Ajans.az-ın əldə etdiyi məlumata əsasən, 12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında həkim Dilqəm Məhərrəmovun adı yer almır. Nəticə olaraq, adları siyahıda olmayan plastik-estetik həkimlərdən başqa digərləri işlərini icra edə bilməzlər. Bu qanun pozuntusu sayılır. Hadisəni aydınlaşdırmaq üçün müğənni Aysun İsmayılova ilə əlaqə saxlamağa çalışsaq da, heç bir cavab ala bilmədik.
Kainat.tv xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin Ajans.az-ın sorğusuna verdiyi cavabda bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, ölkə ərazisində tibbi fəaliyyətin təşkili və həyata keçirilməsi yalnız qanunla müəyyən olunmuş tələblərə və prosedurlara uyğun şəkildə mümkündür.
“Azərbaycan Respublikasında tibb fəaliyyətinin əsas prinsipləri haqqında” Qanuna və Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 517 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslərin sertifikatlaşdırılması Qaydaları”na əsasən, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq ixtisas üzrə sertifikasiyadan keçməli və fəaliyyəti üçün rəsmi icazəyə malik olmalıdırlar.
Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Təftiş Komissiyasının təqdim etdiyi “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”, bu sahədə fəaliyyət göstərmək hüququ olan mütəxəssislərin rəsmi qeydiyyatını təmin edir.
Qurumdan bildirilib ki, adı bu siyahıda olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur.
Qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən həm planlı, həm də plandan kənar yoxlamalar əsasında həyata keçirilir. Xüsusilə, kütləvi şəkildə insan həyatına və sağlamlığına birbaşa və ya mühüm təhlükə yarada biləcək hallarda, təsdiqedici sənədlərlə vətəndaş müraciətləri və ya mediada dərc olunmuş məlumatlar əsasında plandan kənar yoxlamalar aparıla bilər.
Bu tip hallarla bağlı İnzibati Xətalar Məcəlləsində konkret cəza tədbirləri nəzərdə tutulur.
Lisenziyasız özəl tibbi fəaliyyətə görə, fiziki şəxslər – 2.000–3.000 manat, vəzifəli şəxslər – 5.000–10.000 manat,
hüquqi şəxslər – 20.000–30.000 manat məbləğində cərimə edilir.
Analitik Ekspertiza Mərkəzi açıqlayıb ki, lisenziyada nəzərdə tutulmamış fəaliyyətin həyata keçirilməsinə görə,
fiziki şəxslər – 300–500 manat,
vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat məbləğində cərimə olunur.
Sertifikasiyadan keçməmiş şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına görə:
vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat cərimə edilir.
Məlumatda qeyd edilib ki, hər hansı şəxsin həkimlik fəaliyyətində uğurlu nəticə göstərməsi onun fəaliyyətinin qanuniliyini təmin etmir. Qanunsuz fəaliyyət göstərən həkimlər və onların çalışdığı müəssisələr qanunvericiliklə müəyyən olunmuş inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan icazə sənədlərinin və sertifikatların hüquqi və praktik əhəmiyyəti təkcə keyfiyyət təminatı deyil, həm də hüquqi fəaliyyət çərçivəsini müəyyən edir.
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
17
iyul
09:52
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO
Plastik cərrahiyyə sahəsinin PROBLEMLƏRİ: Ucuz reklamın qurbanına ÇEVRİLƏNLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ