Maliyyə naziri Samir Şərifovun vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunması hökumətin dövlət gəlirləri və ümumilikdə maliyyə sektoru ilə bağlı yeni planlarının tərkib hissəsi ola bilər.
Kainat.tv xəbər verir ki, bu barədə “Azpolitika” yazıb.
Nəşr xatırladıb ki, Samir Şərifovla bağlı qərar verilsə də, onun yerinə – maliyyə naziri postuna təyinat olmayıb. Bunun fonunda ehtimal olunur ki, dövlət gəlirləri və ona nəzarət sektorunu əhatə edəcək vahid dövlət qurumu formalaşdırılır. Belədə Maliyyə Nazirliyi də nəzarət funksiyaları ilə birlikdə yeni qurumun tərkib hissəsinə daxil edilə bilər.
Versiyalardan biri odur ki, yeni qurumun tərkibinə Maliyyə Nazirliyi ilə yanaşı Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər.
“Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib”, – “Gününsəsi”nin mənbəsi bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunmağa başlandığını deyib. “İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var”, – dövlət başçısı Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZKON) yaradılmasının səbəbləri, bu təsisatdan gözləntilərlə bağlı sualı cavablandırarkən demişdi.
Prezident vurğulamışdı ki, AZKON-nun yaradılmasında məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır: “Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik. Bir çox misallar var, məsələn, yükdaşımaları ilə bağlı – Xəzər Gəmiçiliyi üçün bir yükün daşınması daha sərfəlidir, dəmir yolu üçün başqa yükün daşınması. Liman burada nə dərəcədə vasitəçi mexanizm rolunu oynayır? Ona görə məqsəd dövlətin marağına əsasən, hansı yükün daşınması, necə daşınması sərf edirsə, ona da üstünlük verilməlidir”.
Nəşrin ehtimalına görə, idarəetmə sahəsində islahatların davamı kimi dövlət büdcəsinin əsas gəlirlərini təmin edən və prosesə nəzarət edən Maliyyə Nazirliyinin imkanları genişləndirilir.
Bu dövlət qurumları birləşdirilir - Azərbaycanda yeni supernazirlik yaradılır?
13
yanvar
15:21
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ