ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20-ə yaxın hərbi nəqliyyat təyyarəsi vitse-prezident Ceyms Devid Vensin regiona səfərindən öncə Ermənistana gəlib.

Kainat.tv xəbər verir ki, təyyarələrin 4-8 fevral tarixində İrəvana gəldiyi haqda məlumat var.

Təyyarələr ABŞ-dakı bazalardan havaya qalxıb və Almaniyadakı Ramşteyn bazasında yanacaq doldurublar. Bütün uçuşlar 77,5 ton yükdaşıma qabiliyyətinə malik olan “Boeing C-17A Globemaster III” təyyarəsi ilə həyata keçirilib. Daşınan yüklərin nə olduğu məlum olmasa da, İran ətrafında baş verən proseslər fonunda diqqət çəkir və sual yaradır: ABŞ İrana hərbi müdaxilə planında Ermənistandan da platforma kimi istifadə edəcək?

Bu sualın cavabının yaxın günlərdə bəlli olacağı gözlənilir. //Publika.az