Neftin qiyməti enməkdə davam edir. Ötən həftədən başlayan qiymət enməsi bu həftə də davam edib. Artıq neftin qiyməti 70 dollar həddinə qədər enib. ABŞ-ın OPEK+ ölkələrinə hasilatın artırılması ilə bağlı çağırışları artıq bazara təsirini göstərməyə başlayıb. Belə ki, OPEK+ üzvü olan ölkələr aprel ayından etibarən hasilatı artırmağa qərar veriblər. Daha əvvəl könüllü şəkildə azaldılan hasilat tədricən bərpa ediləcək və bu da bazara, əlavə olaraq, 2,2 milyon barel neftin daxil olmasına səbəb olacaq.
İki əsas neft kəmərindən asılı olan Azərbaycan iqtisadiyyatı üçün bu tendensiya müəyyən risklər yarada bilər. 2025-ci ilin ilk iki ayında neftin orta qiyməti 80 dollara yaxın olub. Lakin mart ayında bu rəqəm 70-73 dollardırsa, aprel ayında 70 dollardan aşağı düşə bilər. Bu isə o deməkdir ki, 2025-ci ilin birinci yarısı üçün büdcədə nəzərdə tutulan neftin orta qiyməti 70 dollara yaxın olsa da, ilin ikinci yarısında qiymətlərin 70 dollardan aşağı düşməsi ehtimalı artır.
Bəs bu zaman hansı risklər yaranır?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına hətta dolların məzənnəsindən daha ciddi risklər yarada bilər.
“Neftin qiymətinin düşməsi dolayısı ilə dollara da təsir edir. Azərbaycanda dolların qiymətini hökumət inzibati qaydada tənzimləyir. Neft Fondundan götürülən valyutanın hərrac yolu ilə satılması nəticəsində bazarda dollara tələbat qarşılanır və manatın qiymətinin ucuzlaşmasına imkan verilmir. Lakin dünya bazarında neftin qiyməti ucuzlaşarsa, hökumətin əlində olan valyuta ehtiyatları tədricən azala bilər. Əgər bu proses uzun müddət davam edərsə, ölkənin valyuta ehtiyatlarının tükənməsi riski yarana bilər. Bu isə hökumətin devalvasiyaya getməsinə səbəb ola bilər", - deyə o əlavə edib.
İqtisadçının sözlərinə görə, Azərbaycan hökuməti inzibati qaydada manatın məzənnəsini stabil saxlayır və bu prosesdə Dövlət Neft Fondundan götürülən valyutanın hərrac yolu ilə satılması mühüm rol oynayır.
"Lakin neftin qiymətinin azalması fonunda hökumətin əlində olan valyutanın həcmi də azala bilər. Hələlik Azərbaycanda dolların məzənnəsi hökumətin qərarına bağlıdır və hazırda kəskin risk müşahidə edilmir. Lakin neftin ucuzlaşması davam edərsə, bir müddət sonra manatın məzənnəsində dəyişiklik baş verə və dolların qiyməti bahalaşa bilər. Əgər neftin qiyməti 50 dollardan aşağı düşərsə, ölkəyə daxil olan valyuta daha da azalacaq. Bu isə ölkə daxilində hərraclarda dollara tələbatın artmasına səbəb ola bilər", - deyə o vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin ilk iki ayında neftin orta qiyməti 80 dollara yaxın olsa da, martda 72-73 dollar, apreldə isə 70 dollardan aşağı düşə bilər. İlin ikinci yarısında isə neftin qiymətinin 60-65 dollar diapazonunda sabitləşməsi ehtimalı var. Əgər qiymətlər bu səviyyədə qalsa, hökumətin valyuta ehtiyatlarının azalması və manatın məzənnəsi ilə bağlı yeni qərarlar qəbul etməsi qaçılmaz ola bilər.
Dolların kursu ilə bağlı həyəcan TƏBİLİ: Manatın məzənnəsi DƏYİŞİR?
10
mart
16:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Milli valyutaya TƏZYİQ ARTDI: Dollar Azərbaycanda da BAHALAŞACAQ?
Qonşu ölkələrdə dollar kəskin BAHALAŞIR – Azərbaycanda yaxın 6 AYDA…
Tramp ELAN ETDİ: 2025-ci ildə dünya üçün ağlasığmaz PROQNOZ
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ