İsrail ordusu İranın mümkün hava hücumlarına ən yüksək səviyyədə hazırdır.

Kainat.tv xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadla CNN məlumat yayıb.

Telekanal İsrailin oktyabrın 26-da həyata keçirdiyi hava hücumlarına İrandan cavab gözlədiyini bildirib.

“İsrailin hücumları Tehran üçün dilemma yaradıb. Çünki İsrailin hər cavab hücumu İranın müdafiə qabiliyyətini zəiflədir”, - mənbə CNN-ə deyib.

Tehran İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisinə hücumundan sonra yəhudi dövlətini cavab tədbirləri ilə hədələyib. //Teleqraf.com