İyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların evinə basqın edərək 5 nəfəri işgəncə ilə qətlə yetirməsi, onlarla insanı ölümcül hala salması, repressiyalara məruz qoyması xalqımızı Şimaldan əsən üfunətli küləyin qarşısında bir yumruq kimi birləşdirdi. Toplum olaraq çəkici bir zindana vurduq, barmaqlarımız bir hədəfə tuşlandı, canini öz adı ilə çağırdıq.
Dövlətimiz hadisəyə çox operativ reaksiya verdi. Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırıldı. Ona açıq etiraz bildirildi. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edildi. Rusiyanın ölkəmizdə planlaşdırılan bütün mədəni tədbirlərinin keçirilməsi təxirə salındı. Əlbəttə ki, səbəb Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliyə yol verilməsidir. Dövlətimiz bu məsələyə nə qədər həssas və operativ yanaşırsa, bir o qədər də səbrlə və müdrikcəsinə addımlar atır.
Bəs Rusiyadakı Azərbaycan diasporu nə işlə məşğuldur?
Rusiyada 5 soydaşımız polis tərəfindən döyülərək öldürülür, onların ailə üzvləri, qohumları, yaxınları döyülür, həbs edilir, amma diasporumuzdan səs çıxmır,tükləri tərpənmir. Məsələn, azərbaycanlı milyarder, Rusiyanın “Konrad” Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun Yekaterinburqda baş verənlərlə bağlı etirazına, açıqlamasına rast gələn olubmu?
Adı daha çox Rusiyada azərbaycanlı iş adamlarınını sıxışdırılmasında hallanan Məmişovun dəbədəbəli həyat tərzi sürməsini onun şəxsi işi saymaq olardı, amma adamın adının qarşısında “Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri” vəzifəsinin yazılması bizə onun fəaliyyət(sizliy)i üzərindən sükutla keçməyə imkan vermir. Üstəlik, adam Azərbaycanın dövlət rəhbərliyi tərəfindən 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı və 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib. Bu medallar ona qara qaşına-gözünə, puluna görə verilməyib. Ona görə verilib ki, Azərbaycan dövlətinin ondan gözləntiləri olub, ona etibar edib. İnanmışıq ki, yoldaş Məmişov dar gündə, kritik məqamlarda azərbaycanlıları müdafiə edəcək, dövlətimizi dəstəkləyəcək. Amma təəssüf… Məmişov bu dəfə ona olan inamı, etimadı yerlə bir etdi.
Biz yoldaş Məmişov və Rusiyadakı digər diaspor sədrlərindən cəsarətli, Rusiya hakimiyyətini yıxıb-sürüyən kəskin açıqlamalar gözləmirik. Bilirik ki, onların əksəriyyəti alverlə məşğuldurlar və biznes maraqlarını, pulu hər şeydən üstün tuturlar. Biz də istəməzdik ki, onların bazarına əl qoyulsun, gəlirlərindən olsunlar… Amma ən azından belə həssas məqamlarda barışdırıcı mövqe sərgiləyə, çiyinlərini qətlə yetirilən soydaşlarımızın tabutu altına qoya, həbs edilənləri vəkillə təmin edə bilərdilər. İndiki halda bunların heç birini görmürük. Gördüyümüz və bildiyimiz odur ki, milyonçu və milyarder diaspor rəhbərlərimiz əyləncələrindən geri qalmırlar. Ola bilsin ki, Yekaterinburqda baş verənlər, jurnalistlərin zəngləri, elə bizim bu yazımız yayın ləzzətini yüksək səviyyədə çıxaran diaspor rəhbəri üçün ürəkbulandırıcıdır. Məmişov bizi onun istirahər hüququnu pozmaqda da ittiham edə bilər.
Təsəvvür edin, Azərbaycandakı rus icmasının nümayəndələri, Rusiyadakı bəzi ziyalılar Yeketerinburq şəhərində azərbaycanlılara qarşı yol verilən qəddarlığı pisləyən açıqlamalar, bəyanatlar verirlər, amma bizim diaspor nümayəndələrinin səsi-səmiri çıxmır. Hətta bəziləri öldürülən, işgəncələrə məruz qalan, həbs edilən azərbaycanlıları günahlandırırlar. Məsələn, Vidadi Mustafayev adlı diaspor nümayəndəsi deyir: «Biz daim Sverdlovsk vilayətində azərbaycanlılar tərəfindən inteqrasiya və tərbiyə işinin uğursuz olduğunu deyirik. Hamı hər şeyi bilirdi: kimin öldürdüyünü, nə vaxt öldürdüyünü. Saxlanılanların sayı bunu göstərir. Amma diaspor hüquq-mühafizə orqanlarına kömək etmək və sistemli iş aparmaq əvəzinə bütün bu illər ərzində cinayətkarları qoruyurdu”.
Azərbaycan 34 ildir ki, Sovet Rusiyasının müstəmləkəsi altında yaşamaqdan azad olub, müstəqil dövlət qurmuşuq, böyük zəfərlərə imza atmışıq, ərazi bütövlüyünü təmin etmişik. Amma təəssüf ki, içimizdə hələ də sovet dövrünün xiffətini çəkən, Rusiyanın boyunduruğu altına girmək istəyən əliheydər qarayevlər, həmid, ayuna sultanovlar, çingiz ildırımlar var. İstəməzdik ki, yoldaş Məmişov da onlardan biri olsun! Bəlkə hazırda “See breez”də dincələn Məmişov işarəni dənizdən gözləyir?
Vətəninfo.az
Kainat.tv
İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır?
02
iyul
11:16
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşləri bu gün Azərbaycana gətiriləcək
Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI
Günün ULDUZ FALI - Problemlərdən DƏRS ÇIXARIN
İranda azərbaycanlıların AKSİYASI BÖYÜDÜ – Urmiyada baş verənlərə Bakıdan REAKSİYA
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ