“Ermənistanda zamanında mülki missiya kimi fəaliyyətə başlayan təsisatın sayının və fəaliyyət müddətinin artırılması xoşagələn hal deyil. Həmin missiyanın tərkibində, xüsusi xidmət orqanları əməkdaşları, jandarmalardan və s. ibarət heyət var. İlk başda onların monitorinq aparmaq məqsədi ilə şərti sərhədə gətirildiyi deyilsə də, bu gün əslində hansı məqsədlərlə yerləşdirildikləri məlum olur. Bu mülki missiyaya yeni vəzifələr verilir. Onların Ermənistanın Müdafiə Nazirliyinin hansısa struktur bölmələri ilə əlaqələrinin qurulması, məlumatların ötürülməsi və s. kimi məsələlər burada öz əksini tapır. Əslində isə zaman-zaman monitorinqlər aparmalı və rəsmi Brüssel, Ermənistan və Azərbaycana hesabatlar verməli idi”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Onun sözlərinə görə, həmin mülki missiyanın tərkibinə başqa ölkələrin nümayəndələri də daxil olur:
“Aİ, Kanada, Fransa və digər ölkələri misal çəkə bilərik. Bu da o deməkdir ki, missiya Aİ çərçivəsindən çıxıb NATO formatını alır. Əminliklə deyə bilərik ki, hərbi kəşfiyyat xarakterli fəaliyyətlər də sərgilənməkdədir. Səyyar formada fəaliyyət göstərən missiya Ermənistanın müxtəlif ərazilərində qərargahlar yaratmağa başlayıblar. Gorusda həmin missiya Aİ-nin ayrı-ayrı nümayəndələrini qarşıladığı haqqında məlumatlar almışdıq. Bütün bunlar dediklərimizə bir nümunədir. Son günlər yayılan məlumatlara görə, bu mülki missiya İran və Türkiyə ilə həmsərhəd bölgələrdə də fəaliyyətə başlayacaq. Mandatın 2 il uzadılmasına dair fevralın 19-da qərar qəbul olunacaq”.
Deputatın sözlərinə görə, missiya bundan sonra öz hərbi funskionallığını və bundan irəli gələn vəzifələrin icrasını daha rahat həyata keçirmiş olacaq:
“Ermənistanın hüdudları daxilində baş verən prosesin Azərbaycan, İran və Türkiyə üçün nə kimi təhlükələri olduğu sualı yaranır. Bu Aİ missiyasıdır və Avropa İttifaqının konkret olaraq Türkiyə, Azərbaycanla bağlı yanaşması da hər kəsə məlumdur. NATO kontekstində də anti-İran amilləri kifayət qədər qabarıqdır. Ümumiyyətlə missiyanın hazırkı fəaliyyəti sabitliyin pozulması amili kimi dəyərləndirilə bilər. Ermənistan daxilində elə qüvvələr var ki, sözügedən prosesdən ilham alaraq revanşist əhval-ruhiyyəni daha da artırırlar.
Ermənistan sülhdə maraqlıdırsa, bu missiyanın fəaliyyətinin dayandırılması istiqamətində addımlar atmalıdır”.
Azərbaycan və Türkiyə sərhədində xüsusi hərbi missiya yerləşdirilir? – Təhlükə
27
yanvar
19:53
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sərhəddəki TƏHLÜKƏ: Fransanın Ermənistana göndərdiyi silahlılar kimlərdir?
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Qərbdən sərhəddəki missiyaya görə Paşinyana QƏZƏBLİ DEMARŞ
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
“Ermənistan üçün ”NATO ÇƏTİRİ" qurulur" iddiası - RƏYLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ