Kreml Ermənistanı Avrasiya İqtisadi İttifaqından qovularaq, dərin böhrana düçar etməklə, təhdid edir... Avropa Birliyi isə Qərbə inteqrasiya kursu seçmiş Ermənistana, qaytara bilməyəcəyi xarici dövlət borclarını daha da artıracaq kreditlərdən başqa alternativ vəd etmir...
Cənubi Qafqazda növbəti geopolitik mərhələyə keçid dövrü intensiv xarakter almağa başlayıb. Belə ki, Rusiya və İran Suriyada sarsıdıcı məğlubiyyətə düçar olub. İndi bu iki dövlətin Cənubi Qafqaza təsir faktorları da tədricən öz əhəmiyyətini itirmək üzrədir. Üstəlik, onilliklər boyu Cənubi Qafqazda hegemon mövqeyə malik olmuş Rusiya Ukraynada "savaş bataqlığı"na da girov düşüb. Və nəticədə Cənubi Qafqaz tamamilə fərqli inkişaf perspektivləri qazanmaq şansına malikdir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Rusiya və İranın Cənubi Qafqazda zəifləməsindən maksimum səviyyədə yararlanmaq niyyətini qətiyyən gizlətmir. Xüsusilə də, Qərbin "geopolitik müstəmləkə"sinə çevrilmiş Ermənistanın Rusiyadan tamamilə qoparılmasına cəhd göstərilir. Üstəlik, bu istiqamətdə atılan addımlar Ermənistanın mövcud təhlükəsizlik sisteminin və maliyyə-iqtisadi qaynaqlarının ciddi risk altına salınmasına yol açmaqdadır. Və Qərbə inteqrasiya kursundan geri çəkilmək imkanları məhdud olan rəsmi İrəvan beynəlxalq himayədarlarının maraqlarına uyğun davranmaq məcburiyyətində qalıb.
Maraqlıdır ki, Ermənistan parlamenti Avropa Birliyinə üzvlüklə bağlı qanunu artıq təsdiqləyib. İndi bu sənədin tam hüquqi qüvvəyə minməsi üçün Ermənistanda referendumun keçirilməsi də qaçılmaz xarakter daşıyır. Yəni, rəsmi İrəvan Ermənistanı addım-addım Rusiyanın nəzarətindən çıxartmaq istiqamətində irəliləməyə çalışır. Və bunun Ermənistana indiki situasiyada müəyyən ciddi problemlər yarada biləcəyi qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Ermənistanın Qərbə inteqrasiya kursunun nə vaxtsa, Avropa Birliyinə üzvlüklə nəticələnə biləcəyinə inanmaq sadəlövhlük olardı. Əslində, Ermənistan siyasi elitasında da buna inananların sayı elə də çox deyil. Çünki Avropa Birliyinə Ermənistan kimi zəif və faydasız ölkə lazım deyil. Hər halda, Avropa Birliyi Ermənistan kimi strateji və iqtisadi cəhətdən lazımsız yükü daşımağa həvəs göstərəcək qədər sadəlövh ola bilməz. Və mövcud şərtlər, eləcə də, örnəklər də bunu təsdiqləyir.
Hər halda, Ermənistandan daha ciddi strateji və iqtisadi əhəmiyyətə malik Ukrayna, Gürcüstan və Moldova onilliklər boyu Avropa Birliyinə üzvlük üçün israrlı cəhdlər göstərsələr də, hələ də bu qurumun yalnız qapısı arxasında gözləmək hüququndan başqa heç nəyə nail olmayıblar. Qərb bu üç ölkəni Avropa Birliyinə üzvlük vədləri ilə şirnikləndirərək, öz geopolitik maraqlarına alət etməyə çalışır. Üstəlik, üzvlük öncəsi sənədlərə imza atdırmaqla, Avropa Birliyinin təlimatları ilə fəaliyyət məcburiyyətində buraxır. Və Gürcüstana göstərilən kobud təzyiqləri də nəzərə aldıqda, Ermənistanı fərqli prosesin gözlədiyinə inanmaq çox çətindir.
Digər tərəfdən, Avropa Birliyinə üzvlük istiqamətdə atılan addımlar Ermənistanı mövcud maliyyə-iqtisadi qaynaqlardan məhrum buraxa bilər. Belə ki, Kremlə bağlı siyasi dairələr Paşinyan hakimiyyətinin son qərarını artıq Rusiyaya xəyanət olaraq, dəyərləndirməyə başlayıblar. Bu, əslində, Ermənistana dolayısı ilə xəbərdarlıq mesajı kimi də qəbul oluna bilər. Çünki Paşinyan hakimiyyətinin davranışlarını Qafqaz ənənələrinə zidd hesab edən Kreml təmsilçilərinin xəyanətin cəzasız buraxılmayacağına artıq indidən üstüörtülü eyham vururlar. Və rəsmi İrəvanın bundan narahat olması lazımdır.
Məsələn, Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov vurğulayıb ki, Ermənistan Avropa Birliyinə üzvlük mövzusunu daha detallı düşünməlidir. Kreml təmsilçisi xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının da üzvüdür. Bu qurumun iqtisadi-ticari münasibətlər üzrə fəaliyyət şərtləri Avropa Birliyi sistemi ilə tamamilə fərqli xarakter daşıyır. Və bu, müəyyən mənada, Ermənistana təhdid məzmunlu xəbərdarlıq mesajıdır.
Belə anlaşılır ki, Kreml Avropa Birliyinə heç vaxt üzv olmayacaq Ermənistanın Avrasiya İqtisadi İttifaqından qovula biləcəyinə eyham vurur. Çünki Ermənistan Avropa Birliyinə üzv olmasa belə, rəsmi İrəvanın bu quruma inteqrasiya məqsədli sənədləri təsdiqləməsi Rusiya üçün siyasi önəm daşıyır. Xüsusilə də, Kreml Ermənistanın davranışlarının Rusiyanın orbitində olan digər postsovet ölkələri üçün örnəyə çevrilməsindən ehtiyatlanır. Və bu səbəbdən də, Ermənistanın cəzalandırılma ehtimalını ön plana çəkir.
Təbii ki, Kremlin əlində Ermənistanı ciddi şəkildə cəzalandırmaq üçün kifayət qədər sarsıdıcı zərbə faktorları mövcuddur. Belə ki, ilk növbədə Rusiya Ermənistanla iqtisadi-ticari münasibətləri məhdudlaşdlra bilər. Çünki Ermənistan iqtisadi-ticari tərəfdaş olaraq, Rusiya üçün o qədər də böyük önəm daşımır. Ermənistan üçün isə əksinə, Rusiya hazırda taleyüklü iqtisadi-ticari tərəfdaşdır. Rusiya ilə iqtisadi-ticari münasibətlərin pozulması Ermənistanı ümumiyyətlə, çökdürə bilər.
Digər tərəfdən, Kreml Ermənistanın Avrasiya İqtisadi İttifaqından qovula biləcəyini də qabardır. Halbuki, Ermənistan üçün bu qurum çərçivəsində əldə olunan iqtisadi-ticari və gömrük güzəştləri hazırda əsas maliyyə qaynaqları sırasında ön planda yer alır. Bu güzəştlərin itirilməsi Ermənistanda dərin sosial-iqtisadi böhrana tam təminat verir. Və rəsmi İrəvanın Avropa Birliyinə inteqrasiya siyasətində bütün bunlar böyük strateji risklərin sırasına daxildir.
Ən azından ona görə ki, Avropa Birliyi Ermənistana alternativ maliyyə-iqtisadi qaynaqlar vəd etmir. Bu qurum Ermənistana ən yaxşı halda, müəyyən məbləğlərdə kreditlər ayıra bilər ki, bu da dövlət borcunun artmasından başqa heç nəyə yaramaz. Çünki Ermənistan Rusiyanın maliyyə-iqtisadi sanksiyalarından sonra onsuz da zəif xarici borcları ödəmək potensialını tamamilə itirə bilər. Və bu, Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasətinin Ermənistan üçün böyük avantüradan başqa bir şey olmadığını göstərir.
Böyük ehtimalla rəsmi İrəvan Rusiyanın Ermənistana qarşı radikal addımlar atmayacağına hələ də böyük ümidlər bəsləyir. Ancaq Ermənistanı Rusiyaya xəyanətdə suçlayan Kremlin sərt reaksiyasının olmayacağına ümid bəsləmək də müəyyən mənada, erməni xəyalları ilə izah ediləcək məqamdır. Və bu baxımdan, rəsmi İrəvanın Ermənistanı tədricən böyük fəlakətə doğru yaxınlaşdırmaqda olduğu artıq qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Paşinyan Ermənistanın "DƏFN SƏNƏDİ"nə imza atdı: Kreml üç ölkənin "FƏLAKƏT ÖRNƏYİ"ni ön plana çəkdi
10
yanvar
19:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tramp Avropa Birliyinə SAVAŞ AÇIR: Ağ Evin yeni sahibi NATO-nu TƏHDİD EDİR
Əsəd İrəvanı çarpaz zərbələrə HƏDƏF ETDİ: Suriyanı UDUZAN KREML indi Ermənistanı "VURMAĞA" məcburdur
Dünya "İQTİSADİ SAVAŞ" dövrünə keçir: Daha nüvə silahına ehtiyac qalmayacaq, nəhəng dövlətlər İFLAS EDƏCƏK
Makron Paşinyana Trampla “TƏMAS PƏNCƏRƏSİ” açır: Putin isə Ermənistanı Ukrayna üzərində “BONUS” KİMİ İSTƏYİR
Tramp Putini qlobal izolyasiyadan ÇIXARIR: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi SAVAŞ AÇIR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ