İyulun 7-də vəzifəsindən azad edilən Rusiyanın nəqliyyat naziri Roman Starovoyt Moskva ətrafındakı Odintsovo şəhərində şəxsi avtomobilində ölü tapılıb. İlkin ehtimala əsasən, Roman Starovoyt intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının istintaq-əməliyyat qrupu cəlb olunub.
Məsələni maraqlı edən bir detal da budur ki, Starovoyt bu il may ayında nazir vəzifəsinə təyin edilmişdi. Təxminən 2 ay sonra işdən çıxarılıb. Müəmmalı olaydır. Şübhələnməyə əsas var. Rusiya kimi böyük dövlətdə nazir postu tutan şəxs vəzifədən azad edildikdən az sonra maşınında ölü tapılır. Bu lap mafiya filmlərinin süjet xəttini xatırladır.
Mümkündür ki, Roman Starovoytun hansısa strateji məlumatlara çıxışı olub. İnformasiya daşıyıcısı kimi diqqət çəkib. Bu məlumatlarla vacib ünvanları şantaj etməsi də mümkündür. Başqa versiyalar da var. Məsələn, rüşvət verib vəzifəyə keçdiyi çevrələrdən pulunu geri istəmiş ola bilər. Ya da kimlərdənsə milyonlarla pul alıb, iş görəcəyinə, vəzifəyə adam qoyacağın dair öhdəlik götürüb. İşdən çıxdıqdan sonra vəsait sahibləri onu rahat buraxmayacağından stress yaşayıb və canına qəsd edib.
Güman yüz yerə gedir. Yəqin istintaq bu müəmmalı ölüm işinə bir don biçəcək…
Bu hadisə yada Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovu salır. Düzdür, Ziya müəllim sağ-salamatdır. 73 yaşı olmasına baxmayaraq gümrah görünür. Özünün mediaya verdiyi açıqlamaya görə, əsas yaşayış ünvanı Ucarın Qazıqumlaq kəndindəki malikanəsidir. Yəqin vəzifədə olarkən yığdıqlarından əlində qalanını xımır-xımır yeyir.
Ziya Məmmədov Roman Starovoyt kimi vəzifədə 2 ay olmayıb. Nə az, nə çox, 15 il ölkənin nəqliyyat naziri portfelini daşıyıb. Mediada barəsində ən çox tənqid yazılan nazir idi. Elə gün olmazdı, qəzetlərin manşetində adı hallanmasın, şəkli çıxmasın. Təkziblə arası olmazdı. Nazirliyin mətbuat katibinə deməzdi ki, filan redaksiyaya zəng et, bu yazıya görə onları qına, təkzib verdir və sair. Medianı məhkəməyə verməzdi. Qəzetlərə, saytlara pul dağıtmağı da yox idi. Örtülü reklamla da məşğul olmazdı. Ətrafına deyirmiş, “cəhənnəmə yazsınlar”. Bir sözlə, medianı və orada yazılanları vecinə almazdı Ziya müəllim.
Deyilənə görə, vəzifədə olduğu son illər möhkəm əsəb və narahatlıq keçirirmiş. Xüsusilə də 2015-c ilin iyun ayında Bakı şəhərində keçirilən Avropa Oyunları zamanı bir neçə xarici idmançının avtobusun altında qalması onun hakimiyyətdəki mövqeyini xeyli sarsıtdı. Vəzifədən çıxmasında bu hadisənin təsirinin olması mümkündür.
Ziya Məmmədovun vəzifədən çıxarılması ilə Roman Starovoytun işdən qovulması, sonra da ölü tapılması arasında həm oxşarlıq var, həm yoxdur. Məsələ burasındadır ki, Z.Məmmədov işdən çıxarılmadı, tutduğu vəzifə ləğv edildi! Azərbaycanda rast gəlinməyən hadisə idi. Sadəcə Ziya müəllim iradəcə möhkəm adam çıxdı. Nazir portfeli əlində qalandan sonra Starovoyt kimi panikaya qapılıb qanqaraldan hərəkətə yol vermədi…
Ziya Məmmədovu Rusiyaya bağlayan bir əhvalat yadıma düşdü. 10 il öncə (onda vəzifədə idi) mətbuatda belə məlumat yayılmışdı ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sabiq nazirin 17 ton (!) dollar yüklənmiş gəmisini saxlayıb. Həmin vaxt iddia olunurdu ki, əməliyyat Xəzərin Rusiyaya aid bölümündə baş tutub. 17 ton dollarlıq yük aparan gəmi Dağıstan istiqamətinə üzürmüş. Guya qaçaqmal daşıdığına görə, gəmi FTX-nin radarlarına düşüb. Təbii ki, bu, xeyli dərəcədə şişirdilmiş xəbərə oxşayır.
Bu o vaxtlar idi ki, Eldar Mahmudov işdən çıxarılmışdı. Ziya Məmmədovun adı bir müddət sabiq milli təhlükəsizlik naziri ilə hallandı. Qəzetlər yazırdı ki, Eldar Mahmudov öz nazir həmkarını aylıq “vergiyə” oturdub. Yəni Mahmudov Məmmədovdan hər ayın başı zorla pul alırmış.
Yeri gəlmişkən, ötən il Ziya Məmmədov və oğlu Anar Məmmədov barəsində Qərb mediasında silsilə araşdırma məqalələr yayıldı. Anar Məmmədovun Britaniyadakı nəhəng biznesindən yazılar getdi. Link burada.
Tahir Turan
Globalinfo.az
Kainat.tv
Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? - İLGİNC
08
iyul
11:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Əmisi arvadın ZORLADI, 7 bıçaq zərbəsi ilə ÖLDÜRDÜ
DİN məlumat yaydı: Yaşı 25-dən 30-dək olanlar...
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
ABŞ Qafqazı QAN ÇANAĞINA ÇEVİRİR - SÜLHƏ TƏHDİD
ŞOK! Bakıda tıxacda sürücülər bıçaq davasına çıxdılar – TƏFƏRRÜAT
- Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO
- SON DƏQİQƏ! Abşeron Gənclər Şəhərciyində yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var - VİDEO
- Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ YARANDI: Təcili toplantı, bu gün qərar VERİLƏCƏK
- "Al Market"də vaxtı keçmiş "Çörəkçi" çörəyi satılır + VİDEO
- Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya gəlib
- Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger FOTO
- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
- ABŞ Günəş və külək enerjisi subsidiyalarının verilməsini dayandırır
- Biləsuvarda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)
- Kosmetoloq Dr. Fateh Abbaslının paylaşımı olay yaratdı…..
- Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Oğuzda EKOLOJİ TERROR: Xalxal meşələri MƏHV EDİLİR, nazirlik SUSUR - VİDEO
- Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO
- Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb
- SON DƏQİQƏ! Abşeron Gənclər Şəhərciyində yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var - VİDEO
- Deputat Cavanşir Feyziyev əhalini BELƏ SOYUR - İqtisadçıdan İTTİHAM
- Abşeron RİH-də defakto tikinti ANLAŞMASI: Xırdalan şəhər 28-ci məhəllədə yaş ağaclar kəsilərək qanunsuz tikinti aparılır - VİDEO
- Azərbaycan sərhədində müharibə TƏHLÜKƏSİ YARANDI: Təcili toplantı, bu gün qərar VERİLƏCƏK
- Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
- Bir neçə gün sonra İrana HÜCUM EDƏCƏKLƏR: ABŞ razılıq verdi?
- Nəsimi RİH-də Zahid Xəlilov və Ələsgər Rüstəmovn Kazımovski küçəsində “...sən də bizi gör” MARAĞI / VİDEO+FOTO
- Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt
- İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
- Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
- Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? - Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO
- DİN Bakıda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını saxladı - Son Dəqiqə/VİDEO
- Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
- Oğuzda EKOLOJİ TERROR: Xalxal meşələri MƏHV EDİLİR, nazirlik SUSUR - VİDEO