞVƏT RƏZALƏTİ: üçəm doğuldu, 2500 manat istəndi, körpələrin ikisi tələf oldu? - ŞOK DETALLAR
- İcra başçısının qardaşı dövlət əmlakını belə TALAN EDİR - VİDEO
- Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
- ABŞ-ın 100 illik Zəngəzur PLANI AÇDI – 1919-cu ildə bölgədə NƏ BAŞ VERİB?
- “Başçıya rüşvət vermədim, obyektimi sökdülər!” – Qazidən Füzuli İcra Hakimiyyətinə sensasion ittiham – VİDEO
- Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
- “Büllur Klinikası”nda maliyyə pozuntu AŞKARLANDI
- Xüsusi texnikaların alınmasına milyonlar xərclənən Xəzər rayonunda zibil niyə EŞŞƏK ARABASI ilə daşınır
- Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
- Məktəblidən təhsil nazirinə AÇIQ MƏKTUB - “Təhsil bu cür davam edərsə, biz yalnız dərslərdən deyil, gələcəkdən də uzaqlaşacağıq”
- Qusar Mərkəzi Xəstəxanasından ŞİKAYƏT - Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyeva……
- Beyləqan xəstəxanasında RƏZALƏT – Şöbə müdirinin otağında əxlaqsız hərəkəti yayıldı - GÖRÜNTÜLƏR
- TƏBİB-in nəzarətsizliyi BİABIRÇI NƏTİCƏLƏR verir – Dövlət qurumlarında ƏXLAQ TƏNƏZZÜLÜ davam edir / VİDEO
- Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "BİZNES" fəaliyyəti - ARAŞDIRMA II
- Paşinyan Zəngəzur dəhlizi ilə bağlı GİZLİ TOPLANTI KEÇİRDİ – Ermənistanda QALMAQALLI MÜZAKİRƏ
- ŞAD XƏBƏR: Quru sərhədlər açılır, müzakirələr başladı – bu mühüm qərar...
- Qusarın Piral kənd orta məktəbində “AİLƏ İDARƏÇİLİYİ” davam edir – Nazirlik SUSUR, qanunlar POZULUR
- İki “düşmən” Bakıda BİR ARAYA GƏLDİ: Türkiyədən sonra hədəf odur – Yeni RAZILAŞMA
- Zəngəzurla bağlı yeni SENSASİYA - Azərbaycan RAZILAŞSA...
- Makronun Bakı ilə bağlı sözləri erməniləri TƏŞVİŞƏ SALDI: Paşinyana Qarabağ TAPŞIRIĞI
- NDU-da böyük RƏZALƏT tələbələri AYAĞA QALDIRDI: dekan və müəllimlər tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif edirlər - FOTOFAKT
- Rusiya Azərbaycana qarşı YENİ CƏBHƏ AÇIR – iki hədəf üçün HƏRƏKƏTƏ KEÇDİ
- Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
- Beyləqan xəstəxanasında RƏZALƏT – Şöbə müdirinin otağında əxlaqsız hərəkəti yayıldı - GÖRÜNTÜLƏR
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- TƏBİB-in nəzarətsizliyi BİABIRÇI NƏTİCƏLƏR verir – Dövlət qurumlarında ƏXLAQ TƏNƏZZÜLÜ davam edir / VİDEO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmov RÜZGARI: Köhnə "Təzə Bazar”ı satanlar, rayonu qanunsuz tikinti POLİQONUNA ÇEVİRİBLƏR / FOTO - VİDEO
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Daha bir icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO