Kainat.tv bildirir ki, bunu Moderator.az-a Lökbatan qəsəbə sakini, şikayətçi Cəlal Ağamalıyev deyib. Daha sonra həmin küçənin digər sakini əlavə edib:

“COP-29-a görə yalandan gəlib binanı ağardıb getdilər. Dedilər ki, sizin məhəlləyə də baxacağıq. Yenə də aldatdılar bizi. Bizdə problemlər bitib-tükənmir. Yol, işıq, kanalizasiya problemləri var. Ən əsası və vacibi yoldur. Bundan əlavə sahibsiz itlər də çoxdur. Günün günorta çağı, axşamın qaranlığında it əlindən hərəkət etmək olmur. Bir neçə dəfə sakinlərə hücum edib. Həyatımız təhlükədədir. Lökbatan qəsəbəsini yaddan çıxarıblar. Elə bil ki, belə bir qəsəbə yer üzündə yoxdur. 15-20 gündən bir İcra Hakimiyyətində görüş keçirilir. Yalandan hesabat verirlər ki, filan yer düzəldilib, bəhmən yer düzəldilib. Yalandan niyə məlumat verirsiniz ki? Artıq hər müraciətimiz cavabsız qalır” deyə şikayətçi iddia edərək bildirib.
P.S. İddialarla bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.