“Rusiya Suriyada baş verən dramatik hadisələri narahatlıqla izləyir”.

Kainat.tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

XİN-in məlumatına görə, Bəşər Əsəd Suriyadakı münaqişənin iştirakçıları ilə danışıqlar nəticəsində prezident postundan getmək qərarına gəlib:

“O, hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək, ölkədən gedib”.

Rusiya sözügedən danışıqlarda heç bir formada iştirak etmədiyini açıqlayıb. //Globalinfo.az