Bu gün, iyunun 11-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə əsgər Fariz Sadiq oğlu İsazadənin ölümü ilə bağlı məhkəmə prosesi davam etdiriləcək. Ötən məhkəmə prosesi emosional anlar və qalmaqallı çıxışlarla yadda qalıb. Hərbi xidmətə çağırıldıqdan qısa müddət sonra həyatını itirən əsgərin valideynləri övladlarının cinayətə bərabər laqeyd münasibət nəticəsində dünyasını dəyişdiyini bildirir və günahkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edirlər.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, hazırkı prosesdə hakim qarşısına Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmməd oğlu Məmmədov çıxarılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə (qulluğa laqeyd yanaşma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ittiham edilir. Məhkəmə zalında söz alan valideynlər bildiriblər ki, cəmi bir ay əvvəl həqiqi hərbi xidmətə yollanan oğullarının həyatını xilas etmək mümkün olduğu halda, ona vaxtında tibbi yardım göstərilməyib. "Biz övladımızı Vətənə xidmət etmək üçün dövlətə əmanət etmişdik. Cəmi 1 ay sonra onu tabutda geri aldıq. Ən ağrılısı isə budur ki, xəstəliyin qarşısını almaq mümkün olduğu halda, buna laqeyd yanaşılıb", -deyə mərhumun atası Sadiq İsayev məhkəmə zalında emosional şəkildə bildirib.
Məhkəmə araşdırmaları və iş materiallarından məlum olur ki, əsgərin ölümünə aparan hadisələr zəncirində bir neçə mərhələdə kobud səhlənkarlığa yol verilib: “Fariz İsazadə ilkin olaraq Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissədə tədris kursu keçib. O, hələ 2025-ci ilin may ayının əvvəlində yüksək hərarət, güclü öskürək, halsızlıq və digər ağır respirator infeksiya əlamətləri ilə əlaqədar sanitar hissəyə müraciət edib. İstintaq və məhkəmə araşdırmaları zamanı onun tibbi yardım üçün etdiyi bu müraciətlər rəsmən təsdiqlənib. Əsgər 6 və 9 may tarixlərində də Bakının Nərimanov rayonundakı hərbi hissənin tibb məntəqəsinə müraciət etsə də, hər iki halda baxış keçirilərək geri göndərilib. Mayın 10-da Nərimanovdakı hərbi hissədə keçirilən andiçmə mərasimində əsgər xəstə olduğu üçün iştirak edə bilməyib. Həmin gün şəxsi heyətin bölgüsü aparılıb və Fariz İsazadə Quba rayonunda yerləşən hərbi hissəyə göndərilib. O, saat 15:00 radələrində artıq Qubadakı xidmət yerinə çatıb. Qubaya çatdıqdan sonra əsgərin vəziyyəti daha da ağırlaşıb. O, mayın 11-i səhər saatlarında hospitala yerləşdirilib. Lakin xəstəliyin ilkin mərhələsində düzgün tibbi müdaxilə edilmədiyindən vəziyyət sürətlə ağırlaşıb və əsgərdə infeksion-toksiki şok, ağır pnevmoniya, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib.
Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsinə və həkimlərin bütün səylərinə baxmayaraq, Fariz İsazadə elə həmin gün mülki xəstəxanada dünyasını dəyişib. Əsgərin valideynləri deyir ki, övladları ağır vəziyyəti nəzərə alınmadan onun başqa hərbi hissəyə göndərilməsi ciddi suallar doğurur. Aydın olur ki, Nərimanovdakı hərbi hissənin tibb xidməti əməkdaşları əsgəri sənəd üzərində "sağlam" kimi rəsmiləşdirərək növbəti xidmət yerinə yola salıblar. Orada əsgəri qəbul edərkən də məsuliyyətsizlik üzündən onun sağlıq durumu nəzərə alınmayıb. Məhkəmədə o da məlum olub ki, əsgərin xidmət keçdiyi hərbi hissənin tibb məntəqəsi müvafiq tibb təhsili olmayan sanitarın ümidinə qalıb. Növbətçiliyə klinik təcrübəsi olan həkim yox, yalnız sanitariya-gigiyena profilli sanitar təyin edilib ki, bu da kritik vəziyyətdə düzgün qərar verilməsini əngəlləyərək faciəni dərinləşdirib. Digər bir diqqətçəkən fakt isə hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafənin olmasıdır. Buna baxmayaraq, pnevmoniya şübhəsi olan əsgər vaxtında hospitala göndərilməyib. Cinayət işi üzrə təqsirləndirilən tibb xidmətinin rəisi, tibb leytenantı Vaqif Məmmədovun fəaliyyəti məhkəmədə xüsusi müzakirə mövzusu olub. İttihama görə, Vaqif Məmmədov xəstəni hərtərəfli müayinə etmədən, arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini yoxlamadan, sadəcə bəhanə xarakterli baxış keçirərək onu yenidən xidmət yerinə qaytarıb. Zərərçəkmiş tərəf vurğulayır ki, o, həm həkim, həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi əsgərin və onu müşayiət edən şəxslərin dəfələrlə etdiyi müraciətlərə lazımi qaydada reaksiya verməyib. Məhkəmədə ifadə verən Vaqif Məmmədov isə ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, xidmət etdiyi dövrdə əsgərlərin sağlamlıq vəziyyətini mütəmadi yoxladığını iddia edib.
Xatırladaq ki, Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl Bakı Hərbi Məhkəməsində başqa bir cinayət işi də araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalov və İlqar Abdullayev mühakimə olunublar. Mərhumun atası Sadiq İsayev eyni ittihamlarla mühakimə olunan şəxslər barədə fərqli məhkəmə qərarlarının çıxarılmasının ailədə ciddi narazılıq və şübhələr yaratdığını bildirib. Əsgər atası ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümü ilə bağlı bütün həqiqətlərin üzə çıxarılmasını, hadisədə əli olan bütün şəxslərin qanun qarşısında cavab verməsini və məhkəmə araşdırmasının tam obyektiv aparılmasını tələb edib. Yaxınları vurğulayırlar ki, belə faciələrin təkrarlanmaması üçün bütün məsul şəxslərə adekvat hüquqi qiymət verilməlidir. Məhkəmə prosesinin növbəti iclaslarında əsgərin ölümünə səbəb olan hallar, tibbi sənədlər və vəzifəli şəxslərin məsuliyyət dərəcəsi daha ətraflı araşdırılacaq.
Əsgərin ölüm işində yeni FAKT ÜZƏ ÇIXDI – Xəstə olduğundan andiçmə mərasiminə belə QATILMAYIB
11
iyun
14:09
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
“Öyün yıxılsın, denən öldürməmişəm” – Dəhşətli qətlin üstünü açan SƏS YAZISI, FOTOLAR
Dövlət laboratoriyalarında milyonluq KORRUPSİYA SXEMİ - Mexanizm İFŞA OLUNUR
Təlim-Tədris Mərkəzində rüşvət işi: MAXE qəbulunda rüşvət oyunu - TƏFƏRRÜAT
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- Pulsuzluq İranı təslim olmağa MƏCBUR EDƏCƏKMİ? – Trampın ümidi BUNADIR
- ABŞ İrana qarşı bombardmana BAŞLAYIR, Tramp NÜVƏ KARTINI açdı
- Ağ Evdə müdhiş MÜZAKİRƏ: İrana genişmiqyaslı MÜDAXİLƏ PLANI gündəmə gətirilir
- SEPAH vəd verdi: Oranı CƏHƏNNƏMƏ çevirəcəyik
- VƏKİL ABBASOV – SSRİ tarixində “ƏMƏK ŞÖHRƏTİ” ordeninin ilk tam kavaleri olan AZƏRBAYCANLI NEFTÇİ
- Tramp: “Hörmüz boğazına ABŞ NƏZARƏT EDİR, İran UDUZUB”
- Sərhədin açılış vaxtı DƏQİQLƏŞDİ: Ankara və İrəvan BİRBAŞA...
- İran ABŞ-ın Yaxın Şərqdəki 18 obyektinə ZƏRBƏ ENDİRİB: Çoxlu sayda qırıcı MƏHV OLUB?
- "Paşinyan sözündən QAÇIR, Əliyev isə sözünün üstündə dayanır" - ruslar DİLƏ GƏLDİ
- Azərbaycan sərhədində yarımçıq qalan HASAR: İrəvanda NƏ BAŞ VERİR?
- Kreml Trampın “UĞURSUZ MESAJ”ını ələ keçirtdi: Ukrayna savaşı niyə “SÜLH MASASI”nda gizlədilir
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Türkiyənin bu addımı İsraili AYAĞA QALDIRDI - Təl-Əviv çıxış yolu AXTARIR
- Dünya Çempionatı başlayır - TƏQVİM
- Bu gün futbolun YENİ ERASI başlayır - Türkiyə MEYDANDA, dünya EKRAN BAŞINDA...
- TƏCİLİ: İran bu ölkəni ballistik raketlərlə VURDU - VİDEO
- ABŞ Paşinyanı “RUS RULETİ”ndən necə SAĞ ÇIXARTDI: Cənubi Qafqaz “SOVET-RUS BATAQLIĞI”ndan xilas olur
- Professor ŞOK DETALLARI AÇIQLADI - ABŞ və İsrailin İranla bağlı ORTAQ MƏQSƏDİ budur
- SON DƏQİQƏ! Hücum başlayır… - Netanyahu orduya ƏMR VERDİ
- Növbəti savaşda NÜVƏ SİLAHIndan istifadə olunacaq: Dünya cəmisi bir səhv hesablama ucbatından DAĞIDILA BİLƏR
- Kreml Trampın “UĞURSUZ MESAJ”ını ələ keçirtdi: Ukrayna savaşı niyə “SÜLH MASASI”nda gizlədilir
- Kreml Pekindən Ağ Evə sarsıdıcı ZƏRBƏ VURDU: ABŞ Rusiya-Çin tandeminə niyə MƏĞLUB OLUR
- İran Hörmüz boğazında ABŞ helikopterini VURDU - “Vaşinqton CAVAB VERƏCƏK”
- Kiyev Ukrayna savaşını artıq Rusiya ərazisinə KEÇİRİR: Kreml isə “BÖYÜK FIRTINA”dan öncə “GİZLİ SÖVDƏLƏŞMƏ” istəyir
- Trampdan SON DƏQİQƏ İran açıqlaması - Tehrandan gələn VACİB ZƏNG
- Ərdoğana XÜSUSİ SƏLAHİYYƏT verilir – Türkiyədən dünyanı silkələyəcək YENİ ADDIM
- Ukraynadan ildırım sürəti ilə İRƏLİLƏYİŞ - Starlink əməliyyatı Rusiyanın müdafiəsini DAĞITDI
- Zelenskidən TƏCİLİ AÇIQLAMA - Rusiya “Oreşnik”lə DƏHŞƏTLİ ZƏRBƏYƏ hazırlaşır
- Tehranın YENİ TAKTİKASI: İlk zərbəni endirmək üçün... - GİZLİ MƏQSƏD BİLİNDİ
- Dünyanı lərzəyə salacaq NÜVƏ QƏRARI: Xameneyidən orduya URAN ƏMRİ