Azərbaycanın iqtisadi və enerji sisteminin strateji simalarından biri olan Rövnəq Abdullayev yalnız Dövlət Neft Şirkətinin sabiq prezidenti, yaxud iqtisadiyyat nazirinin müavini olaraq deyil, eyni zamanda ölkədə formalaşmış qohumbazlıq kapitalizmi modelinin əsas memarlarından biri kimi də çıxış edir. Onun kürəkəni Rauf Əliyev ətrafında formalaşan biznes şəbəkəsi isə bu modelin konkret bariz nümunəsidir.
Rövnəq Abdullayevin adı uzun müddət FETÖ ilə əlaqədə hallanıb. FETÖ-nün Türkiyədəki ən bariz metodlarından biri də kürəkən üzərindən hərəkət etmək idi. Məsələn, İstanbulun mərhum bələdiyyə sədri Kadir Topbaş və ya sabiq spiker Bülent Arınca kürəkən üzərindən nüfuz etmişdilər. Rövnəq Abdullayevin də “gözdən itən”dən sonrakı fəaliyyətində kürəkən faktoru daha bariz ortaya çıxmaqdadır. Hər halda, cəmiyyətdə belə bir rəy formalaşıb ki, Rövnəq Abdullayev biznesini kürəkəninə etibar edib.
Haqsız da sayılmazlar…Oğlu və qızını arxa planda tutan Abdullayev “stavka”nı kürəkəninə qoyur.
Qeyd edək ki, Rövnəq Abdullayevin “şuşalı” kürəkəni Rauf Əliyev hazırda “Rabitəbank”ın əsas səhmdarlarından biridir (40,6% pay). Niyə “şuşalı”? Çünki Rauf Əliyevin tərcümeyi-halına görə, o, guya 1992-ci ilin iyulunda Şuşada anadan olub. Halbuki həmin tarixdə Şuşa artıq iki ay idi ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. Bu detallar ictimaiyyətin diqqətindən yayına bilər, amma milyonluq tenderlərə çıxan şirkətlərin qanuni təmsilçisi olması gerçəklikdən yayınmağa imkan vermir. Bankın aktivlərindəki problemli kreditlərin ölkə ortalamasından iki dəfə artıq olması idarəetmədə ciddi korrupsiya və ya maraqlar toqquşması ehtimalını gündəmə gətirir. 1 il ərzində hüquqi şəxslərin bankdakı depozitlərinin 11,7% azalması, xalis mənfəətin isə 10,6 milyon manatdan 6,8 milyon manata düşməsi Rauf Əliyevin bankçılıq bacarığının zəif olduğunun göstəricisidir. Eyni zamanda o, “Mega Sığorta”da 19% paya, eləcə də “Solid Construction A”, “Trust Holding”, “Faza” MTK, “Black Sapphire” kimi tikinti şirkətlərində rəhbərlik mövqeyinə malik olub.
Nizamnamə kapitalı cəmi 50 manat olan “Solid Construction A” MMC-nin ölkədə bina tikintisi sektorunda mühüm rol oynaması yəqin ki, möcüzə ilə baş tutmayıb. Rauf Əliyev bu şirkətə rəhbərlik etdikdən sonra vəzifəsini təhvil verib, amma izləri silinməyib. Hədəf isə dövlət layihələri, torpaq resursları və tikinti icazələridir. Hər şey kağız üzərində qanuni görünsə də, əməldə bütün bunlar Rövnəq Abdullayevin “səssiz imperiyası”nı özündə ehtiva etdiyi iddialarını ortadan qaldırmır.
Onu da bildirək ki, Rauf Əliyev eyni zamanda “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından biridir. Bu şirkət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Agentlikdən 523 əməkdaş üçün tibbi sığorta tenderini qazanıb. Maraqlıdır ki, bu tenderin dəyəri 213 min manatdır – bu da təqribən bir il üçün hər işçiyə 408 manatlıq sığorta paketi deməkdir. Təcrübə göstərir ki, bu tip şirkətlər tenderləri yalnız əlaqələr sayəsində qazanır, xidmətlərin real keyfiyyəti isə nadir hallarda diqqət mərkəzində olur.
Dövri mətbuatda yayılan məlumatlardan biri budur ki, Rövnəq Abdullayev guya ortalıqdan çəkilsə də, kürəkəni vasitəsilə bir çox tenderləri qazanır və sərvətinə sərvət qatmaqla məşğuldur.
Daha təhlükəli olan isə R. Abdullayevin oğlu Rəşad Abdullayevin fəaliyyəti və sərvətləridir. İngiltərədə qəbul edilmiş İqtisadi Cinayətlər Aktı nəticəsində oğul Abdullayevin Gernsidə qeydiyyatdan keçmiş “Mount Street Investment” şirkəti üzərindən 22 milyon dollarlıq London mənzili aldığı ifşa olunub. Bu, təkcə Azərbaycan vətəndaşlarını deyil, beynəlxalq korrupsiya araşdırma institutlarını da şoka salan fakt kimi bir zamanlar yerli medianın gündəminə düşmüşdü. Maaş ilə bu mülkü almaq qeyri-mümkün olsa da, Rövnəq Abdullayev bu barədə “mənim məlumatım yoxdur” deməklə məsuliyyətdən yayınmağa çalışmışdı.
Rəşad Abdullayevin Türkiyədəki “Alpha Roger Group” adlı inşaat holdinqi isə Abdullayevlər ailəsinin sərhədləri aşan iqtisadi ekspansiyasının başqa sübutudur. İstanbulda onlarla bina, yüzlərlə mənzil və kommersiya sahəsi bu ailəyə məxsusdur və hər biri böyük əmlak layihələridir. İctimaiyyətə təqdim edilməyən və dövlət orqanlarından gizlədilən bu sərvətlərin mənbəyi isə məlum deyil. Amma bir şey aydındır ki, bunlar neft gəlirləri ilə eyni dövrdə formalaşıb.
Qısacası, məşhur misalda deyildiyi kimi, əsas yağlı vəzifəsindən çıxarılıb, “portfelli” nazir müavini təyin olunsa da, “şir həmişə şirdir, mənim qardaşım!”
Rövnəq Abdullayevin Naxçıvan planı barədə isə növbəti yazımızda oxuyacaqsınız…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yenicag.az
Kainat.tv
Rövnəq Abdullayevin “KÜRƏKƏN KARTI”
30
iyul
10:02
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ