Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən ABŞ və İran rəsmiləri arasında danışıqlar birbaşa olacaq.

Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb. Məlumatda qeyd olunur ki, "cümə günü İran və ABŞ arasında danışıqlar birbaşa olacaq".

CNN-in ABŞ administrasiyasının rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ vitse-prezidenti J.D.Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və  kürəkəni Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirak etməsi gözlənilir.