Bakı-Moskva xəttində Rusiyadan qaynaqlanan gərginliyin arxasında regionda güc balansının dəyişməsi uğrunda mübarizənin dayandığı getdikcə daha da aydınlaşır. Daha öncə “Moskvanın Bakıya hücumunun əsas səbəbləri - Zəngəzur dəhlizində nə baş verdi?” (30 iyun) yazısında bu haqda yazmışdıq.
Regionda Azərbaycan, Türkiyə və Ermənistan üçbucağının formalaşması perspektivləri yaranıb və II Qarabağ müharibəsindən sonra bölgədə itirdiyi tarixi rıçaqlarını tranzit xətlərində – Zəngəzur dəhlizində hərbi mövcudluğa nail olmaqla saxlamağa çalışan Rusiya kənarda qalır. Bu, Rusiya üçün həlledici məqamdır, çünki müharibədən sonra Qarabağa daxil etdiyi qoşunlarını da məhz regionu itirmək təhlükəsinə görə çıxarmışdı, əvəzində Avrasiyanın nəqliyyat şəbəkəsində, xüsusilə Orta dəhlizdə nəzarət payına sahibi olmağı hesablayırdı. Hərçənd, Bakı-Ankara-İrəvan xəttində ehtimal olunan anlaşma regionda daşların yerini tamamilə dəyişir və Moskvanın Ukrayna müharibəsinə görə uzaqlaşdığı prosesə ABŞ-la danışıqların başlanmasından sonra yaranan qayıtmaq imkanlarının önünü kəsir. “Karnegi” fondunun yazdıqları da bunu təsdiq edir və məlum olur ki, Azərbaycan, Türkiyə və Ermənistan anlaşmasının əsas dəstəkçisi ABŞ-dır.
Yekaterinburq hücumu Rusiyanın kənarda qalacağı regional plana qarşı Moskvanın “müharibə elanı” idi və eyni təzyiq aktının hədəfində Bakı ilə yanaşı, İrəvan da var. Bu kontekstdə qarşıdurmanın tezliklə səngiməyəcəyi, regionda uzunmüddətli mübarizənin başlandığı görünür.
Və burada Azərbaycan cəmiyyətində narahatlıqla müzakirə olunan əsas sual aktullaşır: Moskva Bakıya qarşı hansı rıçaqlardan istifadə edə bilər?
Ən böyük rıçaq – Qarabağ kartının artıq mövcud olmaması Rusiyanın əlini kifayət qədər zəiflədib. Türkiyə qalxanı Gürcüstan və Ukrayna ssenarisinin Azərbaycana qarşı işə salınmasını da mümkünsüz edir. Bu halda Moskvanın kartlarını hazırda işə saldığı “azərbaycanlılarla hücum”la yanaşı, bir neçə istiqamətdə dəyərləndirmək olar.
1. İnformasiya təxribatı: media və siyasətçilərin xorunda kampaniyaya aparılsa da, effektsizdir: istisna deyil ki, Azərbaycan cəmiyyətində “sensasion” kimi qarşılana bilən feyk-nyusların tirajlanmasına da start verilsin;
2. Kiberhücumların edilməsi: daha öncə də bu taktikadan istifadə edilib;
3. Azərbaycanlılara yaratdıqları problemlərin günahkarı kimi Bakını göstərə, soydaşlarımız arasında narazılığın yaradılması cəhdləri edə bilərlər;
4. Klassik “etnik kart”dan istifadə istisna edilməməlidir;
Və yaxud Rusiya aqressiyasından qaynaqlanan digər təxribatlar törədilə bilər. Lakin Moskva bunlarla ciddi nəticə əldə edə bilməyəcəyini anlayır. Onu da anlayır ki, Bakı bu prosesdə güclü halqadır və belə bir qarşıdurma onu regionda çıxılmaz vəziyyətə sala bilər. Rusiyadan “problemlərin həll yollarının tapılması” cəhdləri də göstərir ki, Azərbaycanla müzakirə kanallarını bağlamaq istəmirlər.
Bu halda Rusiyanın iki mümkün variantı qalır.
Birincisi, Zəngəzur dəhlizinə “sponsorluq” etmək istəyən ABŞ-la razılaşmaqdır, lakin bu, mürəkkəb görünür:
- Orta dəhliz Vaşinqton üçün əsas rəqib kimi gördüyü Çinlə mübarizədə strateji coğrafiyadır;
- regionda Rusiyasız tranzit xətlərinin yaradılması Moskva-Pekin ittifaqını gücləndirə bilər ki, bu ABŞ-a sərf etmir;
- tranzit xətlərinə Rusiyanın nəzarətinin tanınması isə bölgədə güc balansını rusların xeyrinə dəyişdirə, həm də Vaşinqton-Moskva danışıqlarında ikincinin əlini gücləndirə bilər;
- Rusiyanın ABŞ-la “anlaşma imkanları” da çox deyil, Vaşinqton Cənubi Qafqazda Moskvaya güzəştə gedərsə, Ukraynada güzəşt istəyəcək ki, Kreml bunu “qazanclı” hesab etmir;
Bu baxımdan, Rusiyanın çoxkombinasiyalı olan bu variant üzərində dayanacağı ehtimalı azdır.
İkinci variant daha real görünür: Ermənistanda nəzarəti bərpa etmək və prosesə buradan müdaxilə etmək.
Moskvanın Bakı ilə yanaşı, İrəvana hücumları da bundan qaynaqlanır. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan zəif bənddir və Rusiya məsələni burada həll etməyə çalışacaq, bu isə hadisələrin hakimiyyət çevrilişinə qədər inkişaf edə biləcəyini vəd edir.
Baş verənləri anlamaq üçün bir məqama aydınlıq gətirmək lazımdır: regionda kommunikasiyanın Rusiyasız açılması ən azı texniki baxımdan mümkün deyil, çünki plan çoxşaxəli tranzit xətlərinin birləşdirilməsidir və bura həm Tehran, həm Moskvanın iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi də daxildir; mübarizə Rusiyanı regional kommunikasiyadan kənarda qoymaq uğrunda yox, Zəngəzur dəhlizinə nəzarət uğrunda gedir;
Rusiya dəhlizdə təhlükəsizliyin rus qoşunları tərəfindən təmin edilməsini istəyir, Qərb və Ermənistan əvvəldən buna qarşı çıxır. Azərbaycan daha öncə Rusiyanın iştirakını dəstəkləyirdisə, indi alternativ variantlara açıq mövqe sərgiləyir. Bu, Azərbaycanın Rusiyaya qarşı cəbhədə yer almasından daha çox, Zəngəzur dəhlizi – Naxçıvana çıxışın əldə edilməsi məsələsini “ölü nöqtədən” tərpətmək gedişi kimi görünür. Və hər iki halda Bakı istəyinə - Naxçıvana çıxış imkanına nail olacaq:
- Rusiya bu mübarizədən “sağ çıxacaq”sa və dəhlizə nəzarət payı əldə edəcəksə, Naxçıvana maneəsiz keçid artıq praktiki olaraq mövcud olmayan 10 noyabr bəyanatının 9-cu bəndinə bənzər formada təmin edilə bilər;
- Rusiya məğlub olacaqsa və ABŞ-ın planı önə çıxacaqsa, Naxçıvana maneəsiz keçid (daha öncə yazdığımız kimi) “Azərbaycandan Azərbaycana prinsipi”, yaxud de-fakto dəhliz olacaq digər variantlar üzrə reallaşa bilər.
Azərbaycan iki cəbhə arasında yekunda qazanacağı oyunu qurur.
Asif Nərimanlı
Zəngəzur dəhlizinə nəzarət uğrunda MÜBARİZƏ: Bakı hansı strategiyanı qurur? - TƏHLİL
07
iyul
06:48
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezidentin təsdiqlədiyi saziş: Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Orta dəhliz savaşında KİPR TƏLƏSİ: Bakı və Ankaraya qarşı oyunda nələr var? - TƏHLİL
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Zəngəzur”un Orta Dəhlizdə GÖRÜNÜŞÜ - Üçtərəfli və çoxmənalı MƏSLƏHƏTLƏŞMƏ
Dəhlizdə mübarizə KƏSKİNLƏŞİR: Bakı-Pekin xəttində ZƏNGƏZUR DETALI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ