Xəstənin üstündə qılınc-qılınc oynayan “həkim”in görüntüsü iki gündür ölkə gündəmini zəbt edib. “Həkim” Abdullayeva Gülbədə Əlqismət qızı narkoz altında olan xəstənin lüt, çılpaq videosunu yayaraq əməliyyat edərkən həmkarı ilə “qılınc-qılınc” oynayırmış. Sən demə, hər əməliyyat zamanı xəstəni kəsib doğramazdan öncə iş yoldaşları ilə qılınc döyüşünə çıxırmış. Döyüşəndən sonra xəstəni qoyun kəsər kimi kəsən həmin “həkim”in, əslində, əməliyyatın keçirildiyi “DOST Estetik Mərkəzi”ndə deyil, “UĞUR Estetik Mərkəzi777” adlanan məkanda çalışdığı məlum olub.
Bir az araşdıranda “UĞUR Estetik Mərkəzi777” haqqında qandonduran hadisələrlə rastlaşmaq olur.
Dövri mətbuatda dərc edilən xəbərlərin birində iddia edilir ki, fəaliyyət göstərmək üçün lisenziyası olmayan bu mərkəzdə bir vaxtlar pasientlərdən biri etdirdiyi əməliyyatdan narazı qaldığı üçün mərkəzə şikayətə gəlmiş, əməliyyat zamanı xəstələrə narkotik maddə tərkibli müalicə yazıldığını iddia etmişdi. Bunu eşidən mərkəzin direktoru təcili şəkildə müştərini susdurmaq üçün ona hücum etmiş, mübahisənin getdiyi koridorda dayanan digər əməkdaşlara da “vurun” əmri vermişdi. Toplu şəkildə pasienti döyən direktor bununla yetinməyib ərini söhbətə “kurs” etmiş, əri isə ona polisə şikayət edəcəyi təqdirdə, qanında əməliyyatdan sonra təmizlənməyən narkotik maddə olduğu haqqında şikayət edəcəyini və onu həbs etdirəcəyini bildirmişdi.
Əgər bu iddialar doğrudursa, həmin mərkəzin əməkdaşının başqa mərkəzdə əməliyyat zamanı həmkarı ilə “qılıncoynatma” yarışı keçirməsi heç də təəccüblü gəlmir. Görünən odur ki, mərkəz həkim deyil, lotu dəstəsi yetişdirir. Xəstəni etiraz etdiyi üçün döyən müdir, müdirin əmri ilə xəstəni döyən işçilər, əməliyyat zamanı bıçaqla döyüş səhnəsi yaradan və xəstəni qoyun kimi kəsən əməkdaş. Qəribədir, bu mərkəzi bir az daha araşdırsaq, daha nələr çıxacaq, çox maraqlıdır… Film kimi estetik mərkəzi. Hələ adını estetik qoyublar, amma estetikadan xəbərləri yoxdur.
Həzərat, qayıdaq mövzumuza. Bu əməliyyata deyil, döyüşə hazırlaşan “həkim”ə səhiyyə naziri nə cavab verəcək, görəsən? Mətbuat konfranslarında genələ-genələ danışan, ağır təbiətli məmur kimi pozlar verən Teymur Musayev səhiyyə ocaqlarında belə biabırçı hadisələr zamanı ortalıqda görünmür – sanki başqa ölkənin səhiyyəsində baş verir belə hallar. Başqa ölkələrdə, əsasən də Avropada bu kimi hallar 2-3-cü dəfə təkrarlandıqda, səhiyyə naziri istefa verir. Bizdə isə səhiyyə naziri növbəti konfransa qədər ilim-ilim itir, ölkədə belə bir qurum olduğunun varlığını hiss etdirmir. Biz isə gözləyək, növbəti mətbuat konfransında cənab nazir əyləşib ağır təbiətli pozlar verərkən, bəlkə hansısa jurnalist artıq ona bu sualı verər?
Biz isə səhiyyə nazirini işini görməyə dəvət edirik. Rəhbəri olduğu qurumun niyə yerlərdə süründüyünə açıqlama versin, nazirliyi niyə bu hala saldığını açıqlasın. Niyə ölkədə Səhiyyə Nazirliyinin mərkəzləri, xəstəxanaları var ikən xalqın sağalmaq üçün diyar-diyar gəzdiyini açıqlasın. Hələlik bu qədər…
Nurlan Cəfəri
Yeniçağ.az
Kainat.tv
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
21
avqust
11:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Media nümayəndələri təltif edildi - Siyahı
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Abşeron-Xızı Regional Təhsil İdarəsində qohum rəfiqə idarəçiliyi ilə bağlı SENSASİYON FAKTLAR AÇIQLADI
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Həkim Ləman Əliyeva SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? – FOTO/VİDEO
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ