Kərimova Fəxrəndə Yeni Klinikanın neyrocərrahı Azad Məlikovla bağlı Baş Prokuror Kamran Əliyevə müraciət edib. Bu barədə məlumat verən F.Kərimova bildirib ki, Baş Prokurordan onun şikayətini nəzarətə götürməsini xahiş edir.
Vətəndaş müraciətində deyib ki, Yeni Klinikanın neyrocərrahı Azad Məlikov onu şikəst qoyub və bu iş araşdırılmalı, hüquqi qiymət verilməlidir. F.Kərimova əlavə edib ki, onun şikayəti əsasında sözügedən həkimdən prokurorluq orqanları izahat ala, dindirə bilər. Şikayətçi deyir ki, aprel ayında əməliyyat olunub.
F.Kərimova bildirib ki, sözügedən dövlət xəstəxanası olsa da, həkimə 300 manat verib. Onun sözlərinə görə, bu əməliyyatdan sonra o, pis vəziyyətə düşüb: “Aprel ayının 3-də əlimdə MRT-nin diski ilə getdim həkim Azad Məlikovun qəbuluna. Bu adam diskə baxıb bildirdi ki, üç fərqli ölçüdə – yəni 8 yarım, 5, 4 yarım millimetr ölçüdə yırtıq, həmçinin kanal darlığı var. Bizə dedi ki, bu, heç nədir mənim əlimdə. Onu da deyim ki, mən həm də açıq ürək əməliyyatı olmuşam, 4 ədəd stendi olan və şəkər xəstəsi biriyəm. Aprelin 4-də məni əməliyyat elədi. Əməliyyatdan sonra 2 gün məni orada saxladı və sonra evə buraxdı”.
Şiakyətçi qeyd edir ki, evə gəldikdən 5 gün sonra sarğını dəyişmək üçün yenidən yanına gedib: “Mənə bildirdi ki, belin nəmlənir, heç nə olmaz, çıx get rayona, nəsə fəsad olsa əlaqə saxlayarsan. Mən ehtiyat etdiyim üçün Bakıda qaldım. Qonşudakı tibb bacısı sarğımı dəyişdi. 5-ci gün idi ki, gecə saat 1-də yaramdan güclü maye axdı. Bu maye də ilik idi. Gecə saat 2-də halım dəyişdi, təzyiqim 120-yə qalxdı və heç cür aşağı sala bilmədik. Məni təcili Yeni Klinikanın təcili yardımına apardılar. Orada da təzyiqimi endirə bilmədilər”.
Şikayətçi qeyd edib ki, A.Məlikova dəfələrlə zəng etsə də, telefonu açmayıb: “İşçiləri zəng edəndən sonra bildirib ki, gecə vaxtı onu niyə narahat edirik. Həmçinin deyib ki, ölür, ölsün də, mən nə edim?!”
Şikayətçi bildirib ki, həkim onu ikinci dəfə əməliyyat etdikdən sonra sərbəst gəzməyində də problem yaranıb: “Səhər həkimin qəbulunda oldum. Mənə baxdı və xəstəxanaya yatış verdi. Yanımda olan qohumlarım niyə belə olduğumu soruşdu. Mənim kimi 60 yaşlı qadının yanında qohumuma alçaldıcı sözlər dedi telefonda, təhqir elədi onları. Belimdən axan mayenin qarşısını almaq üçün məni səhər tezdən təkrar əməliyyata saldı. Mən artıq meningit olmaq üzrə idim. Əməliyyat günü mənə bildirdi ki, narkoz verə bilməz, çünki ürək problemim var. Əməliyyat otağında həkim fırlanır, anestezioloqlar isə üzümə deyirdi ki, bu cür ilik axması ilə iki gün ömrün qalıb. Tələb etdilər ki, oğlum yazılı surətdə razılıq versin ki, hər an ölüm halı ola bilər. Dedilər ki, əməliyyat olsa da, olmasa da, nəticəsi ölümdür. Sadəcə əməliyyat olsa, 10-15 gün artıq yaşaya bilərəm. Oğlum da bildirdi ki, biz yox, həkim özü qol çəksin. Buna baxmayaraq, həkim A. Məlikov təhqir etdi və “hara şikayət edirsiniz edin” dedi. Oğlum məcbur olub imzaladı”.
Onun sözlərinə görə, axır ki, əməliyyat edib və 4-5 gün sonra evə buraxıb: “Bu müddət ərzində gördüm ki, artıq şikəst vəziyyətdəyəm. Həkimə bildirdik, o isə mənə yalnız dərmanlar yazdı. Neçə ay dərman içdim, amma yaxşılaşmadım. Evin içində yalnız çəliklə gəzə bilirəm. Ağrılar o qədər şiddətli olur ki, qışqırığıma bütün qonşular gəlir. Nə qədər keyləşdirici vursam da, təsiri olmur. Yenidən həkimin qəbulunda oldum. Yoxlamadan sonra bildirdi ki, 27 mm yırtıq əmələ gəlib. Halbuki əməliyyatdan əvvəl yırtıq 8 yarım mm idi. Əməliyyatdan çıxandan sonra da ondan soruşmuşdum ki, yırtıqları bağladınız? Mənə “nə var eləmişəm də” dedi. İndi bu vəziyyətə düşəndən sonra deyir ki, mən yırtıqlara əl vurmamışam. Kanal darlığını əməliyyat etmişəm”.
Şikayətçi söyləyib ki, A. Məlikov onu şikəst qoyub: “İndi özəl klinikalara da müraciət etmişik, 13-14 min manat pul istəyirlər ki, yenidən onurğa yığılsın. Məni bu vəziyyətə Azad həkim salıb, məni şikəst qoyub. Deyirəm, məni bu hala salmısınız, heç olmasa kömək edin. Mənə deyir, əliniz hara çatır, gedin ora. Mənim bu vəziyyətə düşməyim həkimi narahat belə etmir”.
Vətəndaş Baş Prokurorluqdan açıqlanan bu məlumatlar əsasında araşdırma başlanılmasını xahiş edir.
AnXeber.az
Kainat.tv
“Yeni Klinika”nın həkimi Azad Məlikovdan Baş Prokuroluğa Şikayət
18
iyun
17:33

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın!
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Tibbi arayış almaq niyə bu qədər ÇƏTİNDİR? - Poliklinikadan REPORTAJ
“SAR TRADE” MMC-nin arxasında duran QÜVVƏ KİMDİR? – TƏBİB, yoxsa…
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
- GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
- Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDILAR
- Bakıda ağır qəza - Ölən və yaralananlar var (VİDEO)
- Paşinyan Baqratı Karapetyanın yanına GÖNDƏRDİ
- Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
- Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
- Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur
- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
- İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: "KQB agenti, qorxaq, tənbəl" - İrəvanda sözlü qırğın
- Azərbaycanlı tələbə beynəlxalq hüquq turnirində dünya çempionu oldu
- “Hell”in insan sağlamlığına zərəri -Video
- Azərbaycanın səhiyyə naziri məhkəməyə verildi
- Sevinc Orucovanın “Son zəng” üçün pul yılğılması təsdiqləndi-Fotofakt
- İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib
- Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
- 240 saylı məktəb direktoru və müavini lüks avtomobilləri üçün məktəbin həyətindən moyka açıblar-Fotofakt
- Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB
- Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
- Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA
- Bakıda qanunsuz tikililər baş alıb gedir: Bu dəfə Yasamalda daha bir qanunsuz tikili FOTO
- MTN generallarının əmlakı satıldı – Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
- Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
- Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq İDDİALARI
- 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
- Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
- Səhiyyə Nazirliyinin 10 milyonluq tenderi ləğv edildi: Rəqəm şişirdilib?
- Qanunsuz tikinti aparanlar Penitensiar Xidmət rəisinin adını hallandırırlar - İTTİHAM VAR...
- Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
- 112 saylı məktəbdə növbəti qalmaqal - Araşdırma BAŞLADI