Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramının müzakirəsi keçirilib. Dövlət başçısı bəyan edib ki, təxminən 10 il ərzində icra olunacaq proqram iki mənbədən – büdcə və xarici kreditlərin cəlb olunması hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, 2007-ci ildən – ölkəyə irihəcmli neft pulları daxil olduqdan sonra – büdcədən ölkənin su təsərrüfatının yenidən qurulmasına milyardlarla manat vəsait yönəldilib.
Azərbaycanın su təminatı tarixində ən böyük infrastruktur layihələrindən biri olan Oğuz–Qəbələ–Bakı su kəməri 2007–2010-cu illərdə tikilib və 2010-cu il dekabrın 28-də istifadəyə verilib. Bu 262,5 kilometr uzunluğunda magistral su kəməri Oğuz və Qəbələ rayonlarının yeraltı su mənbələrindən Bakıya içməli su nəql edir. Dövlət Neft Fondundan ayrılan, o zamankı valyuta məzənnəsi ilə təxminən 1 milyard dollara başa gələn kəmər vasitəsilə saniyədə 5 kubmetr su Bakıya ötürülür; Oğuz və Qəbələ rayonlarında 78 istismar və 20 müşahidə quyusu qazılıb.
Layihənin istismara verilməsi ilə sakinlərin fasiləsiz içməli su ilə təminatı xeyli yaxşılaşıb. Bu layihə ölkədə içməli su şəbəkəsinin möhkəmlənməsi və Bakının su təchizatında fasiləsizliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Bununla belə, layihənin icrası zamanı korrupsiyaya da yol verilib ki, bu barədə ölkə mətbuatında araşdırmalar dərc olunub.
Bundan başqa, Ceyranbatan Su Anbarı yenidən qurulub. Bu anbar Abşeron yarımadasının içməli su təminatında həlledici rol oynayır. Samur–Abşeron kanalından qidalanan su hövzəsi və onun ultrasüzgəcli sutəmizləyici qurğuları vasitəsilə Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu üzrə çoxsaylı məntəqələrə keyfiyyətli içməli su verilir. Eyni zamanda, anbarın emal kompleksindən çəkilmiş Ceyranbatan–Zirə magistral su kəməri Pirallahı da daxil olmaqla bir çox yaşayış yerlərini su ilə təmin edir. 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin yenilənmiş hissəsi istifadəyə verilib və bu, Abşeronun su təminatında dayanıqlılığı artırıb.
Qeyd olunan dövrdə suvarma və kənd təsərrüfatı üçün də bir sıra böyük layihələr icra olunub. Məsələn, Şabran rayonunda Taxtakörpü su anbarı tikilib və bu anbar təxminən 30 min hektar torpağın suvarılmasına xidmət edəcək. Bundan başqa, Alicançay su anbarı layihəsi Şəki və Oğuz bölgələrində kənd təsərrüfatı üçün mühüm rol oynayacaq və müvafiq ərazilərə içməli suyun verilməsinə də töhfə verəcək.
Paytaxt və regionlarda kanalizasiya infrastrukturu da böyük investisiyalar hesabına əhəmiyyətli şəkildə modernləşdirilib. Bakıda yeni kollektor xətləri çəkilib, yağış sularının idarəetmə sistemləri yenilənib, eləcə də müasir kanalizasiya şəbəkələri qurulub. Lakin problemlər köklü şəkildə həll olunmayıb. Prezident İlham Əliyev müşavirədə bunu qeyd edib və qarşıdakı 10 ildə ciddi dəyişikliklərin aparılacağını vurğulayıb.
Onu da qeyd edək ki, Azərbaycanın dövlət tərəfindən idarə olunan su təsərrüfatı sektoru son illər ciddi maliyyə və idarəetmə problemləri ilə gündəmə gəlir. Xüsusilə 2023-cü ildə çevrilmə formasında yenidən təşkili yolu ilə bazasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılan “Azərsu” ASC uzun illər zərərlə işləyərək yığılıb qalmış böyük borclarla diqqət çəkir.
“Azərsu”nun son illər irihəcmli zərərlər etməsi onun kapital balansındakı yığılmış zərəri rekord həddə – 8 milyard 85,68 milyon manata çatdırıb. Bu barədə “Azərsu”nun 2023-cü il üzrə illik audit hesabatında məlumat verilib. Hesabat “Baker Tilly” audit şirkəti tərəfindən aparılıb.
Ekspertlər bildirirlər ki, bu zərər yalnız cari əməliyyat itkilərindən qaynaqlanmayıb, həm də aşağıdakı əsas problemlərlə bağlıdır:
– maliyyə şəffaflığının olmaması;
– genişmiqyaslı itkilər və səmərəsiz xərclər;
– satınalma prosedurlarında qeyri-effektiv idarəetmə;
– struktur problemləri və inzibati xərclərin yüksəkliyi.
“Azərsu” ASC-nin nizamnamə kapitalı cəmi 400 milyon manat olmasına baxmayaraq, dövlət tərəfindən ona çox böyük həcmdə maliyyə dəstəyi göstərilib. Bu çərçivədə 2023-cü ilə olan məlumata görə, əlavə kapital ödənişi 7,1 milyard manat, dövlət investisiyası isə 1,22 milyard manat olub.
Bu göstəricilər göstərir ki, layihələr və qurum üçün dövlətin çoxmilyardlıq dəstəyinə baxmayaraq, qurum zərərlə işləməkdə davam edib.
Müstəqil media və ekspertlər bunu keçmiş “Azərsu” ASC rəhbərliklərinin ciddi korrupsiyaya yol verməsi və səmərəsiz idarəetmə həyata keçirmələri ilə əlaqələndirirlər. Su təsərrüfatı layihələrinin bahalı və səmərəsiz icrası barədə iqtisadçıların tənqidi fikirləri mövcuddur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə çevrilən “Azərsu” ASC-yə qarşı ictimai ittihamlar və narazılıqlar da səslənir – xidmətlə bağlı şikayətlər, şəffaflığın aşağı olması və bürokratik maneələr ictimai müzakirələrdə yer alır. Regionlarda su təsərrüfatı və kanalizasiya idarələrində qanunsuz fəaliyyət, büdcə vəsaitlərinin qənaətsiz istifadəsi və yeyintilər barədə iddialar mövcuddur.
30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ölkədə su təsərrüfatı və meliorasiya işlərinin həyata keçirilməsi üzrə əsas dövlət qurumlarından biri olub.
Sonuncu ASC-nin internet resurslarında yer alan maliyyə hesabatları göstərir ki, şirkət hər il on milyonlarla manat xalis zərərlə işləyib. Qurumun debitor borcu da son illərdə kəskin artıb. 2022-ci ilin sonuna debitor borc 136,4 milyon manat səviyyəsinə çatıb. Ekspertlər bunu ASC-nin xidmət göstərdiyi qurumlardan və ya tərəfdaşlardan ödənişləri vaxtında ala bilməməsi ilə izah ediblər.
Meliorasiya və Su Təsərrüfatı ASC-yə dövlət büdcəsindən müxtəlif layihələr üçün dəstək göstərilib, müxtəlif layihələr üçün milyonlarla manat vəsait ayrılıb. ASC tərəfindən keçmiş illərdə Dünya Bankının dəstəklədiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri – II” layihəsi çərçivəsində xarici kreditlərdən istifadə edilib. Hesablama Palatasının 2015–2017-ci illər üzrə auditində layihənin maliyyə planlaşdırmasının zəif olduğu və müəyyən idarəetmə problemlərinin mövcudluğu aşkar edilib.
Belə ki, suvarma sistemlərində su qiymətinin müəyyən edilməsində və xərclərin əsaslandırılmasında ciddi problemlər aşkarlanıb, dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin səmərəli istifadə olunmaması ilə bağlı tənqidlər səsləndirilib.
Ləğv edilən “Azərsu” ASC-nin İdarə Heyətinin keçmiş sədrləri Oqtay Əsədov və Qorxmaz Hüseynovla bağlı korrupsiya iddiaları mediada geniş müzakirə olunub. Onların rəhbərliyi dövründə bu qurum üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin şişirdilməsi, layihə xərclərinin səmərəsizliyi, yaxın qohumlara və əlaqəli şəxslərə iqtisadi üstünlüklər verilməsi kimi tənqidlər səslənib. “Azərsu” ASC-yə ayrılan vəsaitlər hesabına ölkə daxilində və xaricdə geniş biznes şəbəkələri qurulduğuna dair çoxsaylı faktlar və iddialar da gündəmə gətirilib.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə və onun yaxın qohumları da Azərbaycanda ən varlı məmurlar sırasında göstərilir. Onun ailə üzvlərinin Avropa paytaxtlarında bahalı daşınmaz əmlaklara, şirkətlərə və səhmlərə sahib olduğu bildirilir. Yaxın qohumları isə uzun müddət yüksək dövlət vəzifələrində çalışmaqda davam ediblər.
2023-cü ilin martında Prezident fərmanı ilə həm “Azərsu” ASC-nin, həm də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv edilməsi və yeni qurumların yaradılması su təsərrüfatının səmərəli idarə olunması və mövcud problemlərin həllinə yönəlmiş ciddi inzibati islahatlardan biri hesab olunur.
Daha bir addım isə bu sahədə vaxtilə yol verilmiş korrupsiya cinayətlərinin yenidən araşdırılması, dövlətdən mənimsənilmiş vəsaitlərin geri qaytarılması, habelə cəzadan kənarda qalmış məmurların məsuliyyətə cəlb edilməsi ola bilər. Bu, həm də su təsərrüfatının yenidən qurulması üçün əlavə maliyyə mənbəyi deməkdir. Bəlkə də həmin vəsaitlər büdcəyə qaytarılarsa, xarici kreditlərə ehtiyac qalmaz. /azpolitika.info
Kainat.tv
Milyardları xərclədilər, problemlər qaldı… – Oğurlanmış büdcə vəsaitləri və kreditlər yeni proqramın icrasına yönldilə bilərmi?
14
yanvar
16:17
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Azərbaycanda ŞİRİN SU EHTİYATLARI azalır: bizi BÖYÜK PROBLEM gözləyir - ŞOK RƏQƏMLƏR
“Bank Respublika“ batır? – Vətəndaşların bankdakı pulları yox olur, hesabatlar gizlədilir…/DETALLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ