Azərbaycan-Rusiya münasibətləri növbəti qəliz dövrünü yaşayır, çətin imtahandan keçir.
Belə bir sınaq, yaxud hər iki tərəfdə özünü göstərən siyasi-diplomatik dilxorçuluq olmaya da bilərdi, əgər qarşı tərəf, onun rəhbərliyi təyyarə faciəsi ilə bağlı ilk gündən “siçan-pişik” oyunu oynamayıb əlahəzrət həqiqətin yanında dursaydı. Aşırı qərəzlə gerçəyi ört-basdır etməyə çalışmasaydı və bununla da Azərbaycan xalqının, onun dövlətinin əsəblərini, milli qürurumuzu, Rusiyaya tolerant münasibətimizi təhlükəyə məruz qoymasaydı.
Axı bizim tələbimizdə qeyri-adi, ədalətsiz nə var ki, Rusiya onu süngü ucunda qarşılayıb? Neçə vaxtdır onun KİV-ləri, üzdəniraq ekspertləri Azərbaycanı haqsız çıxarmağa cəhdlər edir. Rusiya mediasında, o sırada Kremlə yaxın KİV-lərdə ölkəmizin və onun rəhbərliyinin ünvanına hədyanlar, təhqirlər səsləndirilir, həyasız böhtanlar yağdırılır. Nə üçün?
Rusiya böyük dövlətdir deyə, başımızı indi onun “ayağı” altda qoymalıyıq? Dünyanın da qəbul elədiyi danılmaz gerçəyi danmalıyıq? Yoxsa unudublar ki, Azərbaycan dövlətinin də ləyaqəti, mənliyi var. Biz “banan ölkəsi” deyilik. “Qara məni basmamış mən qaranı basım” məntiqli əcaib davranışa nə ehtiyac?..
Doğru, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini Putin dönəmində bərpa edib. Amma və lakin Qarabağ Zəfərini heç kim, illah da Moskva bizə nimçədə təqdim etməyib. Ordumuz, onun Ali Baş Komandanı, şəhidlərimiz və qazilərimiz sayəsində buna nail olmuşuq. Ölkə rəhbəri İlham Əliyevin regional və beynəlxalq şərtləri zərgər dəqiqliyi ilə, düzgün, hesablaması nəticəsində tarixi qalibiyyət, işğalçının cəzalandırılması mümkün olub.
44 günlük Vətən müharibəsi zamanı Rusiyadan Ermənistana necə silahlar daşındığını, müharibənin axırıncı günlərində Şuşanı “İsgəndər” ballistik raketləri ilə vurmağa kimin əmr verdiyini, savaşdan sonra isə Rusiya “sülhməramlı” kontingentin Qarabağda hansı oyunlardan çıxdığını heç kim unutmayıb. Hansını deyəsən...
2022-ci il 22 fevralda İlham Əliyev və Vladimir Putinin imzaladığı Moskva Bəyannaməsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət, separatçılıqla birgə mübarizə haqda konkret bəndlər var. Amma Moskva ta 2023-cü ilin sentyabrına, antiterror əməliyyatına kimi separatçı-xunta rejimini silah-sursatla təmin edilməsi, Ermənistandan Qarabağa qanunsuz hərbi texnika, minalar, hərbçilər daşınması üçün əlindən gələni edib.
Rusiya “sülhməramlı” kontingentin Xocalıdakı qərargahı önündə hətta Rusiya, Ermənistanın (?!) bayraqları ilə yan-yana separatçıların “bayraq” adlandırdığı əski parçası da asılmışdı. Orda bircə torpağın qanuni sahibi Azərbaycanın bayrağı yox idi. Sanki Xocalının, Qarabağın bizə yerli-dibli aidiyyəti yoxmuş.
Yaxud Moskvanın rusun yaşamadığı Qarabağda FTX (FSB) casusu, erməni əsilli Aleksandr Bordovun rəhbərliyi ilə qondarma “rus icması” yaratmaq, ermənilərə Rusiya pasportları paylamaq və “Donbas variantı” planları. Ruben Vardanyan layihəsi. Rusiya Müdafiə Nazirliyi isə rus hərbçilər Qarabağdan çıxana qədər öz bülletenlərində oradakı yer adlarını uydurma erməni adları ilə təqdim elədi.
Nəhayət, Nikol Paşinyanın 6 oktyabr (2022) Praqa üçtərəfli sənədi ilə Qarabağı Azərbaycanın tərkib hissəsi saymasını Putin daxil, Rusiya rəsmilərinin hələ də “həzm edə” bilməməsi faktı. Daha əvvələ getsək, Xocalı soyqırımında Xankəndidəki 366-cı Rusiya alayının iştirakını da “velikorus”ların yadına salmaq olar...
Qısası, Azərbaycanın günahı nə? Öz gözündə tiri görməyən Rusiya nədən başqa gözdə tük axtarır, Moskvadakı səfirimizi XİN-ə dəvət edərək, ona yerli mediada guya Rusiyaya qarşı əsassız ittihamların, dezinformasiyanın yer alması barədə irad bildirir?! Halbuki tamamən əksi baş verməkdədir. Şər-böhtan məhz Azərbaycana atılır.
O zaman nəyə nail olmaq istəyir rəsmi Moskva bununla? Cənubi Qafqazda yeganə strateji tərəfdaşdan da məhrum olub bölgədən tam qovulmağa? Beynəlxalq izolyasiyadan çıxmaq üçün böyük ümidlər bəslədiyi, faktiki “nəfəslik” rolunda olan strateji Şimal-Cənub Nəqliyyat Dəhlizini həmişəlik itirməyə?
Bir şey dəqiqdir: bu, gerçəkdən də Azərbaycana münasibətdə son dərəcə haqsız, qeyri-konstruktiv mövqeyin, inadkar həyasızlığın təzahürüdür. Belə riyakarlığın ikitərəfli münasibətlərdə “çapığı” mütləq qalacaq və vaxtaşırı ağrı verəcək. Daşları yığmaq zamanıdır, господа!..
Moskvanın “dəvəquşu” siyasəti - Bakı o “nəfəsliyi” bağlasa...
28
yanvar
14:37
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Professor yazır: "ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ"
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Qalib KOMANDAN, tarix yazan LİDER, azad Qarabağın MEMARI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ