Bizim Ermənistanla münasibətlərimiz tamamilə Azərbaycandan asılıdır.
 
Kainat.tv-nin məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu bildirib.
 
O qeyd edib ki, Ermənistan əvvəlcə Azərbaycanla razılaşmalıdır.
 
"Biz bundan sonra Azərbaycanın yanaşmasına görə münasibətlərimizi yönləndirəcəyik. Yəni biz Azərbaycanla danışıq olmadan bir iş görməyəcəyik", - nazir İTV-yə açıqlamasında deyib.