Kainat.tv bildirir ki, tədbir Xırdalanda “The Roof” restoranında baş tutub. Mərasimə komandanın futbolçuları, valideynlər və media nümayəndələri qatılıb.
Klubun rəhbəri İlkin Hacıyev çıxış edərək 5 il ərzində keçdikləri yoldan danışıb. O, qarşılarına daha böyük məqsədlər qoyduğunu bildirib.
Qeyd edək ki, “Xocalı” Futbol Klubu 2019-cu ildə yaradılıb. Həmin dövrdən fəaliyyət göstərən komandanın bir çox üzvləri hazırda Premyer Liqada çıxış edən klubların akademiyalarında top qovur.

