Sabunçu rayonu, Yavər Əliyev küçəsindən Nizami rayonu istiqamətində yerləşən problemli yol sahəsində vəziyyət növbəti dəfə kritik həddə çatıb. Bu məsələ ilk dəfə deyil gündəmə gəlir.
Kainat.tv bildirir ki, hələ 2025-ci ilin noyabrından başlayaraq sözügedən ərazidə yaranan biabırçı durumu dəfələrlə işıqlandırılıb.
Söhbət bir neçə yolun kəsişdiyi, nəqliyyat baxımından strateji əhəmiyyət daşıyan nöqtədən gedir. Lakin bu mühüm ərazi aylarla davam edən laqeydlik nəticəsində faktiki olaraq istifadəyə yararsız hala düşüb. Yağış suları uzun müddətdir çəkilmir, ərazi bataqlığa çevrilib və bu, artıq sürücülər və sərnişinlər üçün real təhlükə mənbəyidir.
Əməkdaşlarımız yenidən ərazidə oldu, vəziyyət əvvəlkindən də ağır idi. Aradan aylar keçməsinə baxmayaraq, nəinki problem həll olunub, əksinə, vəziyyət daha da kəskinləşib. Küçə çirkab və yağış sularının içində boğulur, ətrafda açıq-aşkar antisanitariya hökm sürür. Yol örtüyü tamamilə sıradan çıxıb, nəqliyyat vasitələri yolda batır, ictimai nəqliyyat isə demək olar ki, iflic vəziyyətə düşüb.
Avtobus sürücüləri bildirirlər ki, artıq 4 aya yaxındır bu istiqamətdən istifadə etmirlər. Onların sözlərinə görə, yol sadəcə, narahatlıq yaratmır – birbaşa həyati risk daşıyır. Xüsusilə sərnişin sayı çox olduqda avtobusun aşma ehtimalı ciddi təhlükə yaradır. Nəticədə sərnişinlər də məcbur qalıb yarıyolda düşür, bu isə həm təhlükəsizlik, həm də xidmət baxımından qəbuledilməz vəziyyət yaradır.
Ən narahatedici məqam isə problemin yeniliyi deyil, aidiyyəti qurumların bu vəziyyətdən çoxdan xəbərdar olmasıdır. Sosial şəbəkələrdə yayılan görüntülər, mediada dərc olunan materiallar, sakinlərin və sürücülərin çoxsaylı müraciətləri aylar əvvəl bu problemin miqyasını açıq şəkildə ortaya qoymuşdu. Buna baxmayaraq, nə effektiv drenaj sistemi qurulub, nə də yol infrastrukturu bərpa edilib.
Mövcud vəziyyət göstərir ki, kanalizasiya sistemi ya düzgün layihələndirilməyib, ya da ümumiyyətlə, funksional deyil. Yağış suları kanalizasiya xətlərinə axmaq əvəzinə geri qayıdır, bu isə problemin daha da dərinləşməsinə səbəb olur.
İndiki mənzərə təkcə bir küçənin problemi deyil. Bu, məsul qurumların sistemli səhlənkarlığının, vətəndaş müraciətlərinə biganə yanaşılmasının və şəhər təsərrüfatına nəzarətsizliyin açıq göstəricisidir. Paytaxtın bir hissəsində aylarla davam edən bu biabırçı vəziyyət nəinki şəhərin imicinə zərbə vurur, eyni zamanda, insanların gündəlik həyatını və təhlükəsizliyini birbaşa təhdid edir.
Avtobuslar bu yoldan İMTİNA ETDİ: Sabunçuda nəqliyyat İFLİC OLDU - FOTO, VİDEO
27
mart
19:23
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ