Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əlisəftər oğlu Əliyevin adı bu dəfə ölkədən ixrac olunan meyvə-tərəvəzin satışından əldə olunan milyonlarla vəsaitin geri qaytarılmamasında hallanır.
Bu haqda Musavat.com-a açıqlama verən şabranlı sahibkar Mansur İbrahimov deyib ki, ona məxsus olan, sabiq deputat tərəfindən qəsb edilən “TurAz” MMC şirkətinin ərazisində yetişdirilən meyvələr xaricə daşınır. Lakin satışdan əldə edilən vəsait ölkəyə gətirilmir:
“Şirkətdə bu işlərə Zahir Ələsgərov baxır. İlham onu “TurAz” MMC-nin direktoru təyin edib. Hər il yazırlar ki, guya xaricə apardıqları meyvələr orada zay olub, çürüyüb. Amma hər il zəbt olunan bağlarımda 400-500 nəfəri işlədir, onlara gördükləri işə görə əmək haqqı ödəyirlər. Əgər hər il ziyan çəkirlərsə, xaricə daşıdıqları meyvə orada zay olursa və gəlir əldə edə bilmirlərsə, niyə bağlara bu qədər vəsait xərclənir?”
Mansur İbrahimov qeyd edib ki, zəbt olunmuş meyvə bağlarından 10 milyonlarla manat xeyir götürülür:
“Faktiki olaraq il ərzində bağlardan 10 milyon manat və daha artıq xeyir götürülür. Lakin həmin vəsait ölkəyə qaytarılmır. Dövlət orqanlarına müraciət edərəm ki, bu məsələlər araşdırılsın”.
Mansur İbrahimov bildirib ki, sabiq deputat Zaur Məmmədov kimi hakimlərin əli ilə illərdir ki, onun bağlarını zəbt altında saxlayır və talayırlar:
“Bu sürtülmüş iddiaları var, hər dəfə bir yamaq vurub məhkəməyə verirlər. Özləri də çox gözəl başa düşürlər ki, iddiaları təmin olunmayacaq. Lakin iddialarına baxıldığı müddət 1 il çəkir və hər il bir iddia verməklə 5 ildən artıqdır ki, bağlarımın mənə qaytarılmasını əngəlləyirlər. Məhkəməyə müraciət hüququndan faktiki olaraq sui-istifadə edirlər.Sonuncu belə sürtülmüş iddiaları Sumqayıt Kommersiya Məhkəməsində qəbuledilməz hesab olunub. Əsas kimi eyni mahiyyətli iddia ilə Ramiz Mehdiyevin kürəkəni İlhamın əvvəllər çıxış etməsi göstərilib!”
Mansur İbrahimov deyib ki, özgənin qanunsuz sahibliyindən əmlakının geri qaytarılmasını tələb edir:
“Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər, iddilar parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı. Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etdikləri iddialar da bu qəbildən idi. Artıq 3-cü dəfə idi ki, bu iddia ilə çıxış edirdilər. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən sırf vaxt uzatmaq üçün yenidən bu iddianı ortaya atmışdılar. Ona görə də bunların verdikləri sürtülmüş, məhkəmələrdə dəfələrlə baxılmış iddiaya yenidən baxılana kimi proses dayandırılmışdı. Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidli dəfələrlə baxılıb rədd edilmişdi”.
Mansur İbrahimovun sözlərinə görə, uzun illərdir ki, Şabran rayonu ərazisində bağ torpaq sahələri PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev tərəfindən zəbt olunub:
“6 il əvvəl zəbt olunmuş bağlarımın, “Turaz” və “Dostluq” adlı şirkətlərimin zəbtdən azad edilməsi üçün Şabran Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə xeyrimə qərar versə də, qarşı tərəf olan İlham Əliyevin şikayət vermə hüququndan sui-istifadəsi nəticəsində bu günə qədər bağlarım zəbtdədir. Məhkəmələrin isə sonu görünmür. İlham Əliyev qayınatası vəzifədə olarkən mənə onun əlaqələrindən istifadə etməklə təzyiqlər göstərib bağlarımı zəbtdə saxlayırdı. Bu gün isə eyni mahiyyətli, əsassızlığı, qanunsuzluğu məhkəmə qərarları ilə təsdiq olunan iddialarla, vəsatətlərlə, şikayətlərlə vaxtı uzatmaqla bağlarımı zəbt altında saxlayır. İlham Əliyev 6 ildir ki, məhkəməyə şikayət vermə hüququndan sui-istifadə etməklə məhkəmə davalarını sonu görünməyən bir şouya çevirib. Ən son belə şou-iddia ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
2024-cü ilin mayında Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə onun İlham Əliyevə qarşı iddiasına baxılarkən qarşı tərəf prosesin uzadılmasına xidmət edən növbəti vəsatətlə çıxış etdi. İlham Əliyev mənə, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair vəsatətlə çıxış etdi. Hakim Fərman Həmidli vəsatətin əsassız və qanunsuz olduğunu əsas gətirib rədd etdi. Bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdilər. Hakim Almaz Süleymanova İlham Əliyevin şikayətini qanunsuz və əsassız hesab etdi. İş materialları yenidən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Fərman Həmidlinin icraatına qaytarıldı.
Əvvəldən də bəlli idi ki, bu şikayətləri də qanunsuz və əsassızdır, sadəcə vaxt uzatmağa xidmət edir. Belə də oldu, 1 aydan artıq müddət sərf olundu, İlham Əliyevin şikayəti təmin edilmədi. Bundan sonra da gah vəkili qəfil xəstələndi, gah guya barışıq üçün vaxt istədilər. Sonra da vəkilin atası, ardından da qardaşı rəhmətə getdi. Artıq 2025-cü ilin sentyabr ayıdır. Hələ də bağlarım zəbt altındadır.
Üstəlik, bağlardan yığdıqları meyvəni də talan edib xaricə daşıyır, pulları ölkəyə gətirmirlər. Xahiş edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırsınlar”.
Kainat.tv
Mehdiyevin kürəkəni hər il 10 milyon manatı ölkədən çıxarır – ŞOK İDDİA
30
sentyabr
10:13
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edildi - Siyahı
“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır
“Bank Respublika“ batır? – Vətəndaşların bankdakı pulları yox olur, hesabatlar gizlədilir…/DETALLAR
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- İlham Əliyevin Almaniya səfəri Bakı–Berlin münasibətlərində YENİ SƏHİFƏ AÇIR – Deputat və siyasi şərhçi DANIŞDI
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Tehranda DƏHŞƏTLİ XƏYANƏT şoku: SEPAH zabitləri şahın oğlu ilə GİZLİ ƏLAQƏDƏDİR
- Rusiya bu ölkənin diplomatlarını QOVDU - QİSAS AKTI?
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ