Quba rayon sakinləri Reallıq.Tv - yə müraciət edərək rayonda məmur özbaşınalığından şikayətlənirlər. Vətəndaşlar müraciətində qeyd edirlər ki, onların şikayətlərinə məhəl qoyulmur. Cənab Prezidentə yazılan məktublar poçt şöbələrindən yoxa çıxır. İcra başçısı Mahmudov İlqar Akif oğluna yazılanlar da ünvana çatmır. Qubada baş verən bu özbaşınalığ sadə vətəndaşlar arasında etirazla qarşılanmaqdadır.
Kainat.tv-nin xəbərinə görə, "Reallıq.tv" - nin apardığı araşdırmalar zamanı məlum olub ki, rayon sakinlərinə süni problemlər yaradan, idarə və müəssisələrdən aylıq haqq tələb edən dəstənin başında rayon İcra Hakimiyyətinin ƏRAZİ İDARƏETMƏ VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ İŞ Şöbəsinin müdiri Bayramov Rəsul Rüstəm oğlu dayanır.
Rayonun keçmiş icra başçısı Ziyəddin Əliyevin "QARA KASSASI" hesab olunan bu məmur nə sirrdirsə hazırkı rayon rəhbərliyini də toruna sala bilib. Bu vəzifəyə təyinatından sonra rayon İcra Hakimiyyətində idarə və müəssisə rəhbərlərini "çarmıxa" çəkən şöbə müdiri qarşıdan gələn bələdiyyə seçkilərindən yararlanmaqdadır. Rayonda fəaliyyət göstərən bələdiyyələrə namizədliyini verənlər mütləq Rəsul Bayramovun "xeyir duasını" almalıdırlar. Əks təqdirdə namizədlikləri müxtəlif bəhanələrlə əngəllənməkdədir. Acı da olsa qeyd etməliyik ki, rayonda sahibkarlarda bu məmurun özəl qaydalarından beziblər. Sahibkarlardan tez tez qanunsuz tələbdə bulunan Rəsul Bayramovun cəzasızlıq mühitindən faydalandığı sirr deyil. Ölkə başçısının sahibkarlarla bağlı tapşırıq və tövsiyələrinə məhəl qoymayan şöbə müdiri özünə geniş biznes şəbəkəsi də formalaşdırıb. Dəbdəbəli villalar, bahalı avtomobillərin sahibi kimi tanınan və məşhurlaşan məmurun küllü miqdarda var dövlət sahibi olduğu danılmaz faktdır. Məmurlardan və sahibkarlardan alınan qanunsuz pullar hesabına varlanan şöbə müdiri rayonda qohumlarına da şərait yaratmağı unutmayıb. Hamını öz özəl qaydalarına tabe edən bu məmuru "QƏZƏBLİ FANTAMAS" - adlandırırlar.
Bələdiyyə sədrləri, icra nümayəndələri ən az ayda bir dəfə Rəsul Bayramovun qəbuluna gəlməli və onun qanunsuz tələblərini icra etməlidirlər. Maraqlı faktlardan biri də odur ki, sadə vətəndaşlar sahib olduqları torpaq sahələrində daşı daş üstə qoymaq üçün Rəsul müəllimin rüşvət tələbini yerinə yetirməlidirlər. Şöbə müdirinin tələblərini icra etməkdən imtina edən, şikayətçi olan rayon sakinlərinin yazdıqlarına isə məhəl qoyan yoxdur. Rəsul Bayramov yazılan müraciətlərin yuxarılara çatmaması üçün bütün çirkin yollara əl atır. Şöbə müdirinin qanunsuz əməlləri təkcə bunlarla bitmir. Rayonda kadr dəyişiklikləri də Rəsul Bayramovun özəl qaydalarına uyğun həyata keçirilir. Hər işin öz qiyməti var deyən Rəsul Bayramov ondan şikayətçi olanları hədələməkdən də çəkinmir. "Mənim arxamda Prezident aparatındakı dayım dayanır" - deyən şöbə müdiri hamıdan yığılan rüşvətin icra başçısının tapşırığı olduğunu aşkar ifadə edir. Bu cür əməlləri ilə Qubada etirazları coşduran, narazılıqları artıran bu məmurun korrupsiya əməlləri cavabsız qalmaqdadır.
Reallıq. Tv - yə müraciət edən rayon sakinləri kanalımİz vasitəsilə Cənab Prezidentdən kömək istəyir və Qubanın kabusuna çevrilən Rəsul Bayramovun cəzalandırılmasına tapşırıq verilməsini xahiş edirlər. Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı. Mövzuya qayıdacağıq.
Ətraflı Videoda:
Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK MƏLUMATLAR + VİDEO
18
dekabr
21:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Hacı Məmmədov”un dəstəsində tutulan Araz Dadaşovla bağlı ŞOK MƏLUMATLAR – Suriyada döyüşüb və...
Moskvada "Hacı Məmmədov"un dəstəsi tutuldu - dəstədə Mərdəkan bələdiyyə müavininin qardaşı da var
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Salyanda "KÖHNƏ HAMAM, KÖHNƏ TAS" siyasəti - Vaxtı ilə atasına heykəl ucaldan başçının müavin qalmaqalı böyüyür? / FOTO
"Travmatologiya İnstitutunda ciddi YEYİNTİ VAR" - Keçmiş şöbə müdirindən SENSASİON İDDİALAR
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ