Cənubi Qafqazda sabitliyi, təhlükəsizliyi tam bərpa etmək olacaqmı? Gürcüstanda Qərb-Rusiya toqquşması nə ilə nəticələnə bilər?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov xatırladın ki, İkinci Qarabağ müharibəsində qalib gəlib, kapitulyasiya imzalamağa məcbur etsək də, ərazi bütövlüyümüzü tam təmin edə bilmədik:
“Həmin vaxt müharibəni dayandırıb, Ermənistandan lazımi addımların atılmasını gözlədik. Lakin beynəlxalq aləm bu prosesdə nəinki Ermənistana təzyiq etmədi, əksinə onlara və separatçılara dəstək verdi, külli miqdarda silah göndərildi, iqtisadi yardım edildi. Təbii ki, biz Ermənistanın atmalı olduğu addımı özümüz icra etməli olduq. 19-20 sentyabr hadisələrinə qədər erməni terrorçuların törətdiyi teraktlara cavab olaraq Azərbaycan silahlı qüvvələri antiterror tədbirləri həyata keçirdi. Bir neçə saat ərzində “boz zona”ya son qoyduq. 30 il ərzində ərazimizdə qalan və fəaliyyət göstərən separatçı-terrorçu ünsürləri məhv etdik. Bu proseslə Azərbaycan suverenliyini tam bərpa etdi. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanda sabitlik təmin olundu, lakin digər ölkələr haqda bunu demək olmur”.

Xəyal Bəşirov
Ekspertin sözlərinə görə, xüsusən Gürcüstandakı proseslər onu deməyə əsas verir ki, Azərbaycan bir çox həlledici addımları uzaqgörən siyasət, müdrik diplomatiya nəticəsində vaxtında atdı:
“Məsələn, Tbilisi QHT sektoru ilə bağlı problemlər yaşadı. Gürcüstanda “xarici agentlər” haqda qanun Qərbdən maliyyələşən, ölkə daxilində sabitliyi pozan QHT-lərin qarışısını almaq üçün idi. Azərbaycanda da belə qüvvələr var idi. Xüsusilə özünü media nümayəndəsi adlandırıb, əslində isə xarici qüvvələrə xidmət edən, təhlükəli planların tərkib hissəsi olan insanların sayı kifayət qədər çox idi.
Qərb Cənubi Qafqaz ölkələrinin daxili siyasətinə QHT, media, siyasi partiyalar üzərindən nüfuz etməyə çalışır. Azərbaycanda atılan addımlarla bütün bu cəhdlərin qarşısı alındı”.