Kainat.tv xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev deyib.
Onun sözlərinə görə, Şimali Qafqazda bu kimi hadisələr yeni deyil:
“Bu region ümumiyyətlə bir çox problemlə üz-üzədir. Lakin Rusiya son illərdə regionda ədavəti artırıb. Misal üçün Çeçenistanla Dağıstan, İnquşetiya ilə Şimali Osetiya arasında gərginlik günü-gündən artır.

Turab Rzayev
Sui-qəsd cəhdləri də kifayət qədər çoxdur. Misal üçün bir müddət öncə R.Kadırova sui-qəsdin müqəssirinin dağıstanlı milyarder Süleyman Kərimov olduğu üzə çıxdı. Dağıstan rəhbəri onu müdafiə edəcəyini deyib.
Bundan başqa, regionda Rusiya hərbçilərinə, polis idarələrinə hücumlar da tez-tez olur. Rusiya bir az büdrədikdə Şimali Qafqaz cənubdan da betər ola bilər. Kreml regionun əldən çıxması halında təsirini saxlamaq üçün Cənubi Qafqazda olduğu kimi, burada da gərginliklər yaratmağa çalışır”.