Azəriqaz" İstehsalat Birliyinin "Təmiz Qaz" QSC ilə bağladığı müqaviləyə dəyişiklik etməsi podratçı şirkətin 500-dən artıq əməkdaşının işsiz qalmasına səbəb olub.
Kainat.tv Teleqraf.com-a istinadən xəbər verir ki, "Azəriqaz" İB "Təmiz Qaz" şirkəti ilə yerüstü qaz kəmərlərinə texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması, yerüstü siyirtmələrə texniki baxışın aparılması yönündə 2021-ci ildə bağladığı satınalma müqaviləsinə bu ildən dəyişiklik etməyi qərara alıb.
Daha doğrusu, bu əməliyyat üzrə xərcləri optimallaşdıraraq podratçı vasitəsilə deyil, öz kadr potensialı ilə icrasına qərar verib.
Hətta birlik tərəfindən bu barədə ötən il noyabrın 29-da "Təmiz Qaz" QSC-yə məktub ünvanlanıb. Məktubda orta və aşağıtəzyiqli yerüstü qaz kəmərlərinə və onların üzərində olan bütün növ qurğu və avadanlıqlara göstərilən texniki baxışın 2025-ci ilin yanvarın 1-dən etibarən dayandırılması bildirilib.
Texniki baxış xidmətlərinin sifarişçi tərəfindən ləğv edilməsindən sonra bilavasitə həmin xidmətlər üzrə paytaxtda və bölgələrdə işə götürülən işçilərə bu barədə bildiriş təqdim olunub, daha sonra isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onlar ixtisar ediliblər.
Qeyd edək ki, "Təmiz Qaz" 2014-cü ildən başlayaraq "Azəriqaz" İB-nin sifarişi əsasında respublikanın 68 rayon və şəhərində mövcud olan qaz təsərrüfatına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini aparır. İllər ərzində şirkətlə bu yöndə bağlanılan müqavilə yenilənib. Hətta "Təmiz Qaz"a həvalə edilən işlərin sayı artırılıb.
Belə ki, 2017-ci ildən şirkət "Azəriqaz"ın sifarişi əsasında məişət qaz sayğaclarına daxili və xarici metroloji texniki baxışın keçirilməsi, uyğunsuzluqların aşkar edilməsi və yeni sayğacla əvəz edilməsi işlərini həyata keçirir.
2018-ci ildən başlayaraq SOCAR Qaz İxrac İdarəsinin sifarişi əsasında yeraltı magistral qaz kəmərlərinə və qaz kranlarına texniki baxışın keçirilməsi və qaz sızmalarının aşkar edilməsi işlərini görür. Yəni dövlət qurumu ilə şirkətin əməkdaşlığı 11 ildir davam edir. Vaxtilə "Azəriqaz"ın milyonluq tenderini qazanan "Təmiz Qaz"ın əsas üsünlüyü texniki baxış işlərinin həyata keçirilməsi üçün yüksək peşəkarlığı olan və xarici mütəxəssislər tərəfindən təlim alan işçilərinin olması idi.
Qeyd edək ki, "Təmiz Qaz"ın podratçılığını etdiyi işləri bundan sonra sifarişçinin özü - "Azəriqaz" həyata keçirəcək.
Xatırladaq ki, daha əvvəl Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş işdən azad edilib.
Azərbaycanda 500 nəfər İşsiz Qaldı
21
yanvar
22:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
“Bunların arxasında böyük adamlar dayanıb” - uşaqların 1 milyon qan pulunu “yeyən”lərin CİNAYƏT DOSYESİ
“Azəriqaz”ın baş direktorunun müavini “Mersedes”lə ölümlə nəticələnən AĞIR QƏZA TÖRƏTDİ
“Azəriqaz”ın baş direktorunun müavini ölümlə nəticələnən AĞIR QƏZA TÖRƏTDİ
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ