Kainat.tv xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Türkiyə nəşri yazır ki, müxalifətin masasında hakim qanadla görüşmək fikri də var:
“2023-cü il seçkilərində müxalifət düşərgəsində ən çox qazancı əldə edən “Altılıq Masası”nın kiçik partiyaları 2028-ci il seçkilərinə fokuslanıb. DEVA, Gələcək, Demokrat və Səadət partiyaları daxilində CHP-də rəhbərlik dəyişikliyi nəzərə alınaraq, 2028-ci il üçün ittifaq axtarışına indidən başlamaq istəyənlər var.
“Altılıq Masası”na CHP, Demokratiya və İnkişaf, İYİ, Səadət, Demokrat və Gələcək partiyaları daxil idi. //Teleqraf.com