Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı səsləndirilən iddialar təhsil ocaqlarında təhlükəsizlik, maliyyə şəffaflığı və tədrisin keyfiyyəti məsələlərini yenidən gündəmə gətirib. Məktəbdə pəncərələrin dəmir torlarla bağlanması planı, müəllimlərdən pul yığılması, dərs prosesindəki pozuntular və işçi heyəti ilə bağlı narazılıqlar valideynlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb.
Kainat.tv bildirir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı şikayət məktubu daxil olub.
Müraciətdə iddia edilir ki, məktəbdə 18 mart tarixində keçirilən Pedaqoji Şura iclasında direktor Gülər Bəbirova binanın 1-ci mərtəbədən 4-cü mərtəbəyədək bütün pəncərələrinin ağır dəmir setkalarla bağlanacağını bildirib.
Qeyd olunur ki, sinif otaqlarında yalnız bir pəncərənin açıq qalması, digərlərinin isə açarla bağlanması planlaşdırılıb.
Şikayətçilərin sözlərinə görə, bu məqsədlə müəllimlərdən pul yığılması tələb olunub və vəsaitin toplanması biologiya müəllimi, eyni zamanda məktəbin Həmkarlar Komitəsinin sədri Samirə Musayevaya həvalə edilib.
İddialarda həmçinin bildirilir ki, sözügedən işləri həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyindən (FHN) hər hansı icazə alınmayıb və bu addım yanğın təhlükəsizliyi qaydalarına zidd sayılır.
Bundan əlavə, məktəbdə xadimələrin ştat bölgüsü ilə bağlı narazılıqların olduğu vurğulanır. Belə ki, bəzi xadimələrin 1,25, digərlərinin isə 1 ştat vahidi ilə çalışdığı, nəticədə əmək yükü ilə maaş arasında balansın pozulduğu qeyd edilir. Vakant ştatların gizlədilməsi səbəbindən əlavə işçi cəlb edilmir.
Müraciətdə həmçinin tədris prosesində problemlərin olduğu bildirilir. İddialara görə, dərs saatlarının tam keçirilməməsi, xüsusilə 7-ci və 8-ci saatların faktiki baş tutmaması, şagirdlərin dərs vaxtı məktəb daxilində nəzarətsiz qalması ilə nəticələnir. Valideynlərin də bu vəziyyətdən şikayətçi olduğu qeyd edilir.
Səsləndirilən iddialarla bağlı direktorla əlaqə saxladıq. O, suallarımızı cavablamaqdan imtina etdi və Nazirliyə müraciət ünvanlamağı məsləhət gördü.
Məsələ ilə bağlı Bakı şəhər üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan KONKRET.az-a verilən cavabda bildirilib ki, Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə aparılan xidməti araşdırma zamanı irəli sürülən bir sıra iddialar təsdiqini tapmayıb.
Rəsmi açıqlamaya görə, araşdırma nəticəsində yalnız bəzi nöqsanlar müəyyən edilib. Bunlar məktəbdə bir neçə pəncərəyə dəmir tor quraşdırılması və xadimə ştatlarının qeyri-bərabər bölüşdürülməsi ilə bağlıdır. Qeyd olunub ki, pəncərələrə dəmir torun quraşdırılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi və FHN tərəfindən müvafiq razılıq alınmayıb. Açıqlamada həmçinin bildirilib ki, aşkar olunmuş nöqsanlarla əlaqədar məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin izahatları alınıb.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən əlavə edilib ki, məktəbin və müəllimlərin fəaliyyətinə uyğun olmayan hallarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır. //Konkret
Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA: - Direktor bütün pəncərələri dəmir setkalarla NİYƏ BAĞLAYIR?
18
aprel
08:12
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR
Daha bir məktəb direktoru üçün “əcəl zəngi”: Aygün Hüseynovanın səsyazısı yayıldı: Pul gətirin! - VİDEOFAKT
288 saylı məktəbin ,,Kraliçası'' Aygün Hüseynovanın erası bitir –Son sözü Üç nazirlik deyəcək!
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- Azərbaycanla sülh üçün SON ƏNGƏL qalxır? - Paşinyanla bağlı diqqətçəkən İDDİA
- Məktəblərdə SÜNİ İNTELLEKT dərslərini kimlər keçəcək? – RƏSMİ CAVAB
- Türkiyə İranın PARÇALANMASININ qarşısını belə ALDI – İlk dəfə rəsmən AÇIQLANDI
- Putinin yaxın çevrəsi ilə Bakıda QAPALI GÖRÜŞ – Almaniyadan gözlənilməz ADDIM
- Cavid Qurbanov Mariana Vasilevaya NİYƏ VƏZİFƏ VERDİ? - Pərdəarxası SƏBƏBLƏR
- ABŞ-İran müharibəsi Azərbaycanda BAHALAŞMA yaradacaq? - Professordan GÖZLƏNTİ
- Putin Müctəba ilə danışmaq istəyir, amma TAPA BİLMİR - Kremldən AÇIQLAMA
- Berlin Bakıya QAPILARINI AÇIR - İlham Əliyevin səfəri Avropada yeni siyasi mərhələnin ANONSUDUR
- Yüksəkgərginlikli elektrik xəttinin altında BİZNES - Bakı-Sumqayıt şossesində daha bir QANUNSUZ TİKİNTİ - VİDEO
- ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
- Trampın yeni İRAN PLANI – dünya bazarlarını və regionu SİLKƏLƏYƏN SSENARİ
- "Azercell" abonentdən xəbərsiz rouminq açaraq BORC YAZIR
- ABŞ yüksək HAZIRLIQ vəziyyətində: Türkiyə planı bütün tarazlıqları DƏYİŞDİRƏCƏK
- Azərbaycan neftinin qiyməti SIÇRAYIŞLA ARTDI – Yaxın Şərqdəki gərginlik Bakıya necə TƏSİR EDİR?
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI
- F-35 qalmaqalı BÖYÜYÜR: İsrail Türkiyəyə qarşı səfərbərlik ELAN ETDİ
- Kremldən Ağ Evə XƏYANƏT İTTİHAMI: Moskva Ukrayna planının iflasa uğradığını ETİRAF ETDİ