Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib. İki ölkə faktiki olaraq müharibə vəziyyətinə yaxınlaşıb. 22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində baş verən insidentdən sonra Hindistan Pakistanı ittiham edib və İslamabadı terrorizmə gizli dəstək verməkdə günahlandırıb.
Hadisədən dərhal sonra Yeni Dehli Pakistana qarşı bir sıra sərt addımlar atıb:
Birincisi, Hindistan bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlüz qapısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb. Qeyd edək ki, bu, 1960-cı ildə imzalanmış Hindistan-Pakistan Su Müqaviləsindən sonra baş verən ilk belə haldır. Müqaviləyə əsasən, siyasi münasibətlərdən asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi təmin edilməli idi. Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi qiymətləndirəcəyini bildirib.
İkincisi, Hindistan Pakistanla sərhəddə artan gərginlik və atışmalar fonunda gəmi əleyhinə raketləri sınaqdan keçirib. Məlumatda bildirilir ki, “atışların məqsədi uzun məsafələrdə dəqiq zərbələr endirmək üçün platforma, sistem və ekipajın hazırlığını nümayiş etdirməkdir.”
Üçüncüsü, Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. Hindistanın Müdafiə Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb. Müqaviləyə əsasən, Hindistan 26 ədəd “Rafale Marine” qırıcı təyyarəsi alacaq.
Təbii ki, Pakistan da cavabsız qalmayıb. Gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələrinin Pakistana doğru hərəkət etdiyi müşahidə olunub. “Flightradar” izləmə sisteminin məlumatına görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya eniş edib.
Hazırda Hindistan və Pakistan arasında gərginliyin artması hər iki ölkənin silahlanmasını və bölgədəki təhlükəsizlik balansını ciddi sual altına alır. Xüsusilə nəzərə alsaq ki, hər iki ölkə nüvə silahına malikdir, münaqişənin qlobal miqyasda narahatlıq doğurması başadüşüləndir.
Hindistan və Pakistan tarixdə indiyədək rəsmi olaraq 4 dəfə müharibə aparıblar. Təkcə bu müharibələri analiz etmək belə mövcud gərginliyin potensial nəticələrini proqnozlaşdırmağa əsas verir:
1947–1948-ci il müharibəsi (Birinci Kəşmir müharibəsi): Bu müharibə Hindistan və Pakistanın müstəqillik əldə etməsindən dərhal sonra baş verdi. Kəşmir hökmdarının Hindistana birləşmək qərarı Pakistanla qarşıdurmaya səbəb oldu.
1965-ci il müharibəsi: Yenidən Kəşmir bölgəsindəki mübahisə üzündən başladı. Müharibə təxminən bir ay davam etdi və çox sayda insan tələfatına səbəb oldu. BMT-nin müdaxiləsi ilə atəşkəs əldə olundu.
1971-ci il müharibəsi: Bu müharibə əsasən Şərqi Pakistanın (indiki Banqladeş) müstəqillik uğrunda apardığı mübarizə çərçivəsində baş verdi. Hindistan Banqladeşi dəstəklədi, nəticədə Pakistan məğlub oldu və Banqladeş müstəqilliyini qazandı.
1999-cu il Kargil münaqişəsi: Pakistan ordusu və yaraqlılar Kəşmirin Kargil bölgəsində Hindistan mövqelərini ələ keçirməyə cəhd etdilər. Hindistan cavab hücumu ilə ərazini geri aldı. Bu lokal xarakterli münaqişə də rəsmi olaraq müharibə səviyyəsində qiymətləndirilir.
Göründüyü kimi, 1971-ci il müharibəsi istisna olmaqla, digər üç münaqişə birbaşa Kəşmir bölgəsi ilə bağlıdır. Bu da onu göstərir ki, mövcud gərginliyin də əsas mərkəzi məhz Kəşmir olacaq. Əlbəttə, digər bölgələrdə də toqquşmalar mümkündür.
Ümumilikdə, müasir müharibələrin təbiəti dəyişib. Texnologiyanın inkişafı, silah və hərbi texnikanın baha olması müharibələri həm xərcli, həm də mürəkkəb hala gətirib. Hindistan və Pakistanın iqtisadi və sosial problemlərini nəzərə alsaq, klassik, uzunmüddətli və total müharibənin baş verməsi ehtimalı azdır. Mövcud gərginlik daha çox 1999-cu il Kargil Münaqişəsi tipli qısamüddətli hərbi qarşıdurma ilə yekunlaşa bilər.
Hindistan və Pakistanın nüvə silahına malik olması onların müharibə aparmaq imkanlarını məhdudlaşdıran əsas amillərdəndir. Mən hesab edirəm ki, iki ölkə total müharibə vəziyyətində belə nüvə silahından istifadə etməyəcək. Amma bu silahların mövcudluğu münaqişənin uzunmüddətli olmasının qarşısını alır, çünki böyük güclər bir müddət sonra müdaxilə edərək tərəfləri sülhə çağıracaqlar.
Mövcud gərginliyin əsas səbəblərindən biri Hindistanda hakimiyyətdə olan radikal millətçi BJP partiyası və onun lideri Narendra Modidir. Modi uzun müddətdir islamofob və ifrat millətçi siyasət aparır. 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya və müsəlmanlara qarşı zorakılıq halları artmağa başlayıb. Hindli millətçilərin müsəlmanları ölümlə hədələyən and videoları dəfələrlə beynəlxalq reaksiyalara səbəb olub.
Narendra Modinin müsəlmanlara qarşı atdığı ən qatı islamofob addımlardan biri vətəndaşlıq aktına etdiyi düzəlişdir. Yeni qanuna əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Maraqlıdır ki, bu şəxslər əsasən müsəlmanların kompakt yaşadığı şimal vilayətlərinə yerləşdirilir. 2021-ci ildən bəri Hindistanda bu qanuna qarşı etirazlar davam edir.
Modinin antimüsəlman siyasəti ilə yanaşı, Hindistandakı ağır sosial-iqtisadi vəziyyət də gərginliyin artmasına səbəb olur. Sadə dillə desək, Modi narazı əhalinin diqqətini müharibə təhlükəsi ilə yayındırmaq istəyir. Amma düşünürəm ki, bu gərginlik uzun müddət davam etməyəcək. Çünki müharibənin uzanması əks reaksiya yaradaraq Modi hakimiyyətinə qarşı yönələ bilər. Bundan əlavə, Hindistanda milyonlarla müsəlman yaşayır və müharibə vəziyyətində daxildə etnik və dini qarşıdurmaların baş verməsi istisna deyil.//globalinfo.az
Gərginlik pik həddə çatdı: Orduya əmr verildi, nüvə gücləri qarşı-qarşıya – Dəhşətli müharibə başlayır
30
aprel
17:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ŞİRİN SU EHTİYATLARI azalır: bizi BÖYÜK PROBLEM gözləyir - ŞOK RƏQƏMLƏR
Azərbaycanın dostuna qarşı DƏHŞƏTLİ SSENARİ - Kəşmirdə nə BAŞ VERİR?
Azərbaycan yeni DƏHLİZ AÇILIR - Bakının logistik ÖNƏMİ ARTIR
Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
Türkiyə "DƏRİN DÖVLƏTİ"nin SİRRİ: Nüvə silahı...
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ