Fransanın birinci xanımı Bricit Makron Vyetnama rəsmi səfər zamanı əri - Prezident Emmanuel Makrona gözlənilməz şəkildə şillə vurub.
Kainat.tv-nin verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Hadisə dövlət başçısının təyyarəsində baş verib.
Bricit Makron ərinə şillə vurduqdan sonra Makronun təklif etdiyi kömək əlini də nümayişkaranə şəkildə rədd edib. Bu anlar isə fotoqrafların obyektivinə düşüb - təyyarənin trapından enərkən çəkilən kadrlar mətbuatda səs-küyə səbəb olub.