Qazax rayonunun mərkəzi küçələrində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı narazılıq dalğası yenidən gündəmə gəlib. Sosial mediada yayılan videogörüntülərdə şəhərin əsas prospektlərində analoji halların artıq bir neçə dəfə təkrarlandığı və yaşıllıqların müxtəlif bəhanələrlə məhv edildiyi aydın görünür. Sakinlər bildirirlər ki, onilliklər ərzində formalaşmış yaşıllıq zolaqları qısa müddətdə yerlə-yeksan edilir və şəhərin ekoloji mənzərəsi sürətlə pisləşir.
Bu miqyasda həyata keçirilən kəsimlərin rayon rəhbərliyinin məlumatı olmadan baş verməsi real görünmür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon ərazisində aparılan bütün iri həcmli abadlıq və infrastruktur işlərinə birbaşa nəzarət edən əsas məsul şəxsdir. Eyni zamanda, region üzrə ekoloji məsələlərə birbaşa cavabdeh qurum Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidir. İdarənin rəis əvəzi Elşən Şirinovun razılığı və rəsmi rəyi olmadan belə bir genişmiqyaslı ağac kəsiminin aparılması inandırıcı deyil.
Dünyanın iqlim dəyişikliyi ilə mübarizədə yaşıllaşmanı əsas prioritet elan etdiyi bir dövrdə, Azərbaycanın da üzərinə götürdüyü ciddi beynəlxalq öhdəliklər var. Xüsusilə COP sammitləri çərçivəsində ölkənin yaşıllıq sahələrinin artırılması, karbon emissiyasının azaldılması və ətraf mühitin qorunması istiqamətində addımlar atıldığı bir vaxtda, rayon mərkəzində ağacların kütləvi məhvi ciddi suallar və təzadlar doğurur.
Ulu öndər Heydər Əliyev vaxtilə “Ağaclar mənim qollarımdır” deyərək yaşıllığın dövlət siyasətindəki ali yerini vurğulamışdı. Bu strateji kurs illərlə davam etdirilib, ölkənin hər bir bölgəsində nəhəng ağacəkmə kampaniyaları reallaşdırılıb. Belə olan halda, Qazax kimi strateji və həssas sərhəd rayonunda mərkəzi küçələrin ağacsızlaşdırılması hansı siyasi və ekoloji məntiqə xidmət edir?
Əgər kəsilən ağaclar həqiqətən qəzalı, xəstə və ya ətraf üçün təhlükəli idisə, bununla bağlı rəsmi ekspertiza rəyi, ictimaiyyətə şəffaf açıqlama və mütləq şəkildə əvəzləyici yaşıllaşdırma planı təqdim olunmalı idi. Əks təqdirdə, “abadlıq” adı altında reallaşdırılan bu proses yalnız ekoloji zərbə və idarəetmə məsuliyyətsizliyi kimi qiymətləndirilə bilər.
Cəmiyyət indi bu suallara açıq və dürüst cavab gözləyir: Qazaxın mərkəzi küçələrində ağacların qırılması konkret olaraq hansı qərarla icra olunub? Bu prosesin əsl memarı kimdir? Və ən əsası həmin ağacların yerinə yeniləri əkiləcək, yoxsa rayon mərkəzi betonlaşma poliqonuna çevrilməkdə davam edəcək?
Sual çoxdur, cavab isə hələ də yoxdur.
İstənilən halda, yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Yenicag.az
Qazaxda EKOLOJİ SOYQIRIM: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun SƏHLƏNKARLIĞI
27
fevral
14:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov da meşələrin kəsilməsinə rəvac verir
Sumqayıt Dənizkənarı Parkda Ağacların Kütləvi Kəsilməsi – Mövcud Vəziyyət, İddialar və İctimai Narahatlıq
ABŞERONDA QANUNSUZ KƏSİLƏN AĞACLARIN YERİNƏ YENİ TİNGLƏR ƏKİLİB - FOTO
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ