ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə təyyarəsi daşıyan gəmisi “Abraham Lincoln”un rəhbərlik etdiyi zərbə qrupu Cənubi Çin dənizinə daxil olub.

Kainat.tv Teleqraf.com-a istinadən xebər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın hərbi gəmilərinin Cənubi Çin dənizinə daxil olması regionda beynəlxalq hüquq və gəmiçiliyin azadlığının təmin edilməsinə yönəlib.

Qərar Çinlə Tayvan arasında artan hərbi-siyasi gərginlik fonunda verilib.

Pekin adanın Çinə birləşdirilməsinin qaçılmaz olduğunu bəyan edib. ABŞ belə bir durumu qəbul etməyəcəyini, Tayvanı müdafiə edəcəyini açıqlayıb.