Bu günə qədər adı çoxsaylı cinayətlərdə,qanunsuz əməllərdə hallanan, RF-in Moskva şəhərində yaşayan,kriminal aləmdə "Dəhnəli Elçin" kimi tanınan Elçin Calalov həmkəndlilərini uzun illərdir qorxu içində yaşadır. Bu bardə redkasiyamıza qorxularından adının çəkilməsini istəməyən 10-dan yuxarı kənd sakini müraciət edib. Onların iddiasına görə, Kiçik Dəhnədə Azərbaycan qanunları yox, “Dəhnəli Elçin”nin və Rusiyanın kriminal qanunları işləyir. O qanunları açıq və dolayısı yolla Elçinin qardaşları-Bələdiyyə sədri Əlvida Calalov və digər qardaşı saxta veteran,”Suqovuşan fatehi”(halbuki həmin ərəfədə Rusiyapərəst dəstənin yanında yer alıb) Rahim Calalov tətbiq edir. “Qanunlar” tabe olmayanlar haqqında isə Elçinə adlı siyahı təqdim olunur və Elçin onların özlərini və ya yaxın qohumların Moskvada cəzalandırır. Ancaq cəza tədbirləri Rusiya ilə yekunlaşmır. Elçinin qisas və cəza tədbirləri Şəkidə də davam edir. Belə ki, o bilavasitə Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubovun dəstəyi ilə istənilən addımı atır. Çünki Rusiyanın müxtəlif dairələri ilə olduqca sıx əlaqələri olan(hətta deyilənən görə FSB-də də adamları var) Elxan Usubovun biznesinin bir qismini bu və ya digər formada “Dəhnəli Elçin” qoruyur. Hətta Şəkidə bir neçə nəfərin,döyülməsi, maşınlarının yandırılması və müxtəlif vaxtlarda intihar etməsi hadisəsi ilə bağlı bu qardaşların(Rahim və Əlvidanın) dindirildiyi də deyilir. Ancaq onlar hansısa “gözəgörünməz əllər”in vasitəi ilə hələ ki suduna duru çıxa biliblər.Əslində kənd sakinləri Calalov qardaşlarının himayədarlarının kimlər oldğunu bilir. Təzyiqlərə məruz qalan kənd sakinləri iddia edirlər ki,“Dəhnəli Elçin”ə demişik ki, bizə qarşı belə amansızlıq etmə.Dövlət var, qanun var,hüquq-mühafizə orqanları var. Elçin və Rahim Calallovlar isə deyiblər ki, Şəkinin bütün orqanları bizim istəyimizlə hərkət edir,özünüzü yormayın. Polis də, prokurorluq da, məhkəmə də elə biz özümüzük,yəni onlar bizim istəklərimizi yerinə yetirir.Hətta hüquq-mühafizə və məhkəmə orqanlarının yuxarı instnasiyaları da bizim yanımızdadır və bizim kim olduğumuzu yaxşı bilirlər.
Məlumat üçün bildirək ki, Calalov qardaşları geniş maliyyə imkanlarına malikdirlər və qanunsuz əməllərini də məhz külli miqdarda paraların hesabına çözürlər. Onların Moskvada obyektləri, Şəki və Mingəçevirdə “Yenilik” ticarət mərkəzləri, müxtəlif ərazilərdə hektarlarla torpaq sahələri, Kiçik Dəhnə kəndində anbarlar, şadlıq evi,mağaza və s., Bakı,Mingəçevir və Şəkidə bahalı mənzlillər,1000 hektardan artıq əkin sahələri var. Təkcə bu mövsüm 700 tondan artıq taxıl tədarük ediblər.
Şəki Rayon İcra Hakimiyyətinin icra başçısı Elxan Usubovun qanunsuz əməlləri barədə ölkə mediasında çox yazılıb. Amma son bir ayda bizə daxil olan məlumatlar isə lap dəhşətlidir desək, yəqin ki,yanılmarıq. Söhbət adı çoxsaylı qanunsuz əməllərdə hallananKiçik Dəhnə kənd bələdiyyəsinin sədri 65 yaşlı Əlvida Calalova icra başçısının yenidən "stavka" etməsi, saxtakarlıqlara rəğmən(bu bardə internetdə video və fotolar var) MSK-dakı qaynının vasitəsi ilə onun “seçilməsi”nə açıq dəstək verməsi çoxsaylı suallar yaradır. Ən təhülükəlisi isə odur ki, Rusiyanın 5-ci kalonuna bağlı olduğu iddia edilən Şəkinin icra başçısı Elxan Usubov dövlətə,dövlətçiliyiə,hakim Yeni Azərbaycan Partiyasına qarşı olan adamlarla iş birliyindədir. Görəsən, Elxan Usubov o boyda Şəkidə əqidəli,dövlətçi adam tapmadı ki, bu qardaşlarala dostluq edir. Səbəbləri apardığımız araşdırmalarda ortaya çıxıb. Calalovların kimliyinə və yaxın keçmişinə aşağıda təqdim edilən faktlar gün kimi aydınlıq gətirir.
FAKTLARA DİQQƏT!
Dövlətimizə məxsus “Trend” İnformasiya Agentliyinin 08 yanvar 2008-ci il saat 16:50-də yaydığı məlumatda deyilir: Şəki şəhərində uzun müddət Rusiya Federasiyasında yaşayan "Dəhnəli Elçin" ləqəbli "avtoritet" həbs olunub. (https://az.trend.az/azerbaijan/politics/1107509.htmlDaxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov çərşənbə axşamı “Trend”ə bildirib ki, Şəkidə anadan olan, əvvəllər bir neçə dəfə məhkum olunmuş Elçin Calalov və sürücüsü Qurban İlyasov tutulublar. Onların üzərində və avtomobildə aparılan axtarış zamanı heroin aşkarlanıb. Zahidov deyib ki, əməliyyat zamanı Calalov qaçmaq istəsə də, polis onu zərərsizləşdirə bilib.
“Dəhnəli Elçin”nin qardaşı Əlvida Calalov “Trend”in bölgə müxbirinə bildirib ki, onun qardaşı günorta 12:20-də Şəki şəhər Polis İdarəsinə çağırılıb. İdarənin qarşısında xüsusi təyinatlı polis qüvvələri partlayıcı paket atıblar və dərhal əməliyyat keçirərək, onu, qardaşını və sürücünü tutublar. Əlvida Calaov sonra Şəki rayon Məhkəməsinin qərarı ilə cərimələnərək, sərbəst buraxılıb. Calalov onu deyib ki, polislər qardaşının evində axtarış keçiriblər və 8 tüfəng patronu, bir suvenir bıçaq götürüblər.
Fotofakt: Trend

Bu hadisə bardə “APA” da məlumat yayıb və olayı “Şəkidə keçirilən xüsusi əməliyyat nəticəsində “kriminal avtoritet həbs olunub” başlığı ilə təqdim edib.(https://apa.az/incident/-83732)


Həmin xəbərdə bildirilirdi ki, APA-ya daxil olan digər məlumatlara görə, əməliyyat zamanı polisə müqavimət göstərən şəxslərdən birinin əlində qumbara partlayıb. Bu hadisə Şəki rayon Polis Şöbəsinin yaxınlığında baş verib. Əməliyyat keçirilərkən yaralananların olub-olmadığı barədə məlumat verilməsə də, yerli sakinlər hadisə yerinə təcili tibbi yardım maşınının gəldiyini bildiriblər.DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan ZahidovAPA-ya əməliyyatın keçirildiyini və yuxarıda adı çəkilən şəxslərin həbs olunduğunu təsdiqləyib. O, saxlanılanlardan narkotik maddə götürüldüyünü, araşdırmaların nəticəsinə uyğun olaraq cinayət işinin başlanılacağını bildirib.
Fotofakt: APA
Bəli,icra başçısı Elxan Usubovun “stavka” etdiyi adamlar bunlardır. Sual olunur: 2011-ci ilin may ayından indiyə kimi Şəkidə icra hakimiyyətinin başçısı işləyən Elxan Usubov 15 mindən yuxarı əhalisi olan Kiçik Dəhnə kəndində dövlətə,dövlətçiliyə sadiq, keçmişi təmiz, savadlı,bacarıqlı adam tapmadı?
Görünüən odur ki,Elxan Usubov 2012-ci ildən kriminal qruplaşmaların aparıcı üzvlərindən olan, polisə güc nümayiş etdirən, qumbara atan, narkotiklə tutulan, qanunsuz silah saxlayan “Dəhnəli Elçin”nin təsir dairəsinə düşüb və onun savadsız, Şəhid bulağının yerini satan qardaşı Əlvida Calalova o gündən bu günə dəstək verməkdədir. Calalov qardaşlarının “sözcülər”i kəndin içərisində açıq şəkildə deyir ki, Elxan müəllimin bizim “böyüyümüz” Elçin qardaşımızın yanında “qrexi” var. Onun istər buradakı, istərsə də Bakıdakı villalarının bütün bahalı mebellərini Elçin xaricdən gətizdirib və həmin villalara “ustanovka” etdirib. Onun,yəni Elxan Usubovun Moskvadakı biznesini də kriminal qruplaşmalardan, oğrulardan Elçin qoruyur. Ona görə də icra başçısı bizi dəstəkləməyə borcludur.
P.S.“Dəhnəli Elçin”nin iki düşmən kriminal qruplaşma ilə yaxından dostluq etməsi onun məhz Rusiya FSB-i tərəfindən “verbovka” olunması və onlara işləməsi barədə iddiaları ciddiləşdirir. Sual olunur: “Dəhnəli Elçin” kimin yanında yer alıb?- “Lotu Quli” qruplşmasının, yoxsa onlara düşəmən olan “Rufo Gəncinski”nin?
FOTOFAKT:
... “Dəhnəli Elçin”nin “xeyriyyəçi” qardaşı Rahim Calalovun 44 günıük müharibədəki oyunları, həlak olan Babək Səmidli və Nəciməddin Sadıqova bağlı bəzi hərbiçlərlə işbirliyi və “Suqovuşan macəraları” haqqında növbəti yazımızda...
Araşdırmamış davam edir.Bizi izləyin.
Məqalədə iddia olunan məsələlərlə bağı adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
TEREF








Kainat.tv