İran ordusu İsrail və ABŞ-ın mümkün hücumlarını nəzərə alaraq nüvə və raket obyektlərinin ətrafında hava hücumundan müdafiəni gücləndirib. “The Telegraph” qəzetinin məlumatına görə, Tehran rəhbərliyi hər gecə hücum təhlükəsi gözləyir və bu səbəbdən strateji obyektlərin müdafiəsini daha da gücləndirmək üçün əlavə tədbirlər görür.
Mənbələrin bildirdiyinə görə, xüsusilə İsrailin son bir ildəki hücumlarından sonra İran bu istiqamətdə fəaliyyətini daha da intensivləşdirib. Həmçinin, İran rəhbərliyi mümkün hücumda ABŞ-ın da iştirak edəcəyindən ehtiyatlanır. Bu məqsədlə əsas strateji bölgələrdə əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirilib.
Maraqlıdır, İranın bu addımı regionda gərginliyi daha da artıracaqmı?
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı Ajans.az-a açıqlamasında bildirib ki, İran ətrafında qarşıdakı dövrlərdə gərginliyin artması ehtimalı yüksəkdir və İran ordusunu döyüşə hazır vəziyyətə gətirməklə, əslində, hücuma qarşı müdafiə xarakterli tədbirlər görür:
"İran məsələsinə həm də Rusiya və Ukrayna kontekstində baxmaq lazımdır. Hazırda Rusiya və ABŞ Ukrayna müharibəsində müəyyən anlaşmaya gəlməyə çalışır. Bu o deməkdir ki, müharibənin yaxın gələcəkdə cəbhədən danışıqlar masasına keçməsi mümkündür. Hətta münaqişə tam həll olunmasa belə, Rusiya və ABŞ razılığa gəldikdən sonra Vaşinqtonun əsas diqqəti İrana yönələcək. ABŞ İrana hərbi müdaxilə etməyi planlaşdırmır. Vaşinqton İrana qarşı siyasi təzyiqlər edərək nüvə proqramı ilə bağlı razılıq əldə etməyə çalışır. Lakin nüvə məsələsi İran üçün strateji xarakter daşıdığından, Tehran bu istiqamətdə güzəştə getmək istəmir. İran başa düşür ki, əgər Rusiya ilə ABŞ anlaşarsa, bu, Tehran cəbhəsinin zəifləməsinə səbəb olacaq,” – deyə Nərimanlı qeyd edib.
Politoloq vurğulayıb ki, Rusiya və ABŞ arasında anlaşma əldə olunarsa, bu, İran üzərində ciddi təzyiqlərin başlanmasına gətirib çıxaracaq. Artıq ilkin məlumatlara görə, İran Avropa İttifaqı (Aİ) ilə yeni bir nüvə sazişinin bağlanması üçün müzakirələr aparır. Bu, əslində, İranın ABŞ-yə təklif edə biləcəyi alternativ nüvə sazişi hazırlamaq niyyətini göstərir:
"Bununla yanaşı, İran ordunu döyüşə hazırlamaqla ABŞ-yə siyasi mesaj göndərir. Tehran açıq şəkildə bildirir ki, ordu hücumlara tam hazırdır və əgər siyasi proseslər İranın maraqları çərçivəsində inkişaf etməzsə, hərbi addımlar atıla bilər. İsrailin son hücumları da cavabsız qalmır. Sonuncu dəfə İsrail ABŞ-nin Bayden administrasiyası dövründə Vaşinqtonun göstərişi ilə hərbi cavab addımları atmamaq qərarına gəlib. İsrailə əsas dəstəyi ABŞ verir və bu proses mərhələli şəkildə davam edəcək".
Asif Nərimanlı qeyd edir ki, yenidən hücum ehtimalı yüksəkdir. Onun sözlərinə görə, əgər yeni bir hücum baş verərsə, bu, əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı və daha güclü olacaq. İranın hava hücumundan müdafiə sistemlərini gücləndirməsi də məhz bu ehtimalı nəzərə alaraq atılmış bir addımdır.
İki böyük dövlət Azərbaycanla qonşu ölkəyə ağır texnika və ordu yeridir: Böyük müharibə üçün HƏRƏKƏTƏ KEÇİLDİ?
26
fevral
19:27
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ