"Minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırıldıqdan sonra minimum pensiyanın artırılması ilə əlaqədar olaraq 2025-ci ildə nəzərdə tutulan pensiya artımları ilk növbədə 320 manatdan aşağı pensiya alanlara şamil ediləcək. Bu ilin fevralından həmin məbləğdən aşağı pensiya alanların pensiyası 320 manata çatdırılacaq".
Kainat.tv ölkə.az-a istinadla xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.
Deputat əlavə edib ki, bununla yanaşı, bu il əmək pensiyalarının bütün növləri 2024-cü ildə orta aylıq əməkhaqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək. "Hələlik bu artımım 8-9 faiz arasında olacağı barədə fikirlər səsləndirilir. Amma əsl artım rəqəmi gələn ay, yəni fevralın əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident sərəncamı veriləcək", - o qeyd edib.
Pensiya artımının əlillik dərəcəsi olanlara şamil edilib-edilməməsinə aydınlıq gətirən deputat bildirib ki, pensiya artımı əmək pensiyalarının hər üç növündə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara da şamil ediləcək.
O eyni zamanda əlavə edib ki, pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla fevral ayında alacaqlar.
"Qocalıq pensiyası” adlandırılan yaşa görə müavinət, veteran pulu və digər müavinətlər nə vaxt və nə qədər artırılacağı ilə bağlı məsələyə aydınlıq gətirən deputat bildirib ki, bu məsələ xüsusi prezident sərəncamına uyğun Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində, yəni bu ilin martında hazırlayıb ölkə Prezidentinə təqdim edəcək: "Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək.
Əməkhaqqı, pensiya, müavinət və sairin artımı ümumilikdə 3 milyon, o cümlədən təkcə müavinət, təqaüd və sairin artımı isə 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək".
Minimum əməkhaqqının artırılması ilə bağlı deputat bildirib ki, bu, dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan təqribən 400 min işçiyə və 400 manatdan aşağı maaş alan 300 minə yaxın özəl sektor işçilərinə şamil olunacaq.
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə ŞAMİL EDİLƏCƏK
17
yanvar
19:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Əhalinin NƏZƏRİNƏ! Bu il də inflyasiya yüksək olacaq, devalvasiya isə...
ŞAD XƏBƏR! - Pensiya ilə bağlı bu yenilik NƏHAYƏT BİZDƏ DƏ OLACAQ
İsraildə yazılan kitabda SİRLİ 7 RƏQƏMİ: 23 il sonra gerçəklər Suriyada ÜZƏ ÇIXIR – Sensasion MƏLUMATLAR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ