İkinci Qarabağ müharibəsindən sonra Fransa Azərbaycana qarşı sanki “Səlib yürüşü”nə başlayıb. Görünən odur ki, rəsmi Paris müharibə nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Ona görə də bütün imkanlarla regiona müdaxilə etməyə, yeni gərginlik yaratmağa çalışır. Bunun üçün isə Ermənistandan istifadə olunur.
Yelisey Sarayının Azərbaycan və bütövlükdə bölgə ilə bağlı mövqeyinin daha bir nümunəsi Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin bu ölkənin “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialardır. Belə ki, o, müsahibəsində Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənib.
Yeri gəlmişkən, xatırladaq ki, adı çəkilən diplomat bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində yerləşən Nerkin Hand kəndinə səfər edib. O, xüsusi olaraq bildirib ki, insanlar öz yaxınlarının məzarlarını ziyarət edə bilmirlər.
Səfir özünün saxta sentimentallığı ilə hansı hədəfə vurduğunu çox gözəl bilir. O deyir ki, insanlar yaxınlarının məzarını Nerkin Handın bir hissəsi guya Azərbaycan tərəfindən işğala məruz qaldığı üçün ziyarət edə bilmirlər. Görəsən, Dekotinyi otuz ilə yaxın müddətdə Azərbaycana məxsus onlarca kəndin insanının bu acı aqibəti yaşadığını bilirmi? Əlbəttə ki, bilir.
Olivye Dekotinyi
Bəli, otuz illik işğal yaşantısının ən böyük sarsıntılarından biri azərbaycanlıların öz doğmalarının, əzizlərinin məzarlarını ziyarət edə bilməmələri olub. Səfir Dekotinyi onu da bilməli idi ki, təsvir etdiyi səhnədən qat-qat acınacaqlı daha bir durum var – məzar yerini tapa bilməmək və ya qəbirləri təhqir olunmuş formada görmək. Azərbaycan xalqı bu aqibəti də yaşayıb. İşğal başa çatdıqdan sonra neçə-neçə vətəndaşımız təsvir etdiyimiz səhnənin məşəqqətinə qatlaşıb. Həqiqətən, çox böyük dərddir. Hərçənd nə səfir Dekotinyinin, nə də onun təmsil etdiyi ölkənin bunu anlamaq üçün nə istəyi var, nə də siyasi mədəniyyəti.
Ümumiyyətlə, Fransa səfiri əvvəllər də belə təxribatçı fəaliyyətlərlə məşğul olub. Bu ilin may ayında o, "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirmişdi. Səfir Azərbaycanı bölgədə aqressiv siyasət aparmaqda, guya Ermənistana təcavüz etməyi planlaşdırmaqda ittiham etmiş və bunun qarşısını almaq üçün Parisin İrəvana hərbi texnika və silah satacağını demişdi.
Dekotinyinin davranışları, səsləndirdiyi bəyanatlar onu deməyə əsas verir ki, bu diplomat Fransanın maraqlarına uyğun olaraq bölgədə destruktiv mühitin təmin olunmasına çalışır, mümkün sülh və sabitliyə mane olur.
Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 1-də Dekotinyinin “Hetq” media qurumuna müsahibəsi zamanı səsləndirdiyi iddialara cavabı da bu baxımdan xarakterikdir. Belə ki, nazirliyin sözçüsü Ayxan Hacızadə söyləyib ki, Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir:
“Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir”.
Həmçinin bildirilib ki, Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib.
Görünən odur ki, Fransa Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın ev sahibliyinə kölgə salmağa çalışır. Eyni zamanda bu məqsədlə bölgədə “sular süni şəkildə bulandırılır”.
İndi Azərbaycan və Ermənistan arasında nizamlamada irəliləyişlər var. Bunu Fransa da başa düşür. Və elə buna görə də bütün imkanlarla prosesləri tormozlatmağa çalışır.
Dekotinyinin müsahibəsində Azərbaycan əleyhinə qarayaxma kampaniyası cəhdləri də beynəlxalq ictimaiyyətdə rəsmi Bakıya qarşı qeyri – adekvat rəy yaratmaq üçündür.
İkinci bir tərəfdən deməliyik ki, Fransa Ermənistanın “yarımçıq sülh” siyasətini dəstəkləyir. Rəsmi Bakı isə bunu tamamilə qəbuledilməz hesab edir. Azərbaycanın mövqeyi konkretdir: yalnız “bütün daşlar yerinə oturandan sonra” sülh sazişi imzalana bilər.
Fransa və Ermənistanın tələsməsi isə o deməkdir ki, Qərb bölgə ilə bağlı çirkin niyyətlərindən əl çəkmir və gələcəkdə yenidən bölgəyə müdaxilə etmək istəyir.
Sözsüz ki, Yelisey Sarayının bu cəhdləri və Ermənistanı özünün dağıdıcı məqsədləri üçün istifadə etməsi nəticəsiz qalacaq. Hətta bumeranq effekti verəcək. Belə ki, rəsmi Paris hazırda davam etdirdiyi ritorikası ilə Bakı ilə ikitərəfli münasibətlərə zərbə vurur. Bu isə mövcud Fransa hakimiyyətinin bölgədə olmasının qarşısını alır. Çünki istənilən üçüncü aktor regionda olmaq istəyirsə, başa düşməlidir ki, bunun yeganə yolu bölgənin əsas oyunçusu Azərbaycanla normal münasibətlərdən keçir. Fransa isə bu imkandan özünü məhrum edir.
Fransadan Azərbaycana qarşı "SƏLİB YÜRÜŞÜ": Səfirin uğursuz və destruktiv cəhdləri- TƏHLİL
02
noyabr
18:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fransa SAVAŞ PLANI qurur, İrəvan sülh MESAJI VAR: Erməni nazir Ermənistanı necə ŞOKA SALDI
Bakıya qarşı 4 istiqamətli HƏMLƏ: Gizli razılıq olmadı, hədəf bu ölkədir
İrəvan YENİ SAVAŞın vaxtını təyin edib: ABŞ və Qərbin Gürcüstandan verəcəyi İŞARƏNİ GÖZLƏYİR
Makronun Bakıya açdığı savaş İFLASA UĞRAYIR: Azərbaycanın Fransa üzərində həlledici QƏLƏBƏ ŞANSI ARTIR
Əliyev-Paşinyan görüşü baş tuta bilər - BU ÖLKƏDƏ...
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- COP29 gündəliyi - 21.11.2024
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- Daha 4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə OLUNDU
- Türkiyədə polislərə SİLAHLI HÜCUM – YARALILAR VAR
- COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- Əvvəlcə Putin, sonra Mirzoyan: İrəvana gözlənilməz səfərin DETALLARI
- Putin qərarı YENİLƏDİ: İrəvanda “ÇİRKLİ BOMBA” həyəcanı
- Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- "Xocalı" ad gününü QEYD ETDİ
- Ermənistanla münasibətlərimiz Azərbaycandan asılıdır - URALOĞLU
- İcra hakimiyyətində ƏMƏLİYYAT: SAXLANILANLAR VAR? - FOTO
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı SON DURUM: Şərtlər BELƏDİR
- Zəngəzurda savaş ANONSU - Bakı ərazini nəzarətə götürərək...
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- COP29 gündəliyi - 17.11.2024
- Britaniya və ABŞ Bakıda saziş İMZALADI
- COP29 gündəliyi - 21.11.2024
- Minimum pensiya məbləği də artırıldı – ŞAD XƏBƏR
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?