ABŞ-ın İrana hücum ehtimalının artdığı bir zamanda “Bloomberg” nəşrinin Türkiyə ilə bağlı iddiası diqqət çəkir. Nəşr yazır ki, Türkiyə ABŞ-ın İrana hücumu ehtimalına qarşı ehtiyat planlarını yeniləyib. İddialara görə, Ankaranı narahat edən əsas məsələ nəzarətsiz qaçqın axını ilə bağlıdır. Plan çərçivəsində İranla sərhəddə bir neçə qaçqın düşərgəsinin qurulmasının nəzərdə tutulduğu, axının Türkiyə ərazisinə keçidinin qarşısının alınması üçün bir sıra tədbirlərin görüləcəyi bildirilir. “Bloomberg” adı açıqlanmayan mənbəsinə istinadla, hətta Türkiyə ordusunun bu çərçivədə İrana müdaxiləsinin mümkün olacağını da iddia edib.
Belə ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) sərhəd xətti boyunca İranın daxilinə doğru irəliləyək bir sıra əraziləri nəzarətə götürməsi, həmin bölgəni neytral zonaya çevirməsi və qaçqın düşərgəsini burada qurmasının nəzərdə tutulduğu deyilir.
Türkiyənin prosesdə adının keçməsi sadəcə bununla da məhdudlaşmır. Məlumata görə, NATO-nun bu ölkədəki bazasında bir müddətdir əsas diqqət Rusiya üzərində olub və bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirilib. Lakin Vaşinqton-Tehran gərginliyinin artmasından sonra diqqət İrana yönəlib. Hətta Mərkəzi Anadolu bazasının yerləşdiyi Konyadan havaya qalxan E-3A AWACS radar təyyarələrinin uzun müddətdir həm İranı, həm də Rusiyanı diqqətlə izlədiyi bildirilir. Lakin son həftələrdə İrana yönəlmiş uçuşların sayının nəzərə çarpacaq dərəcədə artması müşahidə olunur. Bu prosesin həssas təhlükəsizlik məsələləri səbəbilə gizli saxlanıldığı qeyd olunur. Lakin Türkiyə hökuməti “Bloomberg”in iddiaları təkzib edib.
Ankara bir neçə ssenariyə hazırlaşır
İddialara görə, Türkiyə ABŞ-ın İrana hücumu prosesinə aktiv şəkildə hazırlıq görür. Bəzi xarici analitiklərin fikrincə, bu addım Tehranı nüvə proqramı ilə bağlı danışıqlarda geri çəkilməyə məcbur etmək məqsədi daşıyır. Lakin digər tərəfdən, Ankara İran və ABŞ-ı qarşıdurmadan çəkinməyə çağırır. Beynəlxalq siyasi dairələrdə də Türkiyənin İrana qarşı istənilən əməliyyat və hücum planında maraqlı olmadığı vurğulanır. Bunun tək səbəbi isə sadəcə qaçqın axını deyil, həmçinin regional siyasi vəziyyətdir.
Konyadakı bazasının bölgənin müşahidəsində xüsusi əhəmiyyəti var. Belə ki, bu baza 1983-cü ildən bu yana NATO-nun əsas əməliyyat mərkəzlərindən biri kimi fəaliyyət göstərir, alyansın Hava-Desant Qüvvələrinin yerləşdiyi, erkən xəbərdarlıq siqnalı ötürən üç mühüm bazadan biridir. E-3A təyyarəsi yüzlərlə kilometr məsafədə təyyarələri aşkarlaya, Türkiyə ərazisindən kənara çıxmadan Yaxın Şərqdəki uçuş prosesləri və hərəkətliliklə bağlı məlumat toplaya bilir. Məhz İran istiqamətində uçuşlar həyata keçirməsi bu baxımdan diqqətçəkəndir.
Qaçqın axını
Türkiyənin bu mövzuda əsas narahatlığı İranla sərhəddən məhz əfqan və pakistanlıların ölkəyə nəzarətsiz keçidi ilə bağlıdır. Ankara Suriyadan qaçqın axınından sonra bu istiqamətdə ən böyük problemi məhz İranla sərhəddən ölkəyə qanunsuz şəkildə çox sayda Əfqanıstan vətəndaşının daxil olması ilə yaşayıb. Hətta 2021-ci ildə bu prosesin qarşısının alınması üçün bir sıra tədbirlər görülüb. Məlumata görə, İranla sərhədə təxminən 295 kilometr uzunluğunda beton divar çəkilib, xüsusi sərhəd mühafizəsi xidməti yerləşdirilib, müşahidə qüllələri qurulub. Lakin ABŞ-ın hücumu halında kütləvi axın olarsa, bu nəzarətin kifayət etməyəcəyi, sərhədin digər istiqamətlərindən keçidin olacağı narahatlıq doğurur.
Ehtimal axın Türkiyə iqtisadiyyatının çətin dönəmində ölkədə daha böyük böhrana səbəb ola bilər. Suriyadan əvvəlki illərdə bu ölkəyə saylarının təxminən 3 milyondan çox olduğu bildirilən qaçqınların gəlməsi zamanla yerli ictimaiyyətdə böyük narazılığa səbəb oldu. Həmin şəxslər qaçqın imtiyazlarından yararlanır, dövlətdən xüsusi yardımlar alırdılar. Bununla yanaşı, ucuz işçi qüvvəsi kimi də çalışır və yerli xalqın iş tapmaqda çətinlik çəkməsinin əsas səbəbi kimi göstərilirdilər. İrandan ölkəyə keçməyi bacaran əfqanlar da ucuz işçi qüvvəsi rolunu oynayırdı. Həmçinin bu şəxslərin adı qeyri-qanuni əməllərdə, cinayətlərdə, oğurluq hallarında, cinsi təcavüzlərdə daha çox hallanırdı.
Güney Azərbaycan və kürd məsələsi
Son illərdə Güney Azərbaycan mövzusu Bakı ilə yanaşı Ankaranın da xüsusi diqqət mərkəzindədir. Məsələ türkçülük ideologiyası ilə yanaşı, Türkiyənin kürd probleminin həlli istiqamətində də ehtiyat variant kimi irəli sürülür. Belə ki, Qərbin “Kürdüstan” dövləti propaqandasının əsas hədəfi Türkiyə olsa da, burada İran və Suriyada yaşayan kürd əhalinin də adı çəkilir. Hər üç ölkənin bir-biri ilə sərhədində məskunlaşan kürd əhalinin yeni “dövlət” iddiası ən çox Ankara üçün təhlükə doğurur. Bu, Türkiyənin parçalanma planının başlanğıcı kimi dəyərləndirilir. Lakin zaman-zaman türkiyəli siyasətçilər sözügedən çərçivədə Güney Azərbaycanda yaşayan türk əsilli əhalini gündəmə gətirirlər. İddialara görə, İrana ehtimal hücum fonunda burada yaşayan azərbaycanlıların Türkiyənin şərq bölgəsinə yerləşdirilməsi ssenarisi var. Beləliklə, bu, bölgədə illərdir nəzarəti ələ alan və üstünlük təşkil edən, PKK-ya dəstək verən separatçı kəsimin etnik dayağının bir növ zəiflədilməsi məqsədinə xidmət edə bilər. Eyni zamanda ölkədə türk kimliyinin, hakimiyyətinin möhkəmlənməsinə dəstək verər. Lakin məsələ sadəcə iddia səviyyəsindədir, təklifi daha çox bəzi eskpertlər və Türkiyə ictimaiyyəti gündəmə gətirir, bu istiqamətdə sosial şəbəkələrdə müəyyən çağırışlar edilir.
Amma sözügedən ssenarinin özündə belə məzhəb fərqi əsas problem kimi göstərilir. Anadolunun sünni kəsiminin şiə müsəlman Azərbaycan türkləri ilə birgəyaşayışında müəyyən çətinliklərin meydana çıxa biləcəyi mümkün görülür.
Nəticə olaraq, Türkiyə sadəcə regional deyil, daha geniş aspektdən baxdıqda İrana hücumu dəstəkləmir. Ehtimal sərhəd müdaxiləsi isə sadəcə ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün zərurət kimi son variant olaraq saxlanıla bilər. Ankara təmkini qorumaqda və tərəflər arasında uzlaşmada maraqlıdır.
Türkiyədən İrana HÜCUM İDDİASI: Azərbaycanlıların aqibəti NECƏ OLACAQ?
25
fevral
15:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ