Bakıda tanınmış iş adamı vəfat edib.
Kainat.tv BİA.az-a istinadən xəbər verir ki, kecmiş məşhur “Kiyev” ("Gənclik" metrosunun yanı) restoranının sahibi, tanınmış iş adamı və xeyriyyəçi Araz Şirinov vəfat edib. O, 71 yaşında qəflətən ürəktutmasından dünyasını dəyişib.
Mərhum "Varovski" Binəqədi qəbristanlığında dəfn edilib.
Bu barədə məlumatı redaksiyaya mərhumun yaxınları verib.
Araz Ağabala oglu Şirinov İsmayıllı rayonunun Tağlabiyan kəndində dogulsa da ailəsi Ağsu rayonuna köcüb. Arazın gənclik illəri Ağsu şəhərində formalaşıb. Rayonda milli azadlıq hərəkatının özəyini yaradanlardan biri də məhz Araz olub.
AXC Ağsu rayon şöbəsinin könüllü özünümüdafiə batalyonu Araz Şirinovun rəhbərliyi ilə 1989-1993-cü illərdə Agdam rayonunun bir necə kəndinin müdafiə olunmasında iştirak edib.
Ömrünün ən parlaq illərini Azərbaycanın müstəqiliyinə və milli azadlıq hərəkatına sərf edən Araz Şirinovun həyat yolu gənclərimiz ücün əsl örnəkdir.
Səhər-səhər bu acı xəbəri eşitmək nə qədər çətin olsa da belə bir şəxsiyyəti yaxından tanımaq hər insana qismət olmur. Bu itkinin ağırlığını ifadə etmək üçün söz tapa bilmirəm. Azərbaycanın milli azadlıq hərəkatında müstəsna xidmətləri olan dəyərli, mətin, mübariz, əsl Vətən, Millət fədaisi Allahın rəhmətinə qovuşub. Onun dəyərli fikirləri, tövsiyyələri daima yaddaşlarda qalacaqdır.
Həyatda kimləri itirmirik – doğmalarımızı, yaxınlarımızı, dostlarımızı... Bir də hamımızın tanıdığı və sanki illərin doğması sayıla biləcək insanları. O insanları ki, onlar bu dünyada hərəsi bir iz qoyub gedirlər. Elə bir iz ki o izi heç nə və heç kim silə bilməz. Bu ŞƏXSİYYƏTLƏRİN arasında Vətən fədailərinin xüsusi yeri var. Onların Vətənə, Millətə sevgisi daha böyükdür. Bu bir qəhrəmanlıq sevgisidir.
Şübhəsiz ki, millətinə böyük sevgisi olan və millətindən böyük sevgi qazanan şəxsiyyətlərdən biri də məhz bu gün əbədiyyətə qovuşan Araz Şirinov idi. Böyük bir adı daşıyan Araz bəy ömrü boyu bu böyüklüyü qoruyub, saxlaya bildi. Bu, icdən gələn BÖYÜKLÜKDÜR. Bu, Araz bəy böyüklüyüdür. Araz bəyin böyüklüyü hətta ölümə belə alçalmadı. Ölüm də onun BÖYÜKLÜYÜ qarşısında aciz qaldı. Əslində, ona “ölüm” sözünü yaraşdırmaq olmaz. Belə adamlar ölmürlər axı... ƏBƏDİYYƏT qazanırlar. Araz bəyin itkisi bir evin itkisi deyil, bir elin itkisidir. Heç uzağa getməyək, bu gün sosial şəbəkələr necə deyərlər, ancaq onun adı ilə nəfəs alır... Yüzlərlə insan onun haqqında danışır, ehtiramla onu yad edir, rəhmət diləyir.
...Son zamanlar xəstəlik onu çox narahat edirdi. Amma heç vaxt da narahatlığını büruzə vermədi. Ölümün də, xəstəliyin də gözünə dik baxdı. Çünki Araz bəy dik baxmağa haqqı çatan insanlardan idi. Uzun illər iş adamı kimi ehtiyacı olanların yanında oldu, millətinə xeyriyyəçilik etdi. Əslində Araz Şirinov kimi adamlar qazandıqlarını ehtiyacı olanlara xərcləməyi özlərinə haqq bilirlər. O hec vaxt heç kəsdən kömək əlini əsirgəmirdi. Ağsaqqal kimi, böyük kimi, xalqını, dövlətini sevən, ona fədəkarlıqla xidmət edən Araz bəy yaddaşlarımızda işıq kimi, günəş kimi həmişəlik yaşayacaq. Xatirələr əsl insanları ölməyə qoymur, onları əbədi olaraq diri saxlayır! Allah rəhmət eləsin saf, təmiz, uca bəy!.
Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Araz Şirinova aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Araz Şirinovdur! Araz bəy həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyət idi. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibiydi. Son vaxtlar təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.
Bəli, Araz Şirinov öz insani xüsusiyyətləri ilə özünü insanlara sevdirə bildi. Bu sevgini bu millətin əlindən heç kim ala bilməzdi. Araz bəy kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayacaqlar… Ruhun şad olsun Araz bəy, məzarında rahat uyu, çünki səni tanıyanlar heç zaman səni unutmayacaqlar. İllər ötəcək, fəsillər dəyişəcək dost-tanışlarının, doğmalarının yanında daima yerin görünəcək.
Ədalət NƏBİ
Tanınmış hərəkatçı, iş adamı Araz Şirinov VƏFAT EDİB - VİDA SÖZ
07
yanvar
13:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Prezident 2025-ci ilin prioritetini ELAN ETDİ - "Böyük Qayıdış proqramı"nın icrası SÜRƏTLƏNƏCƏK
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ