“Sığınacaq üçün deputat Könül Nurullayevaya müraciət etdim, mənə bir bəy tapıb, ailə qurmağımı məsləhət bildi...”
2010-cu ildə valideynləri tərəfindən 3 uşaq Nizami rayonundan yerləşən 1 saylı uşaq evinə verilib. Həmin gündən bir çox kimsəsizlər kimi, bu uşaqların da qara günləri başlayıb. Valideyn himayəsindən məhrum olmaları bir yana, onlar üstəlik də uşaq evinin müəllimləri tərəfindən təhqir və təhdidlərə məruz qalıb.
Adının açıqlanmasını istəməyən xanım deyir ki, hələ də burada gördüklərinin, eşitdiklərinin, o cümlədən də direktorun və müəllimlərin hədə-qorxusunun təsirindədir. Amma bacısı hələ də orda olduğundan, başlarına gələnləri tam danışmaqdan çəkinir. Xanımın əməkdaşımıza verdiyi açıqlamaları olduğu kimi dərc edirik:
“Biz, 3 uşaq çox əziyyət çəkmişik. Hazırda mənim 20, bacımın isə 18 yaşı var. Bildiyimə görə, qardaşım əsgərlikdədir. Amma harada olduğu, necə olduğu haqqında ətraflı məlumatım yoxdur. Sığınacağım, bacımı və qardaşımı yanıma alacağım bir komam belə, yoxdur. Məni uşaq evinin rəhbəri Nərminə Zöhrabova çıxarıb çölə atdı ki, böyük qızsan, get işlə, harada da qalırsan qal, burada səni və sənin yaşında olanları saxlaya bilmərik. Halbuki, orada hazırda təhsil alan mənimlə yaşıd bir nəfər saxlanılır. Həmin şəxsin ata-anası da var. Amma hansı səbəbə görə olduğunu bilmirəm, onu indi də orada saxlayır.
Buradan sizin qəzet vasitəsilə valideynlərə yalvarıram, baxa bilməyəcəyiniz uşaqları dünyaya gətirməyin. Bunun əziyyətini biz çəkirik. Əlimizdə oyuncaq olmalı olduğu halda biz uşaq evində soyuq suda yağlı qabları yumağa məcbur edilmiş, yuya bilməyəndə isə çubuqla heydən düşənə qədər döyülmüşük. Siz valideynlər bunu bilməssiniz. Çünki uşağı dünyaya gətirsəniz də, o uşağın gələcəyini düşünmürsünüz.
Sizə 2010-cu ildən başımıza gələnlərdən danışım. Həyat nədir, çətinlik nədir, uşaq evində tanış oldum. Uşaq idik, başqaları kimi biz də nadinclik edib oynamaq, səs-küy salıb qışqırmaq, uşaqlığımızı yaşamaq istəmişik. Amma uşaq evinə qoyulan gündən bunların hamısı əlimizdən alınıb. Mən o zülmləri görmüş bir uşaq kimi təklif edirəm ki, uşaq evlərinə direktor və müəllimlərin bilmədikləri yerə səsli kameralar quraşdırılsın. O zaman müəllim heyətinin əsl üzünü görə bilərsiniz.
Maşınlarda təzə çörək, ərzaqlar gətirilirdi. Lakin biz orada olduğumuz müddətdə bir dəfə də təzə çörək yeməmişik. Quru və kifli çörəklər verilirdi. Yedimiz ancaq borş və “qreçka” olub. Öz gözümüzlə görürdük ki, şirniyyatlar da gəlir. Hər birimizin ürəyi istəyirdi, amma vermirdilər. Müəllimlər və direktor evə gedəndə neçə-neşə paketləri özüləri ilə aparırdılar.
Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva uşaq evinə gələndə bizə deyirdilər ki, tərifləməsən, ağzından nəsə çıxsa, axşam bilirik nə edəcəyik. Qorxumuzdan heç nə deyə bilmirdik. Dəfələrlə Leyla xanımın yanına yığılıb nəsə demək istəmişik, amma dərhal müəllimələr müdaxilə ediblər, imkan verməyiblər. Özümüzdə də qorxu var idi, axşam nələr edə bilərlər deyə fikirləşirdik.
Uşaq vaxtı müəllimlərdən biri başımı armatur qırığı ilə vurub yaralamışdı. Direktora isə “yıxılıb” dedilər. Amma direktor da yaxşı bilirdi ki, müəllimələr bizə işgəncə verir. Döyülən zaman onlara müqavimət göstərdikdə isə bizdən böyük uşaqlara tapşırırdılar ki, onu möhkəm döyün. Onlar da bizi döyürdülər. Bizi döyən uşaqlarla bizim aramızda fərq var idi. Onları müəllim heç vaxt döymürdü.
18 yaşım tamam olmuşdu. Nərminə xanım məni və bir neçə uşağı tək-tək orağına dəvət edərək, bir çox sənədlərə qol çəkdirdi. Səhəri gün bizə dedilər ki, siz öz razılığınızla buradan çıxıb gedirsiniz, burada sizə yer yoxdur. Deyəndə k, getmirik, bizə qol çəkdiyimiz sənədləri göstərdilər. Bundan sonra məni və bir neçə nəfəri qovub çölə çıxardılar. Çöllərdə qaldıq, günlərlə əziyyət çəkdik. Daha sonra bir neçə nəfər yığılıb, ev tutduq. Bacıma isə tapşırdım ki, qəti heç bir sənədə qol çəkmə. Çünki onun çöllərdə qalmağı mənim üçün daha da fəlakət olardı.
Oradan çıxan qızlardan biri hazırda 19 yaşında ana olub, yoldaşı isə yanında yoxdur. Başqa tanıdığım Əfsanə adlı qız isə “Neftçilər” metrostansiyası yaxınlığında dilənib, narkotik üçün pul yığır.
Uşaq evində çox pis hadisələrin şahidi olmuşam. Orada uşaqların dünya görüşlərini inkişaf etdirmirlər. Bizə əşya kimi baxırlar, gələcəyimizi düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Təhqir edib, bizi alçaldırlar.
Biz uşaq evində ət üzü görmürdük. Ətlər bükülüb paketlərdə müəllimlərin evlərinə gedirdi. Sanki o müəllimlələr aclıqdan çıxıb.
Prezidentin qərarına əsasən uşaq evindən çıxan uşaqlara ev verilməlidir. Ona da mane olurlar. Sənədlərimizi nazirliyə göndərməyimizə mane yaradırlar. Deyirlər ki, öz ana-atanız yiyə durmayıb, dövlət sizə niyə ev verməlidir?!
Məsələ ilə bağlı deputat Könül Nurullayeva və köməkçi Sabit bəylə görüşdüm ki, ev almağıma köməklik etsin. Dedim ki, ev ala bilməsəm də, heç olmasa müvəqqəti yaşamaq üçün bir yer versinlər. Könül xanım mənə bir bəy tapmağımı, ailə qurmağımı məsləhət bildi. Bir də dediki, Milli Məclisə məktub yaz göndər. Onun dediyini də etdim. Amma mənə heç bir yol göstərmədilər.
Mən səlahiyyətli qurumlardan xahiş edirəm, uşaq evlərini güclü nəzarətdə saxlasınlar. Mənim kimi bir çox uşaqların da çöllərə atılmağına imkan verməyin. Bizim tufeyli həyat yaşamağımıza səbəb olanları cəzalandırın”.
Jalə FAMİLQIZI
SİAMAZ.com
P.S. 1 nömrəli uşaq evinin rəhbəri Nərminə Zövrabova ilə əlaqə saxlamaq mümkün olmadı. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
1 nömrəli uşaq evindən inanılmaz məlumatlar: "Müəllimlər təhqir və təhdid etdi, direktor Nərminə Zöhrabova isə çıxarıb çölə atdı"
05
fevral
13:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Nərimanov Tibb Mərkəzində AİLƏ BİZNESİ – TƏBİB rəhbərliyi qanunsuzluqlara niyə GÖZ YUMUR?
“TFU ÜZÜNÜZƏ, ARSIZLAR” - Məktəbdə direktor və kollektiv arasında QALMAQAL
Tibbi arayış almaq niyə bu qədər ÇƏTİNDİR? - Poliklinikadan REPORTAJ
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ