Noyabrın 19-da Co Bayden Ukraynaya Rusiyanın daxilinə ABŞ raketləri ilə zərbə endirməsinə icazə verib. Daha sonra Fransa və Böyük Britaniya öz uzaqmənzilli silahları ilə eyni məqsədlə istifadə etmək üçün analoji icazəni veriblər.
Bu qərarlardan sonra Ukrayna ilk dəfə ATACMS və "Storm Shadow" raketləri ilə Rusiya ərazisini vurub. ABŞ və Avropa ölkələrinin son addımlarına cavab olaraq Vladimir Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiq edən Fərman imzalayıb. Noyabrın 20-dən 21-nə keçən gecə Rusiya "Oreşnik" orta mənzilli ballistik raketi ilə Dnepr şəhərini vurub. Hücumdan dərhal sonra xalqa müraciət edən Putin, Ukraynanın Qərb istehsalı olan raketlərlə Rusiya ərazisinə hücum etməsindən sonra, "Oreşnik" raketləri ilə cavab verdiklərini bildirib.
Kainat.tv xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a müsahibə verən ehtiyatda olan polkovnik, Şimali Kipr Girne Amerika Universiteti Beynəlxalq Münasibətlər kafedrasının müdiri, GAÜ Təhlükəsizlik Araşdırmalar Mərkəzinin direktoru Sadık Akyar bildirib ki, ABŞ və Avropa ölkələrinin ötən ilin yazında verdiyi müxtəlif yardımlarla Ukraynanın irəliləyiş gözləntiləri var idi, lakin bu baş vermədi.
"Əslində, arxada qoyduğumuz yay dövrünə baxanda verilən artilleriya sistemləri, tanklar, qabaqcıl silah sistemləri, F-16 məsələsi, hətta bəzən Fransa və Polşa kimi ölkələrin də əsgər göndərəcəyi ilə bağlı müxtəlif şayiələrə əlavə olaraq Ukraynanın əks-hücuma keçəcəyi və müharibənin bununla bitəcəyinə dair gözləntilər var idi. Amma bu gözləntilərin əksinə olaraq yaz-yay dövrlərində heç bir inkişaf olmadı. Yayın sonunda Ukrayna Kurska daxil oldu, lakin Rusiya bu irəliləyişi bir nöqtədə dayandırdı. Daha sonra Rusiyanın ABŞ-dəki seçkiyə qədər Ukraynaya qarşı bütövlükdə hücuma keçmədiyini, amma irəlilədiyini müşahidə etdik. Hətta bu irəliləyiş nəticəsində sülh danışıqlarının başlaya biləcəyi də irəli sürülmüşdü. Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı təbliğat xarakterli açıqlamaları da prosesə öz təsirini göstərdi. Seçkini uduzan Bayden, amerikalıların öz təbirincə desək, yanvarın 20-nə qədər "axsaq ördək" mövqeyində qalıb. Bayden administrasiyası həm daha əvvəl Ukraynaya verdikləri ATACMS-1 raketləri, həm də tədarük edəcəyini söylədiyi ATACMS-2 raketləri ilə anidən Rusiyanın daxilinə hücum etməyə icazə verdi. Bundan dərhal sonra Fransa və İngiltərə də "Storm Shadow" ilə bağlı oxşar açıqlamalar verdilər. Ukrayna bu raketlərlə hücum etdi və bunun qarşılığında Rusiya ölkənin nüvə doktrinasına yeni düzəlişlər etdi", - o bildirib.
Müsahibəni tam olaraq aşağıdakı videoda izləyə bilərsiniz:
SADIK AKYAR: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - VİDEO
23
noyabr
08:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
Türkiyə "DƏRİN DÖVLƏTİ"nin SİRRİ: Nüvə silahı...
Rusiyanın Ukraynaya atdığı ballistik raket nəyə qadirdir? - TÜKÜRPƏDİCİ FAKTLAR
NATO Rusiya ilə savaşa məcbur olacaq: Polşalı nazir Ukrayna barədə SENSASİON təklif verdi
- Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
- Pentaqon TƏSDİQLƏDİ - Moskava Vaşinqtona XƏBƏRDARLIQ EDİB
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi TƏSİR EDİR
- Parisdən Bakıya qarşı daha bir TƏXRİBAT - Sensasion DETALLAR
- Nüvə riskinin sərhədimizə sıçrayan DALĞASI: İrəvan hücuma KEÇƏCƏK
- Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
- Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik ƏMƏLİYYAT PLANI hazırlandı
- Rusiya nüvə ssenarisini AÇIQLADI: ABŞ-ı belə vuracaq, yalnız üçdə biri QALACAQ!
- İrəvanda danışıb Bakıya gələn nazir HƏDƏF GÖSTƏRDİ – “Silah” İŞƏ DÜŞDÜ
- Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Ballistik raketlərimiz Londona 13, Berlinə 8 dəqiqəyə ÇATACAQ
- Putinin qarşısıalınmaz RAKETİ: “ABŞ da dayandıra BİLMƏYƏCƏK”
- Üçüncü Dünya müharibəsi BAŞLADI? – “Barmağı pultun düyməsindədir, QƏRAR VERİLİR”
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Yardımlı RİH-də “UŞAQLAR və EKOLOGİYA” adlı VI Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla GÖRÜŞ KEÇİRİLİB
- ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
- Gərginlik PİK HƏDDƏ: Rusiya nüvə zərbəsi barədə XƏBƏRDARLIQ ETDİ
- Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik
- Tariflər ARTIRILIR: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ƏN BAHA OLACAQ
- Dünya müharibəsi MESAJI: “Tramp gəlməmiş başlamaq istəyirlər”
- ABŞ-ın mesajı İrəvanı TƏŞVİŞƏ SALDI - Dərhal TƏPKİ VERDİLƏR
- COP29 gündəliyi - 21.11.2024
- COP29 gündəliyi - 17.11.2024
- Tehran KÜNCƏ SIXIŞDIRILDI: ABŞ strateji bombardmançıları Yaxın Şərqə GÖNDƏRDİ
- Fransızlara "DAĞ ÇƏKƏN" məşhur FIRILDAQÇI: Eyfel qülləsini "METALLOM" kimi satdı
- “Freedom House”dən görünməmiş HƏYASIZLIQ - Bakıdan şillə kimi CAVAB
- SON DƏQİQƏ! Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: havadan zərbələr endirildi - ÖLƏNLƏR VAR
- İrəvanın ABŞ və Qərbdən ALA BİLMƏDİKLƏRİ: Onların hamısı indi Azərbaycanın əlində CƏMLƏŞİB
- Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
- Azərişıq-dan şəhid ailələrinə və qazilərə xüsusi DİQQƏT və QAYĞI
- İsrail Tehranda daha bir hərbi zavoda HÜCUM ETDİ
- Moskvadan SON DƏQİQƏ açıqlaması – İrəvan GERİ ÇƏKİLİR
- Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi?